Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçularının və dövlət qulluqçusu
olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının və hərbi qulluqçularının
hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
hərbi qulluqçularının aylıq pul
təminatının və mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının məbləğlərinin təsdiq edilməsi
haqqında” 2008-ci il 6 sentyabr tarixli
205-24 nömrəli və “Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin hərbi qulluqçularının və
dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının təsdiq edilməsi və “Azərbaycan
Respublikası Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçularının və dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşlarının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296-14 nömrəli
Qərarında dəyişiklik edilməsi haqqında”
2018-ci il 17 aprel tarixli 173-13 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 406
Bakı şəhəri, 13 sentyabr
2019-cu il
“Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçularının aylıq pul təminatının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin
aylıq vəzifə (tarif) maaşlarının
artırılması haqqında” Azərbaycan Respub-likası
Prezidentinin 2019-cu il 18 iyun tarixli 1256 nömrəli Sərəncamının
2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) və rütbə maaşlarının artırılması ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət etmiş hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.
6. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli Qərarının 3-cü hissəsi ləğv edilsin.
7. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296-14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 iyun tarixli 280 nömrəli Qərarı) 1-ci və 2-ci hissələri ləğv edilsin.
8. Bu Qərar 2019-cu il
sentyabrın 1-dən tətbiq
edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 18 sentyabr.- S.3.