Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşlarının, hərbi
qulluqçularının (müddətli həqiqi hərbi
xidmət
hərbi qulluqçuları istisna olmaqla) və xüsusi
rütbəsi olan əməkdaşlarının
hərbi (xüsusi) rütbəyə
görə maaşlarının məbləğlərinin təsdiq
edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin hərbi
qulluqçularının, xüsusi
rütbəsi olan əməkdaşlarının
və dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının məbləğlərinin təsdiq edilməsi,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və
dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşları”nın təsdiq edilməsi, “Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən
qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki
işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə
(tarif) maaşlarının tənzimlənməsi
haqqında” 2013-cü il 26 sentyabr
tarixli 269-12 nömrəli Qərarında
dəyişiklik edilməsi və “Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin
Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin
xüsusi rütbəsi olan
əməkdaşlarının aylıq vəzifə
maaşlarının məbləğləri”nin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli
qərarının ləğv edilməsi
haqqında” 2018-ci il 13 aprel
tarixli 149-11 nömrəli Qərarında
dəyişikliklər və “Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin
hərbi qulluqçularının, xüsusi
rütbəsi olan əməkdaşlarının
və dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə
(tarif) maaşları”nın təsdiq edilməsi,
“Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin büdcədən maliyyələşdirilən
qurumlarında çalışan dövlət qulluqçusu
olmayan mülki
işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə
(tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 26 sentyabr
tarixli 269-12 nömrəli qərarında
dəyişiklik edilməsi və “Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının
aylıq vəzifə maaşlarının məbləğləri”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
7 avqust tarixli 322-11
nömrəli qərarının ləğv edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli
Qərarının ləğv edilməsi barədə” 2019-cu
il 26 iyul tarixli 324 nömrəli və “Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları istisna olmaqla)
və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə
maaşlarının məbləğlərinin təsdiq edilməsi
barədə” 2008-ci il 24 iyun
tarixli 145-14 nömrəli qərarlarında
dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 407
Bakı şəhəri,
13 sentyabr 2019-cu il
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1262 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin
(1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilsin
(3 nömrəli əlavə).
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyən etsin.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artırılması ilə əlaqədar, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xidmət etmiş hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və onların ailə üzvlərinin əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il budcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.
7. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 iyul tarixli 324 nömrəli Qərarının 1-ci və 2-ci hissələri ləğv edilsin.
8. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.
9. Bu Qərar 2019-cu il
sentyabrın 1-dən tətbiq
edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
18 sentyabr.- S.3.