Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 414   

Bakı şəhəri, 19 sentyabr 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 681; 2002, ¹ 3, maddə 148; 2004, ¹ 3, maddə 193; 2009, ¹ 1, maddə 32, ¹ 9, maddə 752; 2010, ¹ 3, maddə 255; 2014, ¹ 5, maddə 579; 2018, ¹ 12 (II kitab), maddə 2735) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə “vəsatət” sözüetirazsözü ilə, “toplanır” sözü “baxılır” sözü ilə əvəz edilsin.

2. 1.6-cı bəndin ikinci cümləsinə “tərcüməçinin” sözündən əvvəl “öz hesabına” sözləri əlavə edilsin.

3. 3.2-ci bəndin ikinci abzasında “qərarının çıxarmaq” sözləri “qərarını qəbul etmək” sözləri ilə əvəz edilsin.

4. 3.4-cü bənddə “iddia qaldıranın” sözləri “etiraz verənin” sözləri ilə əvəz edilsin.

5. 5.5-ci bəndin mətnində “iddia qaldıran” sözləri “etiraz verən” sözləri ilə əvəz edilsin.

6. 4.1-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

Apellyasiya şurasının tərkibi (Apellyasiya şurasının sədri, katibi və üzvləri) və sayı Agentliyin İdarə Heyətinin sədri tərəfindən müəyyən edilir. Agentliyin İdarə Heyətinin sədri Apellyasiya şurasının sədrini, katibini, üzvlərini təyin və azad edir.”.

7. 4.1-ci bəndin dördüncü abzasına “cari işləri” sözlərindən əvvəl “Agentliyin müvafiq struktur bölməsi ilə birgə” sözləri və altıncı abzasına “konkret” sözündən əvvəl “Apellyasiya şurası iclasının günü və” sözləri əlavə edilsin və həmin abzasda “tərkibini Apellyasiya şurasının sədri ilə razılaşdırır;” sözləri “tərkibi ilə bağlı Apellyasiya şurasının sədrinə təkliflər verir;” sözləri ilə əvəz edilsin.

8. 4.2-ci bəndə “Apellyasiya şurasının sədri” sözlərindən sonraAgentliyin müvafiq struktur bölməsi ilə birlikdə” sözləri, “Agentliyin” sözündən sonra isə “İdarə Heyətinin” sözləri əlavə edilsin.

9. 5.1-ci bəndin “i” yarımbəndində “pozulmasına” sözü “pozulması ilə Azərbaycan Respublikasında qeydiyyatı ilə əlaqədar yaranan mübahisələrə” sözləri ilə əvəz edilsin.

10. 5.4-cü bəndin üçüncü abzasının birinci cümləsində “və “b” yarımbəndlərində” sözləri “yarımbəndində” sözü ilə və “üzürlüsözüüzrlüsözü ilə əvəz edilsin, yeddinci abzasından “ərizənin” sözü çıxarılsın, səkkizinci abzasına “şərtilə,” sözündən sonra “ərizədə göstərilən müddətdə, lakin” sözləri əlavə edilsin.

11. 5.11-ci bəndin beşinci abzasında “patentə” sözü “patentlə” sözü ilə əvəz edilsin.

12. 6.2-ci bəndin ikinci abzasının birinci cümləsinə “f” hərfindən sonra “, “g” hərfi əlavə edilsin, “qəbul olunduqda” sözləri “daxil olduqda” sözləri ilə əvəz edilsin, üçüncü abzas çıxarılsın.

13. 7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“7.3. Apellyasiya şurasının planı Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırılmaqla, Apellyasiya şurasının sədri tərəfindən təsdiq edilir. Apellyasiya şurası iclasının günü və işə baxmaq üçün tərkibi Apellyasiya şurasının sədri tərəfindən müəyyən edilir. Agentliyin İdarə Heyətinin sədri konkret işə baxmaq üçün tərkibi dəyişə bilər.”.

14. 7.6-cı bəndin ikinci abzasına “halda” sözündən sonra “və ya işin halları araşdırma tələb etdikdə” sözləri əlavə edilsin.

15. 8.2-ci bəndin birinci, beşinci abzaslarında və altıncı abzasının üçüncü cümləsində “qətnamə” sözü “nəticə” sözü ilə əvəz edilsin.

16. 10.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.1. Apellyasiya şurasının qərarı Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir və təsdiq edildiyi gündən qüvvəyə minir.

Apellyasiya şurasının qərarı təsdiq edilmədiyi təqdirdə, Agentliyin İdarə Heyətinin sədri etirazı və ya ərizəni işə başqa tərkibdə yenidən baxılması üçün Apellyasiya şurasına geri qaytarır.”.

17. 10.2-ci bəndə “etdiyi” sözündən sonra “qərar təsdiqləndikdən sonra” sözləri əlavə edilsin.

18. 10.3-cü bəndin birinci abzasına “qərarı” sözündən sonraAgentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiqləndiyi gündən” sözləri, “müvafiq şöbələri” sözlərindən sonra isə “və tabeliyində olan qurumlar” sözləri əlavə edilsin, ikinci abzasında isə “qəbul edildiyi” sözləri “onun alındığı” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 20 sentyabr.- S.8.