“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 418

Bakı şəhəri, 25 sentyabr 2019-cu il

 

Kitabxana işi haqqındaAzərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 25 sentyabr

tarixli 418 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı

 

QAYDASI

 

Ümumi müddəalar

1.1. Bu QaydaKitabxana işi haqqındaAzərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan RespublikasınınKitabxana işi haqqında”, “Nəşriyyat işi haqqındaKütləvi informasiya vasitələri haqqındaqanunlarında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan ( ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə digər hüquqi şəxslərə şamil olunur.

1.4. Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir.

2. Məcburi nüsxələr

 2.1. Aşağıdakı çap məhsulları bu Qaydanın məqsədləri üçün məcburi nüsxələr hesab edilir:

2.1.1. kitab, almanax kitabçalar;

2.1.2. dövri mətbuat materialları, qəzet jurnallar;

2.1.3. avtoreferat, monoqrafiya dissertasiyalar;

2.1.4. not yazıları, albom statistik materiallar;

2.1.5. xəritə, atlas kartoqrafik materiallar;

2.1.6. afişa, plakat bukletlər;

2.1.7. broşür, bülleten, açıqca poçt markaları;

2.1.8. dərsliklər, dərs vəsaitləri proqramlar;

2.1.9. özündə elmi, ədəbi informativ məlumatları ehtiva edən digər nəşrlər.

2.2. Reklam təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.

3. Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər

3.1. Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:

3.1.1. dövlət nəşriyyatları;

3.1.2. qeyri-dövlət nəşriyyatları;

3.1.3. nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;

3.1.4. qəzet jurnal redaksiyaları;

3.1.5. nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.

4. Məcburi nüsxələrin sayı təqdim olunacağı kitabxanalar

4.1. Dövlət qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri digər hüquqi şəxslər (qəzet jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 günü müddətindəKitabxana işi haqqındaAzərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci  hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara 2 pulsuz məcburi nüsxəsi həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

4.2. Qəzet jurnal redaksiyalarının buraxdıqları qəzet jurnalların 2 pulsuz məcburi nüsxəsi tirajın ilk buraxılışı hazırlanan kimi, bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

4.3. Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, məcburi nüsxələrin elektron variantları da bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara təqdim olunmalıdır.

4.4. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir sifarişçinin hesabına çap olunur.

5. Məcburi nüsxələrin kitabxanalara göndərilməsi qaydası

5.1. Məcburi nüsxələr bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş subyektlər tərəfindən birbaşa ya poçt rabitəsi vasitəsilə təqdim olunur.

5.2. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan halda məcburi nüsxələrin elektron variantı kitabxanaların saytlarında qeyd olunan ünvana elektron poçt ya elektron daşıyıcılar vasitəsilə təqdim edilir.

6. Kitabxanaların məcburi nüsxələrdən istifadə qaydası

6.1. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadəMüəlliflik hüququ əlaqəli hüquqlar haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

6.2. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

  

Xalq qəzeti.- 2019.- 27 sentyabr.- S.3.