“Özəl və
bələdiyyə reabilitasiya subyektləri
üçün Standartlar”ın təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
¹ 419
Bakı şəhəri,
25 sentyabr 2019-cu il
“Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il
31 may tarixli 1153-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 25 sentyabr
tarixli 419 nömrəli Qərarı
ilə
təsdiq edilmişdir.
Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar
Ümumi müddəalar
1.1. Bu Standartlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə əsasən hazırlanmışdır.
1.2. Bu Standartlar özəl və bələdiyyəreabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin reabilitasiyasını özündə ehtiva etməklə, reabilitasiya tədbirlərinin əsas növlərini və qısa məzmununu müəyyən edir.
1.3. Əlilliyi olan şəxslərin reabilitasiyası əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası tədbirləridir.
1.4. Özəl və bələdiyyə reabilitasiya subyektləri özəl və bələdiyyə mülkiyyətində olan və bu Standartların 1.3-cü bəndində göstərilən tədbirlər sisteminin bir və ya bir neçəsinin həyata keçirilməsini təmin edən reabilitasiya müəssisələridir.
1.5. Əlilliyi olan şəxslərin reabilitasiyası erkən müalicə müddətindən başlanılmalıdır.
1.6. Əlilliyi olan şəxslərin reabilitasiyasının həyata keçirilməsi minimal vaxtda maksimal effektin əldə edilməsinə yönəldilməlidir.
1.7. Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər kompleks şəkildə, müxtəlifprofilli mütəxəssislərin iştirakı ilə bu Standartların 1.9-cu bəndində qeyd olunan mərhələlərlə aparılmalıdır.
1.8. Əlilliyi olan şəxslərin reabilitasiyası ardıcıl və davamlı olaraq həyata keçirilməli, əlilliyi olan şəxsin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasına hədəflənməlidir.
1.9. Bu Standartların 2-ci hissəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər sisteminin hər mərhələsi və növləri konkret nəticənin əldə olunmasına yönəldilməlidir. Həyata keçirilən reabilitasiya ilə bağlı tədbirlər sistemi özəl və reabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin özü və (və ya) onun qanuni nümayəndəsi ilə şəxsən müzakirə olunmalı və razılaşdırılmalıdır.
1.10. Həyata keçirilən reabilitasiya ilə bağlı tədbirlər sistemi aşağıdakı mərhələləri özündə əks etdirir:
1.10.1. əlilliyi olan şəxsin müayinəsi;
1.10.2. ilkin qiymətləndirmənin aparılması;
1.10.3. reabilitasiya potensialının və proqnozunun müəyyən edilməsi;
1.10.4. fərdi reabilitasiya proqramının hazırlanması;
1.10.5. reabilitasiyanın aparılması;
1.10.6. reabilitasiyanın gedişatına nəzarət edilməsi;
1.10.7. reabilitasiyanın nəticəsinin qiymətləndirilməsi.
Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər sistemi
2.1. Əlilliyi olan şəxslərin reabilitasiyası təyinatından asılı olaraq aşağıdakı növlərə bölünür:
2.1.1. tibbi reabilitasiya;
2.1.2.
peşə-əmək reabilitasiyası;
2.1.3. sosial bacarıqların inkişafı;
2.1.4.
psixoloji-pedaqoji reabilitasiya.
2.2. Tibbi reabilitasiya orqanizmin
anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində
sonradan pozulmuş funksiyalarının bərpasına və
kompensasiyasına yönəldilmiş tibbi tədbirlər
sistemidir.
2.3.
Əlilliyi olan şəxslərin tibbi reabilitasiyası
aşağıdakı tədbirlərdən ibarətdir:
2.3.1. bərpa müalicəsi;
2.3.2. rekonstruktiv cərrahiyyə;
2.3.3. protezləşmə;
2.3.4. ortezləşmə;
2.3.5.
sanatoriya-kurort müalicəsi;
2.3.6. psixoterapiya;
2.3.7. loqopediya;
2.3.8. əlilliyi olan şəxslərin dərman
preparatları ilə təmin edilməsi;
2.3.9. əlilliyi olan şəxslərin reabilitasiya
vasitələri ilə təmin olunması;
2.3.10. tibbi reabilitasiya tədbirlərinin səmərəliliyinin
qiymət-ləndirilməsi.
2.4.
Əlilliyi olan şəxslər üçün nəzərdə
tutulan peşə-əmək reabilita-siyası əlilliyi olan
şəxsin peşə seçiminə, əvvəlki və
ya yeni peşədə əmək qabiliyyətinin
qaytarılması məqsədilə zəifləmiş, yaxud
itirilmiş funksiyasının bərpa edilməsinə və
ya onun yeni peşəyə uyğunlaşdırılmasına
yönəldilmiş tədbirlər sistemidir. Peşə-əmək
reabilitasiyasının əsas məqsədi əlilliyi olan
şəxsin məşğulluğunun təmin edilməsindən
və onun əmək bazarına inteqrasiyasından ibarətdir.
2.5.
Peşə-əmək reabilitasiyası
aşağıdakı tədbirlərdən ibarətdir:
2.5.1. peşə yönümü;
2.5.2. peşə təhsili və təlimi, ixtisas
artırılması;
2.5.3. məşğulluğun təmin edilməsi;
2.5.4.
iş yerinin və iş şəraitinin ağlabatan
uyğunlaşdırılması;
2.5.5. əlilliyi olan şəxsin iş şəratinə
adaptasiyası.
2.6. Sosial
bacarıqların inkişafı üzrə tədbirlər
sisteminə əlilliyi olan şəxslər tərəfindən
sosial vərdişlərin mənimsənilməsi, onlara digər
şəxslərlə bərabər cəmiyyətin həyatında
müstəqil iştirak etmək üçün
imkanların yaradılması tədbirləri daxildir. Sosial
bacarıqların inkişafı tədbirlərinin əsas məqsədi
əlilliyi olan şəxsə cəmiyyətin həyatında
müstəqil iştirak etmək üçün
imkanların yaradılmasını və sosial vərdişlərin
mənimsənilməsini təmin etməkdən ibarətdir.
2.7. Sosial
bacarıqların inkişafı üzrə tədbirlər
sistemi aşağıdakı sahələri əhatə edir:
2.7.1. sosial mühit;
2.7.2.
sosial-pedaqoji;
2.7.3. sosial-psixoloji;
2.7.4.
sosial-mədəni;
2.7.5. sosial idman;
2.7.6.
sosial-məişət;
2.7.7. sosial məlumat;
2.7.8.
sosial-texniki;
2.7.9. sosial hüquq.
2.8.
Psixoloji-pedaqoji reabilitasiya əlillik xüsusiyyətinə
uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris
metodlarından istifadə olunmaqla inklüziv və ya
inteqrasiyalı təhsil almasına, ünsiyyət,
özünəxidmət və öz davranışına nəzarət
qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər
sistemidir.
2.9.
Psixoloji-pedaqoji reabilitasiya aşağıdakı tədbirlərdən
ibarətdir:
2.9.1. şəxsin digərləri ilə bərabər
təhsil almaq imkanlarının artırılması;
2.9.2.
psixo-pedaqoji korreksiya;
2.9.3. fərdi təhsil proqramları üzrə məşğələlər.
3. Özəl
və bələdiyyə reabilitasiya subyektləri
üçün tələblər
3.1.
Özəl və bələdiyyə reabilitasiya subyektləri
reabilitasiya tədbirlərinin kompleks şəkildə
aparılması üçün sanitariya-gigiyena,
yanğından mühafizə, təhlükəsizlik
texnikası və kommunal şəraiti olan binada yerləşdirilməlidir.
3.2.
Özəl və bələdiyyə reabilitasiya subyektlərində
çalışan mütəxəssislər
çalışdıqları sahə üzrə ali, peşə və ya orta ixtisas təhsilinə
malik olmalıdırlar.
3.3.
Özəl və bələdiyyə reabilitasiya subyektləri
öz fəaliyyətlərində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və digər normativ hüquqi
aktları, həmçinin bu Standartları rəhbər
tuturlar.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 27 sentyabr.- S.3.