Azərbaycan
Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin
və icmal büdcənin layihələri və sonrakı
üç il üçün icmal büdcənin göstəriciləri,
Azərbaycan Respublikasının 2020-ci il və gələn
üç il üzrə iqtisadi və sosial inkişaf
konsepsiyası və proqnoz göstəriciləri haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
¹ 420
Bakı şəhəri, 25 sentyabr
2019-cu il
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 27 sentyabr.- S.3.