20 Yanvarın kino salnaməsini

yaradanlar haqqında yeni film 

 

Mədəniyyət Nazirliyinin sifarişi iləSalnaməfilm studiyası” MMC- istehsala buraxılan, şərti adı “20 Yanvar” (“Unutma”) olan sənədli filmin çəkilişləri başa çatmışdır.

 

Bununla bağlı filmin prodüseri Kamil Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, film hazırda montaj mərhələsindədir. Filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru Nizami Abbasovdur. 

Müsahibim qeyd etdi ki, filmdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələrinin daxili qoşunların iri kontingentinin ağır texnikadan müxtəlif tipli silahlardan istifadə edərək Bakıda Azərbaycanın bir neçə rayonunda dinc əhalini atəşə tutaraq xüsusi qəddarlıq misli görünməmiş vəhşiliklər törətməsini lentə alan, kinokameranın yaddaşlarına köçürən fədakar kino işçilərinin rolundan bəhs edilir.

K.Məmmədov dedi ki, həmin günlərdəAzərbaycanfilmSalnaməfilmstudiyasının operatorları başda olmaqla çəkiliş qrupları yaradılmışdır. OnlarSalyan kazarması”nın, Filarmoniyanın, Prezident Adminstrasiyasının qarşısına, Biləcəri dairəsinə, indiki “20 Yanvarmetrostansiyası istiqamətinə, xəstəxanalara, meyitxanalara şəhərin müxtəlif yerlərində baş verən hadisələri lentə almaq üçün yollanıblar. FilmdəAzərbaycanfilmSalnaməfilmsənədli filmlər studiyasınin işçilərinin həmin müdhiş gecədə sonra Azərbaycanın müxtəlif rayonlarında törədilən faciələr haqqında xatirələri kadrarxası hadisələr barədə fikirlərinə geniş yer verilmişdir.

Filmin tam istehsalı yaxın vaxtlarda başa çatacaq

20 YanvarMatəm günü ərəfəsində tamaşaçılara təqdim olunacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 8 yanvar.- S.3.