Rusiya Azərbaycana gələn turistlərin

sayına görə birinci yeri tutur 

 

Azərbaycanla Rusiya arasında münasibətlər müxtəlif sahələr üzrə əməkdaşlıq uzun bir tarixi dövrü əhatə edir. Bu iki ölkəni təkcə sərhədlər deyil, həm tarixi, siyasi, mədəni, sosial sahələr bir-birinə bağlayır. Respublikamız dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə yaranmış soyuq münasbətlərə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra son qoyuldu.

Müdrik siyasi xadim Heydər Əliyevin Rusiya ilə bağlı daim xoşməramlı mövqeyi öz qarşılığını göstərməyə başladı bununla da AzərbaycanRusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri nəticəsində bir sıra mühüm məsələlərin həlli ilə bağlı dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalandı.

Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçildikdən sonra ölkəmizlə siyasətində sağlam, qarşılıqlı faydalılığa səmərəliliyə əsaslanan əməkdaşlıq meyilləri özünü açıq şəkildə büruzə verdi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan–Rusiya münasibətlərində yeni mərhələnin əsası qoyuldu. Azərbaycan Prezidentinin Rusiyaya çoxsaylı rəsmi işgüzar səfərləri, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana mütəmadi yüksək səviyyəli səfərləri bu zaman imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın daha geniş şəkildə reallaşdırılmasına əlverişli şərait yaratdı. Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluq qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Dövlət başçıları da qeyd ediblər ki, həmişə maraqlar balansı axtarılır tapılır. Bütün bunlar barəsində dövlətimizin başçısının “Rossiya-24” telekanalına verdiyi müsahibədə daha geniş söhbət açılıb.

Bu müsahibədə iki ölkənin milli maraqlarına cavab verən əməkdaşlığın daha da gücləndirilməsinə yönəlik önəmli fikirlər öz əksini tapıb. Faktlar da təsdiqləyir ki, iki ölkə arasındakı bütün sahələr üzrə inkişaf göstəriciləri getdikcə yüksəlib. Rusiya Azərbaycan arasında əmtəə dövriyyəsinin 35 faiz artaraq 2,5 milyard dolları ötməsi bunu təsdiqləyir.

Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalqŞimal-Cənubnəqliyyat dəhlizinin yaradılması da ən perspektivli layihələrdən biri hesab olunur. Bu dəhliz Cənubi Asiya Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verir. Dövlətimizin başçısı müsahibəsində bu məsələyə münasibət bildirərkən dedi ki, “Şimal-Cənub layihəsi artıq reallaşır. “Təkcə bu il biz Azərbaycan vasitəsilə Rusiyadan Rusiyaya tranzitin on dəfə artdığını görürük, o cümlədən bizim yükgöndərənlər bu nəqliyyat arteriyasından fəal istifadə edirlər. Yəni, biz öz münasibətlərimizə kompleks yanaşırıq. Təməl bizim tarixi dostluğumuzdur. Biz bu təməl üzərində siyasi münasibətlərin çox ciddi bazasını qurmuşuq ticari-iqtisadi, nəqliyyat, energetika sahələrində, əlbəttə ki, humanitar sahədə əməkdaşlıq münasibətlərinin inkişafı üzrə dəqiq anlaşmamız var. Deməliyəm ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur”.

Dövlətimizin başçısı jurnalistin suallarını cavablandırarkən deyib ki, bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib özlərini evlərindəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir.

Rusiya ilə münasibətlərin getdikcə daha da yaxşılaşdığını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft sektorunda əməkdaşlığımız prioritet olduğuna görə bu, uzunmüddətli perspektivdir. Bu il Azərbaycan Prezidentinin Rusiyanın dövlət başçısı ilə altı dəfə görüşməsi hər iki tərəf arasında qarşılıqlı fəaliyyətin əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Dövlətimizin başçısı jurnalistin bu məsələ ilə əlaqədar sualını cavablandırarkən deyib ki, bu il RusiyaAzərbaycan münasibətləri çox sürətlə inkişaf edib. İki ölkə arasında münasibətlər prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Son illər baş tutan səfərlər imzalanan sənədlər təsdiqləyir ki, Rusiya ilə Azərbaycan mehriban qonşu etibarlı dostdur. Bu fakt iki ölkə liderinin çoxsaylı görüşlərində, həmçinin rəsmi səfərlərində özünü açıq şəkildə büruzə verib.

Prezident İlham Əliyev jurnalistinCənab Prezident, Siz 2019-cu ildən gözləyirsiniz? Hansı hadisələrin Azərbaycanın həyatında, bizim ölkələrin həyatında mühüm rol oynayacağını güman edirsiniz? Nəyi həll etmək istərdiniz?” sualına cavabından da bəlli olur ki, dövlətimizin başçısı, ilk növbədə, 2019-cu ildə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsinin nizamlanması işində müsbət irəliləyişlər olacağına əmindir. Qeyd olunub ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir.

Ölkə rəhbəri deyib ki, biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın bütün digər komponentlərin balansı artıq çoxdan pozulub: “Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması nəticəsində baş verib. Buna görə düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq”.

Azərbaycan Prezidentinin ölkəmizin enerji layihələrinin reallaşdırılmasında atdığı qətiyyətli addımlardan, insan hüquq azadlıqlarının qorunması, mədəniyyət təhsil məsələləri, həmçinin ölkəmizdə rus dilinin inkişafı ilə əlaqədar verilən sualları cavablandırmasından bir daha bəlli oldu ki, bu istiqamətlərdə iki ölkə arasında münasibətlər getdikcə daha da yaxşılaşır. Bu gün ölkəmizdə 340-dan çox rus dilində təhsil verən məktəbin olması, rus dilini qorumaq üzrə həyata keçirilən siyasətin nəticəsi, həmçinin Azərbaycana gələn 1 milyona yaxın rusiyalının özünü burada rahat hiss etməsi rus dilində yeni şöbələrin yaradılması da iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bütün bunlar Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına verdiyi müsahibədə geniş şəkildə öz əksini tapıb.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 8 yanvar.- S.3.