“Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun
yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 1
Bakı şəhəri,
7 yanvar 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1936) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndə “Şahin Ələsgərov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri “Tariyel Alverdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 9 yanvar.- S.3.