“Vahid təqvim
planına uyğun olaraq keçirilən ölkə və
beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin
xərclənməsi Normaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 2
Bakı şəhəri,
10 yanvar 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunması ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli
7 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 1, maddə 51; 2014,
¹ 9, maddə 1135) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissəsində “beynəlxalq” sözündən sonra “səviyyəli” sözü əlavə edilsin və “Normaları” sözü “Qaydaları” sözü ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 12 yanvar.- S.4.