Azərbaycan – dünyanın sabitlik məkanı

  

2003-cü ildən başlayaraq, ölkəmiz bütün sahələrdə, xüsusilə, xarici siyasətin istiqamətlərinin genişləndirilməsində yeni mərhələyə qədəm qoymuşdur. Həmin vaxtdan Azərbaycanın dinamik inkişafı təmin edilmiş, ölkəmiz güclü, qüdrətli dövlət kimi dünya birliyinə inteqrasiyasını sürətləndirmişdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrdən biridir. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş postsovet ölkələri arasında Azərbaycan kimi sürətli inkişaf yolunda inamla irəliləyənlərin sayı o qədər də çox deyil. Nəinki ərazisi və əhalisi o qədər də böyük olmayan, hətta müstəqillik tarixi qat-qat çox olan ölkələrlə müqayisədə də Azərbaycan böyük inkişaf yolu keçmişdir.

Bunun əsas səbəblərindən birixarici siyasətimizin milli maraqlar üzərində qurulmasıdır. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Eyni zamanda, “Xalq-iqtidar” vəhdəti qazanılan uğurlarımızın əsas səbəbidir. Dövlət başçısının müəyyənləşdirdiyi siyasi strategiya ölkəmizi dünya birliyində sabitlik məkanı kimi tanıdıb. Məhz bunun nəticəsidir ki, hazırda dünya birliyində Azərbaycana böyük hörmətlə, rəğbətlə yanaşılır.

Son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Ölkənin inkişafında, beynəlxalq proseslərdəki fəal rolunda, nüfuzlu qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsində ictimai-siyasi sabitliyin davamlı olması, həmçinin əmin-amanlığın olması xüsusi əhəmiyyət kəsb edir. Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas ifadələrdir. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaosanarxiyaya yuvarlansın, qarşıdurma son həddə çatsın və iqtisadi tənəzzül, yoxsulluq ölkəni ağuşuna alsın. Azərbaycanın bütün bunlardan uzaq olması göz önündədir və bu fakt dünya birliyi tərəfindən də etiraf olunur.

Qonşu regionlardadünyada baş verən qanlı münaqişələr, toqquşmalar, miqrant axını və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti müstəqilliyimizin tarixi nailiyyəti və sərvətimizdir. Dövlət başçısı tərəfindən tənzimlənən davamlı sabitlik həm də təhlükəsizliymizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı, cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökü isə xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyanın super gücləri, həmçinin mötəbər qurumlar tərəfindən də müsbət qiymətləndirilir. Ölkəmizin ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan hörmət və ehtiramın, xüsusi diqqətin formalaşmasını şərtləndirən əsas amillərdir. Son illər bir sıra mühüm əhəmiyyətli görüşlərin, dünyanın siyasi arenasına təsir göstərə biləcək məsələlərin müzakirəsinin Bakıda keçirilməsi ölkəmizə, onun başçısına olan etimad və inamın bariz nümunəsidir. Bu, eyni zamanda, düşünülmüş xarici siyasətin bəhrəsidir.

Bu baxımdan, Rusiya Federasiyası və NATO generallarının Bakıda keçirilən görüşlərini xatırlatmaq yerinə düşərdi. 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general P. ­Pavelin və nəhayət, 2018-ci ilin aprel ayında general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Bu görüşlərin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi ölkəmizə dünya birliyi səviyyəsində olan etimaddan irəli gəlir.

Prezident İlham Əliyevin xarici siyasətdə prioritet kimi müəyyən etdiyiuğurla həyata keçirilən ikitərəfli münasibətlər formatının doğurduğu nəticələr də xüsusi qeyd edilməlidir. Öz mənşəyi və mahiyyəti etibarilə qaragüruhçuları, ikili standartlardan hələ də əl çəkə bilməyən antiazərbaycan qüvvələrin bu münasibətlərdən vahimələnmələri də başadüşüləndir. Məhz bu siyasətin sayəsində Azərbaycanın təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq – Azərbaycan – Gürcüstan – Türkiyə; Azərbaycan – Gürcütanİran, Azərbaycan – İran – Türkiyə; Azərbaycan – İranRusiya formatları yaradılmışdır. Bu formatların nəticələri göz önündədir: üçtərəfli əməkdaşlığın iştirakçıları olan tərəflərə böyük iqtisadisiyasi dividentlər gəlməkdədir. 2018-ci ildə tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin 1-ci görüşü keçirilmişdir. Prezident İlham Əliyev bu görüşə tarixi hadisə kimi yüksək dəyər vermişdir.

Təbii ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Prezident İlham Əliyev olmuşdur. Məhz bu tarixi təşəbbüslərin sayəsində bölgədə sabitlik möhkəmlənir, əməkdaşlıq mühiti güclənir və iştirakçı dövlətlərin iqtisadi maraqları təmin edilir.

Dövlət başçısının müəyyənləşdirdiyi xarici siyasət kursunda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur. Son illər ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir. Sözsüz ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları bu hüquqi bazanın əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən oxşar qərar və qətnamələri də əlavə etsək, hüquqi bazanın nə qədər zənginləşdiyinin şahidi olarıq. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatların da qəbul etdikləri qətnamə və qərarlar var. Bu, uzun illərdir ki, öz həllini tapa bilməyən münaqişənin qaydaya salınması üçün hüquqi bazanın yaradılması deməkdir.

Bununla bərabər, problemin aradan qaldırılması üçün iqtisadi zəmin də yaradılıb, düşmənə hər an öldürücü zərbə endirməyə qadir olan güclü ordu da formalaşdırılıb. Bu ordu 2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrini darmadağın edərək, stareji yüksəkliklərə nəzarəti ələ keçirdi və 2 min hektardan çox ərazini işğaldan azad etdi. Ordumuzun uğurlu əməliyyatı nəticəsində Günnütdə 11 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan problemin həllində siyasidiplomatik üstünlüyü tam təmin edib. Məhz bunun nəticəsidir ki, ermənipərəst qüvvələr, erməni lobbisi, ümumiyyətlə, dünya erməniliyi nə qədər çalışsa da, bu günə qədər heç bir dövlət qondarma Dağlıq Qarabağ rejimini tanımayıb. Bu, xarici siyasətimizin prioritetidir.

Hazırda beynəlxalq hüququn norma və prinsipləri yenə də pozulur, qəbul edilən qətnamə və qərarlar icra olunmur, ikili standartlar, ölkəmizə qarşı qərəz, təhdid və təzyiqlər davam etdirilir. Bütün bunlar uğurla həyata keçirilən xarici siyasətimizin fonunda yenə də acizdir. Məhz buna görə də dünya birliyi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləmək məcburiyyətindədir. Çünki Azərbaycanın yolu haqq-ədalət, sülh, humanizm yoludur.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 12 yanvar.- S.5.