20 Yanvarunudulmayan tarix 

 

20  Yanvar  faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış bir səhifədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc günahsız Azərbaycan xalqı qanına qəltan edildi.

Əslində, həmin gecə özünü sovet tanklarının qabağına vermiş insanların günahı Azərbaycanın ərazi bütövlüyünü qorumaq istəkləri olub. 1988-ci ilin fevralından Dağlıq Qarabağın erməni əhalisi muxtar vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdi bu tələb Ermənistan, eləcə SSRİ hökuməti, xüsusən Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov tərəfindən dəstəklənirdi. Bakıdakı Azadlıq meydanına toplaşmış minlərlə insan isə yalnız buna etiraz edir, mərkəzi hökumətdən bu özbaşınalığa son qoyulmasını tələb edirdi.

Mərkəzi hakimiyyətrəsmi Moskva isə Azərbaycan xalqının haqlı tələbinin qarşısına SSRİ Silahlı Qüvvələrinin ən müasir silah-sursatlarını, tanklarını çıxardı. Bununla da yanvarın 19-dan 20-nə keçən gecə sonrakı bir neçə gün ərzində Bakıda Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. Öldürülənlər yaralananlar arasında qadınlar qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

Bu, bütün dünya azərbaycanlılarının, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, damarlarında azərbaycanlı qanı axan hər kəsin faciəsi idi. Bu amansız qətliamdan təkcə Bakı Azərbaycan deyil, bütün türk dünyası, o taylı-bu taylı azərbaycanlılar, Borçalı, Dərbənd sakini olan soydaşlarımız sarsıldılar. Bu faciə Avropada, Amerikada yaşayan soydaşlarımızı da dərindən sarsıtdı. Hər yandan Moskvanın riyakar ədalətsiz siyasətinə lənətlər yağdırıldı. Bakıya qoşun yeridilməsi haqqında qərar vermiş Qorbaçov lənətləndi.

Həmin günlərdə bütün soydaşlarımız kimi borçalılar da yas tutdular. Demək olar ki, bütün Gürcüstan Qafqazın bu ağır faciəsi qarşısında sarsılmışdı. O zaman Tbilisidə nəşr olunan azərbaycandilliSovet Gürcüstanıqəzeti, eləcə gürcüdilli mətbuat Bakı faciəsi ilə bağlı materiallar dərc etdilər, sovet ordusunun törətdiyi vəhşilikləri əks etdirən şəkillər dərc edildi. Bütövlükdə gürcü xalqı azərbaycanlılarla həmrəy olduğunu, dərdimizə şərik çıxdığını bəyan etdi. Borçalının azərbaycanlı sakinləri isə bizimlə birlikdə ağladılar, matəm saxladılar.

20 Yanvar gecəsində əslən Borçalıdan olan soydaşlarımız da şəhidlik zirvəsinə ucaldı. Onların adlarını bir daha xatırladırıq:

İsmayıl Həsən oğlu ­Mursaqulov (1939-1990)

İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu il noyabrın 23-də qədim Borçalı mahalınınindiki Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib, 1985-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edib.

Yanvarın 24-də dostu, professor İbrahim İbrahimovla birgə onunJiquli”sində Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onların maşınının üstündən keçib. Maşındakı beş nəfərdən üçü yerindəcə həlak olub. Bir qədər sonra ölkəyə İsmayıl Mursaqulov, Svetlana Məmmədova İbrahim İbrahimov adlı üç görkəmli alimin şəhid olması xəbəri yayılıb.

Professor İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunub.

Tengiz Məmməd oğlu Turabov (1966-1990)

Tengiz Məmməd oğlu Turabov 1966-cı ildə Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub. Əslində ­İrkutskda yaşayan, burada inşaat sahəsində çalışan, həm tibb məktəbinin 1-ci kurs tələbəsi olan Tengiz həmin hadisələr ərəfəsində Bakıya məzuniyyətə gəlmişdi. Həkim olmaq, xalqına xidmət etmək arzusu ilə yaşayırdı. O müdhiş gecədə Şmidt adına zavodun qarşısında amansızcasına qətlə yetirildi.

Tenqiz Turabov Şəhidlər xiyabanında dəfn edilib.

Ələsgər Yusif oğlu Qayıbov (1966-1990)

Ələsgər Yusif oğlu Qayıbov 1966-cı il martın 15-də Qaraçöp mahalındaGürcüstanın Saqareco rayonundakı Yormuğanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi. O gecə xeyli yaralıya kömək edib, onları metronunGənclikstansiyasının yanından götürərək 5 nömrəli xəstəxanaya aparıb geri qayıdıb. Sonuncu dəfə özü xəstəxanaya yaralı kimi gətirilib. Üzərində mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yanvarın 21-də səhər saat 7-də gözlərini əbədi yumub.

İlqar Hümmət oğlu Əhmədov (1965-1990)

İlqar Hümmət oğlu Əhmədov 1965-ci il mayın 25-də Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) 4-cü kurs tələbəsi idi. Yanvarın 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan Kazarmasının yanında olub. Əsgərlər dinc əhaliyə divan tutanda İlqar dostları ilə yaralıları ölüləri maşınlara yerləşdirib xəstəxanalara yola salıb. Bu isə imperiya xidmətçilərinin xoşuna gəlməyib, gecə saat 02.30-da İlqar da sol gözündən güllə yarası alaraq həlak olub.

Mərhum Faxralı kəndindəanadan olduğu torpaqda dəfn edilib.

Rəşid İslam oğlu İsmayılov (1949-1990)

Rəşid İslam oğlu İsmayılov 1949-cu il avqustun 27-də Gürcüstanın Qardabani rayonundakı Ağtəhlə kəndində anadan olub. Rostov Dəmir Yolu İnstitutunu bitirib. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində dispetçer vəzifəsində işləyib. 20 Yanvar gecəsində işdən evə qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yara alıb, qəsəbədəki 2 nömrəli dəmir yolu xəstəxanasına çatdırılıb, cərrahiyyə əməliyyatından 3 gün sonrayanvarın 23-də vəfat edib.

Mərhum Şəhidlər xiyabanında dəfn edilib.

Vəfadar Osman oğlu Eminov (1966-1990)

Vəfadar Osman oğlu Eminov 1966-cı il mayın 1-də Marneuli rayonundakı Kirəc-Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyub. 1 nömrəli tikiş fabrikində fəhlə işləyib. Yanvarın 21-də təxminən gündüz saat bir radələrində Qədirli adına xəstəxanaya gələrək yaralılara qan verib. KeçmişOlimpmağazasının qarşısından keçərkən yağı gülləsinə tuş gəlib...

Bundan əlavə, həmin günlərdə erməni terroru Borçalının Qaçağan kəndinə gəlib çatmışdı. Kənd yoluna basdırılmış minaya düşən yük avtomobilində sovxoz işinə gedən fəhlələrdən 6 nəfəri həlak olmuşdu. Bütün bunlar, təbii ki, Qanlı Yanvar günlərində həlak olan borçalıların heç tam siyahısı deyil. Heç məqsədimiz bu deyil. Sadəcə, həmin günlərdə şəhid olan bütün qardaş-bacılarımızı, o cümlədən Azərbaycanın sərhədlərindən kənardakı şəhid soydaşlarımızı xatırlamağı özümüzə borc bildik.

Təəssüf ki, sonradan Bakı faciəsi Gürcüstanda da təkrar olundu. 1990-cı il aprelin 9-da sovet hökuməti Tbilisiyə qoşun yeritdi orada da günahsız qurbanlar verildi.

Artıq o vaxtdan 29 il keçir. 29 ildir ki, xalqımız, dünyaya səpələnmiş soydaşlarımız hər il 20 Yanvar günü vətənpərvərlərimizin uyuduqları Şəhidlər xiyabanını ziyarət edirlər. Şəhidlərimizin xatirəsi hər il yanvarın 20-də Azərbaycanla bərabər dost qardaş ölkələrdə, o cümlədən, Gürcüstanda ehtiramla yad edilir. Hesab edirik ki, verdiyimiz günahsız qurbanlar biziAzərbaycan gürcü xalqlarını bir-birinə daha sıx tellərlə bağlayır...

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2019.- 13 yanvar.- S.5.