“İctimai
Sektor üçün
Mühasibat Uçotunun
Beynəlxalq Standartlarının ümumi
prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları
tərəfindən mühasibat uçotunun aparılması
Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Bakı şəhəri, 29 dekabr
2018-ci il
¹ 573
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İctimai Sektor
üçün Mühasibat
Uçotunun Beynəlxalq
Standartlarının ümumi prinsiplərinə
əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən
mühasibat uçotunun
aparılması Qaydaları” təsdiq edilsin
(əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 13 yanvar.- S.2.