Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14  dekabr  tarixli  235  nömrəli  Qərarı  ilə  təsdiq  edilmişDoktoranturalar  yaradılan  Azərbaycan  Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

№ 6 

    Bakı şəhəri, 15 yanvar 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, №11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935) ilə təsdiq edilmişDoktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsində:

1.1. 7-ci hissənin dördüncü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 9-cu hissə əlavə edilsin:

 

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

 

2. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə” bölməsi əlavə edilsin:

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə

Azərbaycan İlahiyyat İnstitutu

fəlsəfə doktoru üzrə

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 16 yanvar.- S.2.