Azərbaycan
Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin kollegiyasının tərkibi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 8
Bakı şəhəri,
16 yanvar 2019-cu il
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.7-ci bəndinə
uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
kollegiyasının 7 nəfərdən
ibarət aşağıdakı
tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri
Kollegiyanın üzvləri:
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi
sədrinin müavinləri
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi
Aparatının rəhbəri
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi
Aparatının məskunlaşma,
miqrasiya və məşğulluq şöbəsinin
müdiri
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi
Aparatının ümumi şöbəsinin
müdiri
Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsi Aparatının
nəzarət, təşkilat
və analitik şöbəsinin müdiri.
2. “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 iyul tarixli 285 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (II kitab), maddə 1622) 1-ci hissəsi ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 17 yanvar.- S.3.