Turizmin uğurları ildən-ilə artır 

 

Ölkəmizdə turizmin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafının əhəmiyyətini vurğulayarkən mütəmadi olaraq turizm sahəsindəki vəziyyətə də toxunurbu barədə görülən işlərdən bəhs edir. Elə bu yaxınlarda Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olummuş iclasındakı nitqində də turizmin inkişafına xüsusi diqqət yetirmişdir.

Turizm sahəsində gözəl nəticələr var. Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastrukturu, 6 beynəlxalq aeroport. Bütün bu amillər turizmin sürətli inkişafını təmin etməlidir. Bu sahədə də islahatlar aparılıb, o cümlədən struktur islahatları, Turizm Agentliyi yaradılıbdır. Görülmüş işlərlə bağlı mənə bu yaxınlarda məruzə edildi. Mən görüləcək işlərlə bağlı öz tövsiyələrimi verdim ki, biz ümumilikdə turizm sənayesini necə yaradacağıq və müxtəlif fərdi layihələr icra edilməlidir və edilir”.

Mən turizm sahəsində çalışıram və bu sahəyə göstərilən dövlət qayğısını aydın hiss edirəm. Azərbaycan turizmlə bağlı reytinq cədvəllərində artıq öndə gedən ölkələr sırasındadır. Bu yaxınlarda ABŞ-ın “USA todayİnformasiya Agentliyinin yaydığı məlumatda 2018-ci ildə səyahət edilməsi tövsiyə olunan məkanlar sırasında Azərbaycanın paytaxtı Bakı şəhəri də qeyd edilib. Məqalədə vurğulanıb ki, neftlə zəngin olan bu şəhərdə mədəniyyətə və müasir memarlıq nümunələrinə milyardlarla vəsait sərf edilib. Şəhər açıq hava altında muzeyə bənzəyir.

Strateji Yol Xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması da yeni uğurlara start verilməsinə imkan yaratmışdır. Strateji Yol Xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

Turizm sahəsində qəbul olunmuş dövlət proqramlarının icrası da həyata keçirilir. Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı nəticəsində bu sahədə mühüm uğurlar qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti 31 yanvar 2017-ci ildə “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm də əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxilixarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrükvergi güzəştləri tətbiq olunur.

Ölkənin turizm potensialının yüksək səviyyədə təqdim edilməsi, Azərbaycana gələn turistlərin sayının artırılması üçün ötən il 6 ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması üzrə müqavilə imzalanıb. Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanının Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited) və Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

2018-ci il üçün əhəmiyyətli məsələlərdən biri də ölkəyə gələn turistlərin sayının artması ilə bağlı olub. Təkcə yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 minya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Buna dövlətin turizm sahəsinə qayğısının ilbəil artması səbəb olub.

Lakin qarşıda hələ görüləsi işlər çoxdur. Cənab Prezident 2019-cu ildə turizmin inkişafına xidmət edəcək bəzi obyektlərin yenilənəcəyinə də diqqət yönəltmişdir. Dövlət başçısı iclasda demişdir: “Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib – həmin o dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsunbu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq”.

Cənab Prezident İsmayıllı rayonunun Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlandığını da bildirdi. Ölkə başçısı dedi: “Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə, turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək”.

Qeyd edim ki, 2023-cü ilədək olan dövrü əhatə edən turizm strategiyası 9 istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər turizm təcrübəsi, turizm təhsili, innovasiyatexnologiya, brend, marketinqkommunikasiyasairdir.

Turizmlə bağlı keçən il ərzində Qazaxıstan tərəfindən Azərbaycana maraqlı təklif edilib. Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək Yolu” vizasını tətbiq etməyə çağırıb. Artıq bu cür razılaşma Qazaxıstan və Özbəkistan arasında əldə edilib. Bu rejim İpək Yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.

Doğrudan da, Azərbaycan son illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilib. Bu tendensiyanın artmasında ölkəmizin füsunkar təbiətinin, tarixi-mədəni abidələrinin böyük rolu olmaqla yanaşı, əsas faktorlardan biri də, şübhəsiz ki, son bir neçə ildə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdir. Belə tədbirlər, söz yox ki, bu ildavam edəcək və ölkəmizə turist axınının artmasına səbəb olacaq.

 

Eldəniz SƏFƏROV

Qlobusturizm şırkətinin prezidenti

 

Xalq qəzeti.- 2019.- 17 yanvar.- S.10.