20 Yanvara həsr
olunmuş
“Vətənpərvərlik kinosu həftəsi”
Mədəniyyət Nazirliyinin
kinematoqrafiya şöbəsinin və Bakı Şəhər
Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı
ilə reallaşan “Vətənpərvərlik kinosu həftəsi”
çərçivəsində Milli qəhrəmanlara həsr
olunmuş filmlərin nümayişi davam edir.
Baş
İdarədən AZƏRTAC-a bildirilib ki, kino həftəsi
çərçivəsində filmlərin növbəti
nümayişi yanvarın 15-də Binəqədi Mərkəzi
Mədəniyyət evində keçirilib.
Kinorejissor Gülnarə Abdullayevanın lentə aldığı Milli Qəhrəman Tahir Həsənova həsr olunmuş “Bizim zaman qəhrəmanları” və rejissor Kamalə Musazadənin lentə aldığı Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunmuş “Cavanşir” adlı filmlər tamaşaçılara təqdim edilib.
Filmlərin nümayişində məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, kino
həftəsinin keçirilməsində məqsəd əhali
arasında vətənpərvərlik ruhunu
gücləndirmək, torpaqlarımız uğrunda
döyüşlərdə igidlik göstərən
Milli qəhrəmanlarımızı gənc
nəslə tanıtmaq, Qarabağ
müharibəsinin qəhrəmanlıq səhifələrini
əks etdirməkdir.
M. Mükərrəmoğlu
Xalq qəzeti.- 2019.- 18 yanvar.- S.7.