Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
“Fövqəladə halların qarşısının
alınması və belə hallarda fəaliyyət
üzrə Azərbaycan Dövlət Sistemi
haqqında” 1992-ci il 30 aprel
tarixli 239 nömrəli, “Azərbaycan
Respublikası dövlət sərhədinin mühafizəsini
gücləndirmək məqsədi ilə əlavə qayda
və əsasnamələrin təsdiq edilməsi haqqında”
1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh
və müharibə dövrlərindəki fövqəladə
hallarda Azərbaycan Respublikasında əhalinin
köçürülməsi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib
edilməsi haqqında” 1995-ci il 8 fevral tarixli 25 nömrəli,
“Azərbaycan Respublikasının Radiotezliklər üzrə
Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq
edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli,
“Azərbaycan Respublikası ərazisində beynəlxalq
avtomobil daşımalarını tənzimləyən
“İcazə Sistemi” haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” 1997-ci il
10 yanvar tarixli 6
nömrəli və “Dövlət büdcəsindən maliyyələşdirilən
istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri
haqqında” 1998-ci il 13 aprel
tarixli 74 nömrəli qərarlarında dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 9
Bakı şəhəri, 21 yanvar
2019-cu il
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi”ndə “Ə.M.Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri “R.N.Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 4.9-cu bəndinin altıncı abzasında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 10-cu hissəsinin ikinci abzasında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı Qərarı ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 2.10-cu bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına əlavə - “Azərbaycan Respublikasının tədiyə balansının tərtib edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram”ın səkkizinci abzasında “Məlumatların mənbələri” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin üçüncü abzasında “rabitə və yüksək texnologiyalar” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin 3-cü hissəsinin ikinci abzasında, 4-cü hissəsində, 6-cı hissəsinin birinci abzasında və ikinci abzasında (ikinci halda), 7-ci hissəsində (ikinci halda), 10-cu hissəsinin birinci abzasında (hər iki halda), ikinci və üçüncü abzaslarında, 13-cü hissəsinin birinci və ikinci cümlələrində və 15-ci hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
7. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 282; 2004, ¹ 9, maddə 750; 2009, ¹ 9, maddə 757; 2014, ¹ 6, maddə 747; 2017, ¹ 3, maddə 499) 1-ci hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 2-ci hissəsində “Rabitə” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 23 yanvar.- S.8.