Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 30 iyun tarixli 110 nömrəli, “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli, “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2002-ci il 18 yanvar tarixli 9 nömrəli, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 21 avqust tarixli 109 nömrəli, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 27 avqust tarixli 118 nömrəli, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli 167 nömrəli və “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  NAZİRLƏR  KABİNETİNİN  QƏRARI 

¹ 11 

 Bakı şəhəri, 21 yanvar 2019-cu il

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 475; 2002, ¹ 11, maddə 675; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 10, maddə 973; 2006, ¹ 6, maddə 584; 2007, ¹ 10, maddə 1021; 2008, ¹ 2, maddə 116; 2009, ¹ 2, maddə 144, ¹ 9, maddə 736; 2013, ¹ 8, maddə 1023; 2015, ¹ 5, maddə 607; 2016, ¹ 9, maddə 1585) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.4-cü bəndinin birinci abzasında “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 3.1-ci bəndinin birinci abzasında “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, 4.1-ci bəndində, 4.3-cü bəndinin birinci, ikinciüçüncü abzaslarında, 4.4-cü bəndinin birinciikinci abzaslarında, 4.5-ci bəndində, 4.6-cı, 4.7-ci, 4.8-ci bəndlərinin birinci abzaslarında ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 871; 2007, ¹ 12, maddə 1336; 2009, ¹ 2, maddə 144, ¹ 8, maddə 675, ¹ 9, maddə 738; 2016, ¹ 12, maddə 2229; 2018, ¹ 4, maddə 803, ¹ 5, maddə 1135) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qaydaların “Ümumi müddəalar” bölməsinin 4-cü hissəsinin ikinci abzasında, “Əsas anlayışlar” bölməsinin 1.5-ci bəndində, 2.10-cu bəndinin on beşinci abzasında, 4.7-ci bəndində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qaydaların “Ümumi müddəalar” bölməsinin 5-ci, 8-ci, 10-cu, 12-ci hissələrində, 15-ci hissəsinin birincidördüncü abzaslarında, “Əsas anlayışlar” bölməsinin “Qeyd”ində, 1.3-cü, 1.6-cı və 1.7-ci bəndlərində, 9.1-ci bəndinin ikinci cümləsində, 14.3-cü bəndinin ikinci abzasının altıncı cümləsində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 88; 2005, ¹ 9, maddə 855; 2009, ¹ 2, maddə 144; 2013, ¹ 5, maddə 571) ilə təsdiq edilmişHava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi”nin 2.7-ci bəndinin “ç)” yarımbəndində və 2.9-cu bəndində “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri “Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.

4. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 464; 2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 7, maddə 647, ¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 432; 2012, ¹ 5, maddə 476; 2013, ¹ 6, maddə 736; 2014, ¹ 1, maddə 69, ¹ 10, maddə 1316; 2015, ¹ 2, maddə 224) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Qərarla təsdiq edilmişHidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

4.2. həmin Qərarla təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 11-ci hissələrində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 662; 2005, ¹ 2, maddə 134; 2006, ¹ 3, maddə 299; 2009, ¹ 2, maddə 157, ¹ 10, maddə 853; 2012, ¹ 3, maddə 252; 2014, ¹ 6, maddə 747, ¹ 8, maddə 1023; 2016, ¹ 5, maddə 962, ¹ 10, maddə 1709; 2017, ¹ 3, maddə 487, ¹ 11, maddə 2141) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin və 1.5-ci bəndindən “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administra-siyası,” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 957; 2006, ¹ 7, maddə 647, ¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 432, ¹ 8, maddə 786; 2013, ¹ 6, maddə 737; 2014, ¹ 1, maddə 69; 2015, ¹ 11, maddə 1418) ilə təsdiq edilmişİstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.2-ci bəndində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 1072; 2009, ¹ 2, maddə 142; 2014, ¹ 6, maddə 747) ilə təsdiq edilmişPoçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın 8-ci hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 23 yanvar.- S.8.