Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi
haqqında” 2005-ci il 6 yanvar tarixli 2 nömrəli, “Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası
kollegiyasının tərkibi haqqında” 2006-cı il 30 iyun
tarixli 161 nömrəli, “Azərbaycan Respublikası Dövlət
Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi
haqqında” 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarlarının
ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 12
Bakı şəhəri,
21 yanvar 2019-cu il
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin kollegiya-sının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 47; 2007, ¹ 4, maddə 391; 2008, ¹ 5, maddə 447; 2014, ¹ 1, maddə 57; 2015, ¹ 6, maddə 785) ləğv edilsin.
2. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 iyun tarixli 161 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 585; 2007, ¹ 10, maddə 1021; 2015, ¹ 6, maddə 785; 2017, ¹ 7, maddə 1472) ləğv edilsin.
3. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 679; 2016, ¹ 9, maddə 1570) ləğv edilsin.
Novruz
MƏMMƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2019.- 23 yanvar.- S.8.