Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə” 2005-ci il 14 dekabr tarixli 225 nömrəli, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli, “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 dekabr tarixli 238 nömrəli, “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 yanvar tarixli 3 nömrəli və “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 18 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 13 

 Bakı şəhəri, 21 yanvar 2019-cu il

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 665, ¹ 12, maddə 1226; 2014, ¹ 6, maddə 747; 2015, ¹ 6, maddə 776; 2016, ¹ 9, maddə 1585) 2.1-ci bəndində, 4-cü və 6-cı hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 869; 2007, ¹ 1, maddə 45, ¹ 3, maddə 312, ¹ 10, maddə 1021; 2008, ¹ 2, maddə 116; 2009, ¹ 6, maddə 491, ¹ 10, maddə 846, ¹ 12, maddə 1061; 2010, ¹ 3, maddə 264, ¹ 4, maddə 359, ¹ 7, maddə 702, ¹ 12, maddə 1122; 2014, ¹ 3, maddə 321, ¹ 10, maddə 1322; 2015, ¹ 4, maddə 474; 2016, ¹ 2 (II kitab), maddə 366, ¹ 3, maddə 610, ¹ 5, maddə 951, ¹ 8, maddə 1431, ¹ 9, maddə 1555, ¹ 11, maddə 1955; 2017, ¹ 1, maddə 131, ¹ 3, maddə 510, ¹ 8, maddə 1617, ¹ 12 (II kitab), maddə 2504; 2018, ¹ 6, maddə 1377, ¹ 7 (II kitab), maddə 1630, ¹ 8, maddə 1809; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 478 nömrəli və 18 dekabr tarixli 539 nömrəli qərarları) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 39-cu hissəsində “Dövlət Dəniz Administrasiyasının” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 225 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1225; 2008, ¹ 10, maddə 932; 2009, ¹ 2, maddə 142; 2014, ¹ 6, maddə 747) ilə təsdiq edilmişUniversal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin 7-ci, 8-ci və 9-cu hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1230; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 1000; 2007, ¹ 4, maddə 387, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1337; 2009, ¹ 2, maddə 144; 2010, ¹ 6, maddə 558; 2012, ¹ 9, maddə 925; 2014, ¹ 1, maddə 69, ¹ 6, maddə 747; 2015, ¹ 5, maddə 660; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 8, maddə 1612; 2018, ¹ 1, maddə 129) ilə təsdiq edilmişİxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü kateqoriyasının 3-cü və 4-cü sütunlarında, 5-ci kateqoriyasının 3-cü və 4-cü (hər iki halda) sütunlarında, 9-cu kateqoriyasının 3-cü və 4-cü sütunlarında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, “10-İML” kateqoriyasının “ML8” bölməsinin üçüncü hissəsinin 3-cü və 4-cü sütunlarında “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 7-ci kateqoriyasının 3-cü və 4-cü sütunlarında “Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 8-ci kateqoriyasının 3-cü və 4-cü sütunlarında “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin, 9-cu kateqoriyasının 3-cü və 4-cü sütunlarından “, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1237; 2014, ¹ 6, maddə 747) ilə təsdiq edilmişBütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın 1.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 36, ¹ 5, maddə 472; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585, ¹ 11, maddə 1929; 2017, ¹ 12 (II kitab), maddə 2483; 2018, ¹ 1, maddə 139) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.7-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – RYTN)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilsin və həmin bənddən “Nəqliyyat Nazirliyi,” sözləri çıxarılsın;

6.2. 1.22-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “NRYTN” abreviaturası ilə əvəz edilsin;

6.3. mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 49; 2014, ¹ 6, maddə 747; 2018, ¹ 9, maddə 1938) ilə təsdiq edilmişUniversal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.2-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – RYTN)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilsin;

7.2. mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 24 yanvar.- S.4.