Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Aviasiya qəzası və ya
insidenti barədə məlumatın verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli, “Dövlət
orqanlarının aparatının (və ya
onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin
adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli
277 nömrəli, “Mülki və eksperimental hava gəmilərində
daşınmasına icazə verilə bilən hərbi
avadanlığın (ləvazimatların)
Siyahısı”nın təsdiq edilməsi barədə” 2009-cu
il 30 yanvar tarixli 15 nömrəli, “Avtovağzal və avtostansiya
haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”
2009-cu il 5 fevral tarixli 22 nömrəli, “Biometrik
informasiya xidmətlərinin sahələr
üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 1 aprel tarixli
50 nömrəli və “Avtomobil
nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar
üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarlarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 16
Bakı şəhəri, 21 yanvar
2019-cu il
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 19 sentyabr tarixli
219 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008,
¹ 9, maddə 866; 2016, ¹ 9, maddə
1585) ilə təsdiq edilmiş “Aviasiya qəzası və ya insidenti barədə
məlumatın verilməsi
Qaydası”nın 2.1-ci bəndinin
birinci abzasında “Azərbaycan Respublikasının
Dövlət Mülki
Aviasiya Administrasiyasına
(bundan sonra – Administrasiya)” sözləri
“Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci abzasında, 2.2-ci,
2.3-cü (birinci və
ikinci cümlələrində),
2.5-ci, 2.6-cı, 2.12-ci bəndlərində
ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008,
¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə
153, ¹ 4, maddə 282, ¹ 7, maddə
605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr
146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə
66, ¹ 5, maddə 446, ¹ 9, maddələr
856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə
1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74, ¹ 8, maddələr
1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə
736,
¹ 7, maddə 919, ¹ 10, maddə
1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə
800, ¹ 11, maddə 1414; 2016, ¹ 1, maddə 171, ¹ 2 (II kitab), maddə 382, ¹ 3, maddə
608, ¹ 4, maddələr 782, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə
1343, ¹ 8, maddələr 1440, 1450, ¹ 9, maddələr 1584, 1585, 1587, ¹ 11, maddə 1976,
¹ 12, maddə 2241; 2017, ¹ 2, maddələr
282, 296, 311, ¹ 5, maddə 972, ¹ 8, maddə 1611, ¹ 10, maddələr
1921, 1922, ¹ 11, maddə 2186; 2018, ¹ 2, maddə 336, ¹ 3, maddələr
578, 625, 631, ¹ 7 (II kitab), maddə
1655, ¹ 10 maddələr 2142, 2161) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının
(və ya onların fəaliyyətini
təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı
dəyişikliklər edilsin:
2.1. “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı” sözləri ilə əvəz edilsin və “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Aparatı”, “Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin
tabeliyində olan: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin
Aparatı”, “Nəqliyyat
Nazirliyinin Aparatı”,
“Azərbaycan Respublikası
Dövlət Mülki
Aviasiya Administrasiyasının
Aparatı” və “Azərbaycan Respublikası
Dövlət Dəniz
Administrasiyasının Aparatı”
sözləri çıxarılsın;
2.2. “Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında, tabeliyində olan:” sözləri “Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında olan:” sözləri ilə, “Azərbaycan Respublikasının Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi”
sözləri “Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik
Xidməti” sözləri
ilə, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı
Dövlət Fondu” sözləri “Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət
Fondu” sözləri ilə əvəz edilsin, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yerli bölmələri” sözləri
çıxarılsın və
ondan sonra aşağıdakı məzmunda
abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında olan:
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələri”.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 30 yanvar tarixli 15 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009,
¹ 1, maddə 35) ilə
təsdiq edilmiş “Mülki və eksperimental hava gəmilərində daşınmasına
icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların)
siyahısı”nın 2-ci hissəsində
“Dövlət Mülki
Aviasiya Administrasiyasının
(bundan sonra – DMAA)” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il
5 fevral tarixli 22 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009,
¹ 2, maddə 145; 2016, ¹ 4, maddə
812; 2018, ¹ 5, maddə
1106) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
4.1.
2.2-ci, 2.3-cü, 2.5-ci, 2.6-cı, 2.7-ci, 5.2-ci və
12.2-ci bəndlərdə və
XIII hissənin mətnində
ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti”
sözləri ilə əvəz edilsin;
4.2. Əsasnaməyə 1 nömrəli
əlavə - “Avtovağzala/avto-stansiyaya/pasportun verilməsi üçün
ərizənin nümunəvi
forması”nda “Nəqliyyat
Nazirliyinə” sözləri
“Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ilə əvəz edilsin;
4.3. Əsasnaməyə 3 nömrəli
əlavə – “Avtovağzalın/avto-stansiyanın/ pasportunun
nümunəsi”ndə “nəqliyyat
naziri” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 1 aprel tarixli 50 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 4, maddə
268; 2014, ¹ 6, maddə 747; 2017, ¹ 9, maddə 1750) ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin sahələr
üzrə fəaliyyətinin
təşkili və tənzimlənməsi Qaydaları”nın
11.1-ci bəndində “Rabitə
və Yüksək Texnologiyalar” sözləri
“Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar” sözləri
ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 4,
maddə 270; 2016, ¹ 4, maddələr
803, 813; 2017, ¹ 4, maddə 649, ¹ 5, maddə 979; 2018, ¹ 7 (II kitab),
maddə 1625,
¹ 9, maddə 1919) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların
cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın
1.2-ci bəndinin birinci
cümləsində və
Qaydaya 1 nömrəli
əlavədə (Müsabiqənin
elan edilməsinin nümunəvi forması)
“Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti”
sözləri ilə,
4.6-cı bəndinin dördüncü
cümləsində və
Qaydaya 7 nömrəli
əlavədə (Avtomobil
nəqliyyatı ilə
marşrut üzrə
sərnişindaşıma xidmətlərinin göstərilməsi
haqqında müqavilə)
“Nəqliyyat Nazirliyinin”
sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin”
sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 25 yanvar.- S.4.