Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində “Elektron
Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli
Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 17 dekabr tarixli
389 nömrəli, “Ünvanlı dövlət sosial
yardımın alınması üçün
müraciət
edilməsi, onun təyin olunması, verilməsi
və verilməsindən imtina edilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli
37 nömrəli, “Ümumi istifadədə
olan avtomobil nəqliyyatı
ilə ölkədaxili sərnişin və yük
daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət
rejiminə, iş şəraitinin
xüsusiyyətlərinə dair
Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli
118 nömrəli, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli
202 nömrəli və “Lisenziya
və ya icazə verən orqanların lisenziya və ya icazənin,
onun dublikatının və əlavəsinin
verilməsinin, yenidən rəsmiləşdirilməsinin,
dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar
və icazələr” portalı vasitəsilə həyata
keçirilməsini təmin etmək üçün son
müddətlər”in, “Lisenziyalar və
icazələr” portalına inteqrasiya edilməli
olan informasiya sistemlərinin
siyahısı və həmin informasiya
sistemlərinin portala inteqrasiyası üçün son
müddətlər”in və “İnformasiya
sistemlərinin “Lisenziyalar və icazələr”
portalına inteqrasiyası üçün
texniki tələblər”in təsdiq edilməsi
haqqında” 2017-ci il 29 dekabr
tarixli 615 nömrəli qərarlarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 21
Bakı şəhəri, 21 yanvar
2019-cu il
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 389 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1586) adında, 1-ci və 2-ci hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 379, ¹ 7, maddə 1342, ¹ 11, maddələr 1965, 1976, ¹ 12, maddə 2239; 2018, ¹ 8, maddələr 1793, 1795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 yanvar tarixli 534 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3.9-cu yarımbəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
3. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissədə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın 1.6-cı bəndinin birinci cümləsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 5, maddə 973; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 dekabr tarixli 519 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.5-ci yarımbəndində “Dövlət Dəniz Administrasiyasında” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2560; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 483 nömrəli və 6 dekabr tarixli 525 nömrəli qərarları) ilə təsdiq edilmiş “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in 20-ci və 21-ci hissələri ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 25 yanvar.- S.5.