Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin
qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin,
əqdlərdə və təsdiq edilən sənədlərdə
təsdiq qeydlərinin formalarının təsdiq edilməsi
haqqında” 2000-ci il 23 avqust tarixli 148 nömrəli,
“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il
2 sentyabr tarixli 156 nömrəli və “Notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimatın təsdiq
edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli qərarlarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 25
Bakı şəhəri,
24 yanvar 2019-cu il
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 avqust tarixli 230 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 652; 2005, ¹ 8, maddə 782, ¹ 12, maddə 1228; 2006, ¹ 2, maddə 203; 2008, ¹ 8, maddə 787; 2013, ¹ 5, maddə 577; 2014, ¹ 10, maddə 1314; 2016, ¹ 11, maddə 1936; 2018, ¹ 3, maddə 627) ilə təsdiq edilmiş 41 nömrəli forma yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 682; 2002, ¹ 3, maddə 145; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 8, maddə 782; 2006, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 106; 2010, ¹ 3, maddə 264, ¹ 12, maddə 1123; 2014, ¹ 10, maddə 1315; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 12 (II kitab), maddə 2544; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 dekabr tarixli 539 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin.
2.1. 1-ci və 19-cu hissələrin “b)”, 26-cı hissənin “c)”, 29-cu hissənin “a)” abzasları ləğv edilsin;
2.2. 2-ci hissə üzrə:
2.2.1. “a)” və “b)” abzasları aşağıdakı redaksiyada verilsin:
“a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli;
b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış;”;
2.2.2. aşağıdakı məzmunda “c)” abzası əlavə edilsin:
“c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;”;
2.3. V bölməsinin adından və 11-ci hissənin birinci abzasından “mübahisə doğurmayan” sözləri çıxarılsın;
2.4. 13-cü hissə aşağıdakı redaksiyada verilsin:
“13. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçi tərəfindən yaşayış sahəsinə görə, yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödənilmədikdə.
İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:
a) yaşayış sahəsinə və yaşayış sahəsinin saxlanması və təmirinə görə dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş haqqın ödənilməməsi barədə qəbzin surəti:
b) borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.”;
2.5. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
“13-1. Kommunal xidmətlərə görə - məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər.
İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:
yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.
Borclu barəsində bu Siyahının 13-1-ci hissəsində göstərilən tələblər üzrə müvafiq sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi barəsində yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.”;
2.6. 15-ci hissə üzrə:
2.6.1. birinci abzasdan “, kommunal” sözü çıxarılsın;
2.6.2. “b” abzasından “icarəçi yazılı surətdə xəbərdar edildikdən sonra” sözləri çıxarılsın;
2.7. 17-ci hissənin ikinci abzasının ikinci cümləsindən “ev sahibinə və ya icarəçiyə yazılı xəbərdarlıq təqdim edildikdən sonra” sözləri çıxarılsın;
2.8. 21-ci hissənin “b” abzasından “və onu ödəmə müddətləri haqqında borcluya göndərilmiş bildirişin tələbkar tərəfindən təsdiq olunmuş surəti” sözləri çıxarılsın;
2.9. 27-ci və 28-ci hissələrin ikinci abzasları və 30-cu hissənin ikinci cümləsi çıxarılsın;
2.10. XX bölmə aşağıdakı redaksiyada verilsin:
“XX. Lisenziyalaşdırılan telekommunikasiya xidmətinin göstərilməsinə görə borcun alınması
40. Lisenziyalaşdırılan telekommunikasiya xidmətinə görə müvafiq təşkilatın borcu müəyyən edən sənədləri.
İcra qeydi almaq üçün borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilir.”;
2.11. aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə 1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə 1245, ¹ 7, maddə 1491, ¹ 9, maddə 1721, ¹ 10, maddə 1883, ¹ 12 (II kitab), maddə 2545; 2018, ¹ 2, maddə 347, ¹ 3, maddə 628, ¹ 4, maddə 789, ¹ 5, maddə 1122, ¹ 6, maddələr 1360, 1367, ¹ 9, maddə 1929, ¹ 10, maddə 2166) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
3.1. 7-ci
hissənin on ikinci abzası üzrə:
3.1.1. üçüncü cümləyə
“saxlanılmaqla” sözündən sonra “(“Elektron notariat”
informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilən
sənədlər isə müvafiq qaydada)” sözləri əlavə
edilsin;
3.1.2. dördüncü cümləyə
“qaytarılması” sözündən sonra “(“Elektron notariat”
informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilən
sənədlər nəzərə alınmaqla)” sözləri
əlavə edilsin;
3.2.
23-cü hissə üzrə:
3.2.1. birinci abzasın ikinci cümləsi ikinci abzas
hesab edilsin;
3.2.2. ikinci abzas müvafiq olaraq
üçüncü abzas hesab edilsin;
3.3. 29-cu
hissəyə aşağıdakı məzmunda otuzuncu abzas əlavə
edilsin:
“Elektron
notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət
elektron imza əsasında həyata keçirildiyindən, bu
müraciətlər üzrə 7-ci qrafada “elektron imzası məlumdur“ məzmununda qeyd aparılır.”;
3.4. 31-ci
hissə aşağıdakı redaksiyada verilsin:
“31. Əsasında notariat hərəkəti
aparılmış sənədlərin əsli əqdin, vərəsəlik
hüququ haqqında şəhadətnamənin və sairin
notariusda saxlanılan nüsxəsinə əlavə olunur.
Sənədlərin əsli (məsələn, doğum,
nikah, ölüm haqqında şəhadətnamələr)
onları təqdim etmiş şəxslərə
qaytarılır, onların notariat qaydasında təsdiq
edilmiş surəti isə notariusda saxlanılır. Surətlər
əlaqədar şəxslər tərəfindən təqdim
olunur və ya onların xahişi ilə notariusun
işçisi tərəfindən hazırlanır və tarix
göstərilməklə notarius tərəfindən “Əsli
ilə düzdür” sözləri yazılır, imzalanır
və şəxsi gerbli möhürlə təsdiq edilir.
Bu halda surət təsdiqinə görə
dövlət rüsumu və haqq alınmır.
Əsasında
notariat hərəkəti aparılmış və “Elektron
notariat” informasiya sistemi vasitəsilə təqdim edilmiş
elektron sənədlərin saxlanılması
aşağıdakı qaydada həyata keçirilir:
notariat
hərəkətinin aparılması üçün “Elektron
notariat” informasiya sistemində yaradılmış fərdi
elektron kabinet (bundan sonra – Fərdi kabinet) vasitəsilə
müraciət edildikdə və ona skan edilmiş və ya
elektron sənəd formasında sənədlər
qoşulduqda, həmin sənədlər informasiya sistemində
saxlanılmadan notarius tərəfindən çap edilərək
notariat işinə əlavə olunur.
Fərdi
kabinetdən istifadə edən kommunal və ya
lisenziyalaşdırılan telekommunikasiya xidmətləri
göstərən dövlət qurumları, hüquqi şəxslər,
habelə, kredit təşkilatları (bundan sonra – korporativ məlumat
mübadiləsinin istifadəçiləri) bu Təlimatın
161-ci və 162-ci hissələrinin tələblərinə
uyğun olaraq “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş
forma üzrə tərtib etdikləri ərizə-məlumat əsasında
notariat hərəkətinin aparılması üçün
müraciət etdikdə, həmin məlumatlar informasiya
sistemində saxlanılmadan notarius tərəfindən
çap edilərək notariat işinə əlavə olunur.
Notariat hərəkətləri
aparılması üçün müraciət etmiş fiziki
şəxslərin, onların nümayəndələrinin və
ya idarə, müəssisə və təşkilatların
nümayəndələrinin və yerli özünüidarə
orqanlarının vəzifəli şəxslərinin şəxsiyyətini
və səlahiyyətini, habelə hüquqi şəxsin
hüquq qabiliyyətini və qanuni təmsilçinin şəxsiyyətini
təsdiq edən sənədlər surəti saxlanılmadan
onları təqdim etmiş şəxslərə
qaytarılır, lakin reyestrə sənədin adı, nömrəsi,
verilmə tarixi və sənədi vermiş idarənin adı
yazılır.
Müvafiq notariat hərəkətlərinin
aparılması ilə bağlı “Elektron notariat” informasiya
sistemi vasitəsilə elektron qaydada müraciət zamanı
notarius fiziki şəxslərin şəxsiyyətini və
hüquqi şəxslərin hüquq qabiliyyətini həmin
şəxslər tərəfindən Fərdi kabinetin
formalaşdırılması zamanı təqdim edilmiş məlumatlar
əsasında müəyyən edir.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə
dair müqavilələr təsdiq edilərkən, habelə nəqliyyat
vasitələrinə vərəsəlik hüququ və
mülkiyyət hüququ haqqında şəhadətnamələr
verilərkən, qeydiyyat şəhadətnamələrinin
notariat qaydasında təsdiq edilmiş surəti notariat
işində saxlanılır.
Notariat hərəkətlərini
reyestrə qeyd etməklə bərabər, göstərilən
sənədlərin olması haqqında əqdin notariusda
saxlanılan nüsxəsində, vərəsəlik hüququ
və mülkiyyət hüququ haqqında şəhadətnamələrin
verilməsinə dair ərizələrdə qeyd edilir və sənədlər
onları təqdim etmiş şəxslərə
qaytarılır.”;
3.5. 161-ci
və 162-ci hissələr aşağıdakı redaksiyada
verilsin:
“161.
Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini
tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb
edib almaq və ya bunun əvəzinə Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə
əsasən öhdəliyin icrası əvəzinə
razılaşdırılmış peşman haqqını
almaq üçün “Notariat haqqında” Azərbaycan
Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə
uyğun olaraq tələbkar tərəfindən borcluya
bildiriş göndərildikdə və öhdəlik
bildirişin verildiyi müddətdə icra edilmədikdə,
borcu müəyyən edən sənədlərdə 1 (bir)
iş günü müddətində icra qeydi aparır və
icra olunması üçün “Elektron notariat” informasiya
sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə
göndərir.
Notarius tərəfindən
borcun mübahisəsizliyi tələbkarın tələbinin
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2
sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz
qaydada alınmasına əsas olan sənədlərin
Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə
təsdiq olunması və borclunun həmin tələbdən
irəli gələn öhdəliyi icra etməməsinin
yoxlanılması ilə müəyyən edilir.
Tələbkar icra qeydinin aparılması
üçün notariat kontoruna müraciət etdiyi gündən
ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə
borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin
aparılacağı barədə müəyyən edilmiş
formada bildiriş göndərməlidir.
İcra
qeydinin aparılması üçün dövlət
orqanları, habelə hüquqi və fiziki şəxslər
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat”
informasiya sistemi vasitəsilə elektron formada müraciət
edirlər. Fiziki şəxslər yazılı
qaydada da notariat kontorlarına müraciət edə bilərlər.
Dövlət orqanları, habelə hüquqi və fiziki
şəxslər “Elektron notariat” informasiya sistemində
yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron
müraciət əsasında icra qeydinin aparılması barədə
müraciət edirlər.
Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin
istifadəçiləri “Elektron notariat” informasiya sistemində
yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı
həmin informasiya sistemi vasitəsilə icra qeydinin
aparılması üçün müvafiq qaydada göndərirlər.
Digər hüquqi, fiziki şəxslər və dövlət
orqanları icra qeydinin aparılması üçün bu Təlimatla
müəyyən edilən sənədləri skan edərək
və ya elektron sənəd formasında ərizəyə
qoşma şəklində əlavə edərək, “Elektron
notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə
icra qeydinin aparılması üçün müvafiq qaydada
göndərirlər.
“Elektron
notariat” informasiya sistemində Fərdi kabinet
formalaşdırılması üçün fiziki şəxsin
şəxsiyyəti təsdiq edən sənədi, hüquqi
şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və
hüquqi ünvanı; təşkilati-hüquqi forması;
kommersiya qurumları və publik hüquqi şəxslər
üçün vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;
qurumun hər bir təsisçisinin adı, soyadı,
atasının adı, vətəndaşlığı və
yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə,
onun adı, hüquqi ünvanı və qeydiyyatı
haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı,
soyadı, atasının adı, vətəndaşlığı
və yaşayış yerini müəyyən edən məlumatları,
dövlət orqanının isə əsanaməsinə
(nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə
qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada elektron imzanın
alınması zamanı təqdim edilməli məlumatlar tələb
edilmir. Digər məlumatlar isə “Elektron
Hökumət İnformasiya Sistemi”nə inteqrasiya olunan
qurumların informasiya sistemindən əldə edilməsi
mümkün olmadıqda tələb edilir.
Bildiriş, onun borcluya
çatdırıldığını təsdiq edən sənəd,
borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və
borcu müəyyən edən sənədlər və ya
bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin
istifadəçiləri üçün) icra qeydinin
aparılması ilə bağlı ərizəyə və ya
məlumata əlavə olunur.
Tələbkar tərəfindən icra qeydinin
aparılacağı barədə bildiriş borcu müəyyən
edən sənədlərə və ya borclunun məlumatına
(olduğu halda) əsasən tələbkara məlum olan
ünvana “Poçt haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt
göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi
vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi
bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron
üsulla göndərilmiş rəsmi bildiriş isə
göndərildiyi gündən 3 (üç) gün
keçdikdən sonra borclu şəxsə təqdim
olunmuş sayılır. Borclunun
yaşadığı (olduğu) ünvanda olmaması
bildirişin borcluya çatdırıldığını təsdiq
edən sənəddə qeyd olunmalıdır.
Fərdi kabinet istifadəçiləri tərəfindən
təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi
ilə bağlı hər hansı şübhələrin
yarandığı hallarda notarius onlardan həmin sənədlərin
əsillərinin təqdim edilməsini tələb edir.
İcra qeydinin aparılması üçün tələbkar
borclunun olduğu yer üzrə notariat kontoruna müraciət
etdikdə, notarius kredit müqaviləsini təsdiq etmiş
notariusun depozit hesabı vasitəsilə həmin borcun
qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu hissənin
on dördüncü abzası borcun depozit hesabı vasitəsilə
verildiyi hallara şamil edilir.
İcra
qeydinin aparılması üçün “Elektron notariat”
informasiya sistemi vasitəsilə elektron qaydada təqdim
edilmiş sənədlərin və ya məlumatların
qanunvericiliyin tələblərinə uyğunluğu və
borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən
edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi
aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya
sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir.
Tələbkar və ya borclunun müraciəti əsasında
icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi
notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
İpoteka predmetinə tutmanın yönəldilməsi
barədə bildirişin göndərilməsi qaydası və
bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin
aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində
müəyyən edilmiş qaydada həyata keçirilir.
162.
İcra qeydi aşağıdakı hallarda aparılır:
1) əgər təqdim olunan sənədlər
borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar
qarşısında digər məsuliyyətini təsdiq edirsə;
2) tələb etmək hüququnun
yarandığı gündən Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 373-cü
maddəsi ilə müəyyən edilmiş müvafiq iddia
müddətləri keçməmişdirsə.
İcra qeydinin aparılacağı müddətlər tələbkarda
borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi
gündən hesablanır.
Müqavilənin
hansı müddətə bağlanılmasından
asılı olmayaraq, əgər müqavilədə öhdəliyin
hissə-hissə icrası konkret müddətlər üzrə
müəyyən edilmişdirsə, öhdəliyin
icrasının gecikdirilməsi ödənilməmiş hissə
üzrə icra qeydinin aparılması üçün əsasdır.”;
3.6.
164-cü hissənin beşinci abzasında “peniyalarla birlikdə”
sözləri “dəbbə pulu (olduğu təqdirdə)”
sözləri ilə əvəz edilsin;
3.7. 165-ci
hissənin dördüncü abzasında “sənədin əslində”
sözləri “sənəddə” sözü ilə əvəz
edilsin;
3.8.
166-cı hissənin birinci abzası aşağıdakı
redaksiyada verilsin və ikinci abzası ləğv edilsin:
“Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti notariusda saxlanılır. “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı borcu müəyyən edən sənəd, yaxud borclunun şəxsi hesabından çıxarış elektron formada olan notariat reyestrində, icra qeydi isə rəsmiləşdirildikdən sonra notariat işində saxlanılır.”;
3.9. 167-ci hissəyə “sənədin” sözündən sonra “(Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
3.10. 168-ci hissəyə “icra qeydinə” sözlərindən sonra “dair notariat işində və ya elektron formada olan notariat reyestrində” sözləri əlavə edilsin və həmin hissədən “əlavə olunmur, notariusda” sözləri çıxarılsın.
Novruz
MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 27 yanvar.- S.8.