Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 27
Bakı şəhəri,
28 yanvar 2019-cu il
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyi haqqında
Əsasnamə”nin 5.7-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin
sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin
və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın
sədri
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin sədri
Kollegiyanın
üzvləri:
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin sədrinin
müavini
Naxçıvan Muxtar Respublikası
Turizm Departamentinin direktoru
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin
müdiri
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 29 yanvar.- S.5.