“Mülki ali təhsil
müəssisələri tələbələrinin
ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı
haqqında Əsasnamənin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 26 nömrəli Qərarında
dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 28
Bakı şəhəri, 29 yanvar
2019-cu il
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
12 oktyabr tarixli 1280-VQD
nömrəli Qanununun
tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti haqqında Əsasnamə”nin təsdiqi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 16
noyabr tarixli 345 nömrəli Fərmanının
1.3-cü
bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Mülki ali təhsil müəssisələri
tələbələrinin ehtiyat
zabitləri proqramı
üzrə hərbi hazırlığı haqqında
Əsasnamənin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 27 fevral tarixli 26 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 2, maddə
151; 2010, ¹ 3, maddə 264) 1-ci hissəsi ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 31 yanvar.- S.7.