Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 148 Bakı şəhəri, 25 aprel 2020-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 10 iyun tarixli 111 nömrəli və “I dərəcə əlilliyi olan şəxslərə ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezi­dentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 294 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Kons­titusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 725; 2017, ¹ 2, maddə 325; 2019, ¹ 3, maddə 518) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 2.1.7- ci yarımbəndində “tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrindən” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 7, maddə 1317) ilə təsdiq edilmiş “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respub-likası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın 3.3-cü bəndində “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti 2020.- 26 aprel.- S.4.