AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 140 Bakı
şəhəri, 17 aprel 2020-ci il
“Orta ixtisas təhsili
üzrə ixtisasların Təsnifatı”nın təsdiq
edilməsi və “Orta ixtisas
təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq
edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər
edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş
hesab edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli
11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
2. “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 57; 2017, № 4, maddə 622) 1-ci hissəsi ləğv edilsin.
3. Bu Qərar 2020-ci il
15 sentyabr tarixindən
qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti 2020.- 19 aprel.- S.5.