Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə

tədbirlərində .iştirak edən tibb işçilərinin əməkhaqlarına

müddətli əlavənin müəyyən edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

 Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə

tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin

gücləndirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin

2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin

etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

qərara alır:

1. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək

şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin

əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən

edilsin:

1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq

vəzifə (tarif) maaşının 3 misli məbləğində;

1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin

bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o

cümlədən Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq

vəzifə (tarif) maaşının 4 misli məbləğində;

1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq

vəzifə (tarif) maaşının 5 misli məbləğində.

2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə

vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan

müddət üçün ödənilir.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə İcbari

Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ

koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb

edilən özəl tibb müəssisələri işçilərinin könüllülərin əməyinin

ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən

işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş)

gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İcbari Tibbi

Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə

Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll

etsinlər.

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 25 mart 2020-ci il

¹ 112

Xalq qəzeti  2020.- 7 aprel.- S.13.