Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Həbs yerlərinin daxili intizam
Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü
il 26 fevral tarixli 63 nömrəli, “Qanunsuz
miqrantların saxlanılması mərkəzlərinin daxili intizam
Qaydaları”nın təsdiq edilməsi barədə”
2016-cı il 24 avqust tarixli 317 nömrəli və “Dövlət və bələdiyyə
tərəfindən yaradılan ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq
edilməsi və “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin dəyişiklik
edilmiş bəzi qərarlarının
siyahısı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə”
2019-cu il 15 yanvar tarixli 7 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 130
Bakı şəhəri, 8 aprel 2020-ci il
“Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntu-larının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Preziden-tinin 2019-cu il 14 noyabr tarixli 1562 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1001, № 10, maddə 1295; 2016, № 2 (II kitab), maddə 355, № 9, maddə 1585; 2018, № 9, maddə 1943, № 10, maddə 2170, № 11, maddə 2462; 2019, № 3, maddə 518, № 8, maddə 1460) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” üzrə:
1.1.1. 8.1.22-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublika-sının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;
1.1.2. 27.4-cü bənddən (hər iki halda) “və psixoloji” sözləri çıxarılsın;
1.2. həmin Qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə:
1.2.1. 2.8-ci bənddən (hər iki halda) “və psixoloji” sözləri çıxarılsın;
1.2.2. 4.1.22-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublika-sının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;
1.2.3. 10.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“10.17. Tutulmuş və ya həbs edilmiş şəxsin müraciəti əsasında ona “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənişsiz psixoloji yardım göstərilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454; 2018, № 4, maddə 813, № 5, maddə 1127; 2019, № 3, maddə 518) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın 19-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “və psixoloji” sözləri çıxarılsın;
2.2. 19.1-ci bəndə “yaradılır” sözündən sonra “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənişsiz psixoloji yardım göstərilir” sözləri əlavə edilsin;
2.3. 19.20-19.32-ci bəndlər ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 151) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.1.12-ci yarımbəndinə “təşkil etmək” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti 2020.- 11 aprel.- S.5.