Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” 2008-ci il 1 iyul tarixli 149 nömrəli və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 7 avqust tarixli 348 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

№ 132 Bakı şəhəri, 9 aprel 2020-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1234; 2016, № 11, maddə 1976; 2017, № 4, maddə 619) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və ikinci abzasında “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsinin Nizamnaməsi” üzrə:

1.2.1. adında, 1.1-ci, 1.2-ci, ­1.5-ci, 1.6-cı, 2.1-ci, 4.1-ci və 4.2-ci bəndlərində “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 4.3.2-ci yarımbənddə ismin müvafiq hallarında “dövlət uşaq müəssisəsi” sözləri ismin müvafiq hallarında “uşaqlar üçün sosial xidmət müəssisəsi və təhsil müəssisəsi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,

№ 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2090, 2095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 83 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin;

2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “6.2.5. “Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” paraqrafında “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “221900. “Digər malların ­alınması” paraqrafında “uşaq müəssisələrində” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” 2008-ci il 1 iyul tarixli 149 nömrəli və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1455) ilə təsdiq edilmiş 15 nömrəli əlavə - “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin adında “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmişElektrik qurğularının quraşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4.9.5-ci və 2.5.14.8-ci yarımbəndlərdə “uşaq müəssisə-lərinin” sözləri “təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

4.2. 7.1.4.3-cü və 7.1.4.5-ci yarımbəndlərin ikinci abzaslarında “Uşaq müəssisələrindəki (bağçalarda, körpələr evlərində, məktəb-lərdə və s.) uşaq otaqlarında” sözləri “Təhsil müəssisələrindəki otaqlarda” sözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 11 aprel.- S.5.