Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Notariat hərəkətlərinin qeydi üçün
reyestrlərin, notariat şəhadətnamələrinin,
əqdlərdə və təsdiq edilən sənədlərdə
təsdiq qeydlərinin formalarının təsdiq edilməsi
haqqında” 2000-ci il 23 avqust
tarixli 148 nömrəli, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin
aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” 2004-cü il 1 iyul tarixli 90 nömrəli,
“Azərbaycan Respublikasının yaşayış məntəqələrində
it, pişik və ya digər ev heyvanlarının
saxlanması Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 9 mart
tarixli 38 nömrəli və “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Təminat
Xidmətinin nəzdində dövlət uşaq
müəssisələrinin valideyn himayəsindən
məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin
yaradılması və istismarı ilə bağlı məsələlər
haqqında” 2015-ci il 30 mart
tarixli 90 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 135 Bakı
şəhəri, 9 aprel 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652; 2005, № 8, maddə 782, № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, maddə 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314; 2016, № 11, maddə 1936; 2018, № 3, maddə 627; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddə 967) ilə təsdiq edilmiş 7 nömrəli forma – “Dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə”də “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin” sözləri “sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 90 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 581; 2009, № 8, maddə 675; 2014, № 11, maddə 1510) ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin 6.10-cu bəndinin dördüncü abzasında və 6.10.3- cü yarımbəndinin altıncı abzasında ismin müvafiq hallarında “uşaq müəssisələri” sözləri ismin müvafiq hallarında “uşaqlar üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232, № 10, maddə 972; 2015, № 2, maddə 227; 2016, № 12, maddə 2226; 2018, № 12 (II kitab), maddə 2722; 2019, № 5, maddə 971) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.2-ci bənddə “uşaq və yeniyetmə müəssisələrində” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
3.2. 4.4.3-cü yarımbənddə “uşaq müəssisələrində” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 30 mart tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 335) adında, 1-ci, 2-ci, 6-cı hissələrində, 5.1-ci və 5.2-ci bəndlərində “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV,
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 12 aprel.- S.2.