Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Hemofiliya və talassemiya
irsi qan xəstəlikləri
olan şəxslərin registrinin
yaradılması və aparılması Qaydası”nın təsdiq
edilməsi haqqında” 2005-ci il 26 dekabr tarixli 241 nömrəli,
“Hemofiliya və talassemiya
irsi qan xəstəlikləri
olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və
dərman preparatlarının, qan komponentləri
hazırlamaq üçün vasitələrin
Siyahısının və miqdarı”nın təsdiq edilməsi
haqqında” 2005- ci il
29 dekabr tarixli 242
nömrəli, “Qanın, qan komponentlərinin
tədarükü, emalı, saxlanması və
bölüşdürülməsi Qaydası”nın və
“Qanın, qan komponentlərinin tədarükü,
emalı, saxlanması və bölüşdürülməsi
ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın təsdiq
edilməsi haqqında” 2006-cı il 28
yanvar tarixli 26 nömrəli, “Doktoranturalar
yaradılan Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin, elmi
müəssisə və təşkilatların
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli
235 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 3 noyabr
tarixli 182 nömrəli və “Baza maliyyələşdirilməsinin subyektləri
olan elmi müəssisə
və təşkilatların Siyahısı”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli
qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin
tabeliyində Talassemiya Mərkəzi
haqqında” 2017-ci il 15 avqust
tarixli 330 nömrəli Qərarının
ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 134 Bakı şəhəri, 9
aprel 2020-ci il
“Milli Hematologiya və Transfuziologiya
Mərkəzinin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli
895 nömrəli Fərmanının 4-cü hissəsinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 26 dekabr tarixli 241 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, № 12, maddə 1240; 2008, № 2, maddə 130) ilə təsdiq edilmiş
“Hemofiliya və talassemiya
irsi qan xəstəlikləri
olan şəxslərin registrinin
yaradılması və aparılması Qaydası”nın
3-cü hissəsində “B.Eyvazov adına
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda”
sözləri “Milli Hematologiya
və Transfuziologiya Mərkəzində”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 dekabr tarixli 242 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №
12, maddə 1241; 2010, № 8, maddə 763) ilə təsdiq
edilmiş “Hemofiliya və
talassemiya irsi qan xəstəlikləri olan
şəxslərə göstərilən tibbi
yardımın Qaydası”nın 1-ci hissəsində “B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya
və Transfuziologiya İnstitutunda”
sözləri “Milli Hematologiya
və Transfuziologiya Mərkəzində”
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №
1, maddə 55; 2008, № 6, maddələr 584, 586; 2010,
№ 6, maddə 566) ilə təsdiq edilmiş
“Qanın, qan komponentlərinin tədarükü,
emalı, saxlanması və bölüşdürülməsi
ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın 1-ci
hissəsində “B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya
və Transfuziologiya İnstitutunun” sözləri “Milli
Hematologiya və Transfuziologiya
Mərkəzinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 27 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə” bölməsinin 12-ci hissəsi ləğv edilsin;
4.2. “Azərbaycan Mərkəzi Kooperativlər
İttifaqı üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi” publik hüquqi şəxs üzrə” bölməsi
əlavə edilsin:
“Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi” publik
hüquqi şəxs üzrə
1.
Milli
Hematologiya və Transfuziologiya Mərkəzi
fəlsəfə
doktoru üzrə
5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638,
№ 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə
730, № 9, maddə 1136, № 10, maddə 1214; 2015, № 10, maddə 1214,
№ 12, maddə 1563; 2017, № 12 (II kitab), maddə 2562; 2018, № 1, maddə
136, № 10, maddə 2144) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısı”nın I bölməsinin
2.1-ci bəndi və III bölməsinin 2-ci hissəsi ləğv
edilsin.
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531; 2018, № 8, maddə
1798; 2019, № 5, maddə 944) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin
subyektləri olan elmi müəssisə və təşkilatların
Siyahısı”nda aşağıdakı dəyişikliklər
edilsin:
6.1.
3.10-cu bənd ləğv edilsin;
6.2.
13.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 14-cü hissə əlavə
edilsin:
“14.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”
publik hüquqi şəxs üzrə:
14.1. Milli Hematologiya
və Transfuziologiya Mərkəzi.”.
7. “Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
tabeliyində Talassemiya
Mərkəzi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017- ci il 15 avqust tarixli 330 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, № 8, maddə 1618; 2018, № 1, maddə 135) ləğv edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti 2020.- 12 aprel.- S.2.