Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Bütün
tipdən olan internat məktəblərdə,
əqli və ya fiziki
cəhətdən qüsurlu uşaqlar üçün
internat məktəblərdə, uşaq evlərində, yetim
və valideyn himayəsindən məhrum uşaqlar üçün
internat məktəblərdə tərbiyə
olunan uşaq və yeniyetmələrin
geyim, ayaqqabı və yumşaq
inventarlarla təmin olunması norması
haqqında” 1994-cü il 17 yanvar
tarixli 15 nömrəli, “Təhsil müəssisələrində,
xəstəxanalarda və sosial sahənin
digər ictimai müəssisələrində
vətəndaşların qida normalarının
tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli
103 nömrəli, “Ümumtəhsil internat
məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq
edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli,
“Məcburi dövlət sosial
sığortası üzrə ödəmələrin və əmək
qabiliyyətini müvəqqəti itirmiş
işçilərə sığortaedənin
vəsaiti hesabına ödənilən müavinətin
hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” 1998-ci il
15 sentyabr tarixli 189
nömrəli, “Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsinin yaxşılaşdırılması
tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli
və “Dövlət məktəbəqədər təhsil
müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli
qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
¹ 132 Bakı şəhəri, 9 aprel
2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”nın adında, “Əşyaların adları” sütununun 38-ci sətrində və “Uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaqlar üçün” sütununun adında “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Bütün tip internat məktəblərində olan yetim uşaqlar və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qida normaları (1 uşağa gün ərzində qramla)”nın adında “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci hissədə, 6-cı hissənin üçüncü abzasında, 16-cı, 23-cü və 24-cü hissələrdə “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin;
3.2. 9-cu hissənin səkkizinci abzasında “hər iki valideynini itirmiş yetim” sözləri “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr 857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773; 2014, ¹ 4, maddə 459; 2016, ¹ 7, maddə 1343,
¹ 11, maddə 1973; 2017, ¹ 4, maddə 610, ¹ 5, maddə 995, ¹ 9, maddə 1728, ¹ 10, maddə 1913, ¹ 12 (II kitab), maddə 2548; 2018, ¹ 6, maddə 1348, ¹ 9, maddə 1903, ¹ 11, maddə 2458, ¹ 12 (II kitab), maddə 2736; 2019, ¹ 4, maddə 781,
¹ 7, maddə 1319) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliy-yətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 46-cı hissə üzrə:
4.1.1. birinci abzasın üçüncü cümləsində “Məktəbəqədər, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində” sözləri “Təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
4.1.2. ikinci abzasda “Bu bənddə göstərilən təhsil müəssisə-lərində, məktəbdənkənar və digər uşaq müəssisələrində, eyni zamanda müəssisədə (idarədə)” sözləri “Eyni zamanda təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
4.2. 62-ci hissənin on səkkizinci abzasında “ata-anasız yetim” sözləri “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin.
5. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 719; 2017, ¹ 12 (II kitab), maddə 2514) 2-ci hissəsinin üçüncü abzasında “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2567) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın 2.1.3-cü yarımbəndində “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti
2020.- 11 aprel.- S.9.