Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan Respublikasında nəqliyyat
vasitələri, kənd təsərrüfatı texnikası
və ehtiyat hissələrinin komisyon satışı
qaydaları haqqında” 1995-ci il 14 mart tarixli 58 nömrəli,
“Azərbaycan Respublikasının dövlət büdcəsinin
vəsaiti hesabına alınan pestisidlərin satılması
Qaydalarının təsdiq edilməsi haqqında” 2005-ci il 29
noyabr tarixli 221 nömrəli, “Sort müəllifinə və
patent sahibinə toxumdan istifadəyə görə
mükafatın və haqqın ödənilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il
9 fevral tarixli 41 nömrəli, “Azərbaycan Respublikasında
baytarlıqla bağlı bəzi normativ hüquqi aktların
təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65
nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla
bağlı bəzi normativ hüquqi aktların təsdiq
edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli 11 nömrəli,
“Azərbaycan Respublikasında baytarlıqla bağlı
bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında”
2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Azərbaycan
Respublikasında baytarlıqla bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il
16 aprel tarixli 66 nömrəli, “Azərbaycan Respublikasında
damazlıqla bağlı bəzi normativ hüquqi aktların
təsdiq edilməsi haqqında” 2008-ci il 19 avqust tarixli 190
nömrəli, “Kənd təsərrüfatı
məhsulları istehsalçılarının toxum,
gübrə və damazlıq heyvanları ilə təmin
edilməsinə əlavə dəstək verilməsi ilə
əlaqədar bəzi məsələlər barədə”
2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarlarında
dəyişiklik edilməsi və “Elektron kənd təsərrüfatı”
informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq
edilməsi barədə” 2014-cü il 30 dekabr tarixli 408
nömrəli Qərarının ləğv edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektron kənd
təsərrüfatı” informasiya sistemi haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli
897 nömrəli Fərmanının 4-cü hissəsinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58
nömrəli Qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında nəqliyyat
vasitələri, kənd təsərrüfatı texnikası
və onlar üçün ehtiyat hissələrinin komisyon satışı
Qaydaları”na aşağıdakı məzmunda 4.15-ci bənd
əlavə edilsin:
“4.15. Kənd
təsərrüfatı texnikasının alınması, hüquqi
və fiziki şəxslərə satılması və bu
zaman həyata keçirilən ödənişlər
barədə məlumatlar Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd
təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə
uyğun olaraq, “Elektron kənd təsərrüfatı”
informasiya sisteminə daxil edilir.”.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 noyabr tarixli 221
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1077;
2007, ¹ 2, maddə 192; 2010, ¹ 3, maddə 257) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının dövlət
büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin
satılması Qaydaları”na aşağıdakı
məzmunda 7-ci hissə əlavə edilsin:
“7. Pestisidlərin
alınması, onların hüquqi və fiziki
şəxslərə satılması və bu zaman həyata
keçirilən ödənişlər barədə
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.”.
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 41
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 189)
ilə təsdiq edilmiş “Sort müəllifinə və
patent sahibinə toxumdan istifadəyə görə
mükafatın və haqqın ödənilməsi
Qaydası”nın 4-cü hissəsinin birinci abzasına
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Bağlanılmış
lisenziya müqavilələri barədə məlumatlar
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli
897 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Elektron kənd təsərrüfatı” informasiya sistemi
haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 293;
2009, ¹ 1, maddə 34; 2014, ¹ 7, maddə 934; 2015, ¹ 1, maddə 64,
¹ 2, maddə 227; 2018, ¹ 9, maddə 1937, ¹ 12 (II kitab), maddə
2721; 2019, ¹ 5, maddə 972, ¹ 7, maddə 1340) ilə təsdiq
edilmiş “Baytarlıq preparatlarının ehtiyatının
yaradılması, saxlanması və istifadəsi
Qaydaları”nın III hissəsinə aşağıdakı
məzmunda dördüncü abzas əlavə edilsin:
“Baytarlıq
preparatlarından istifadə etməklə həyata
keçirilən heyvanların müayinəsi, müalicəsi
və heyvan xəstəliklərinin profilaktikası
barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.”.
5. “Azərbaycan
Respublikasında baytarlıqla bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11
nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 55;
2009, ¹ 1, maddə 34; 2015, ¹ 2, maddə 227; 2018, ¹ 12 (II kitab),
maddə 2721) aşağıdakı dəyişikliklər
edilsin:
5.1. həmin
Qərarla təsdiq edilmiş “Heyvanların planlı profilaktik
və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin
baş verməsinin və yayılmasının
qarşısının alınması, xəstəlikləri
ləğv etmək üçün epizootiya
mənbələrində və qeyri-sağlam
məntəqələrdə, heyvandarlıq binalarında,
onların ərazilərində, nəqliyyatda və digər
yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya
işlərinin aparılması Qaydası”na
aşağıdakı məzmunda 2.12-ci bənd əlavə
edilsin:
“2.12. Heyvanların
müayinəsi, müalicəsi və heyvan
xəstəliklərinin profilaktikası barədə
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.”;
5.2. həmin
Qərarla təsdiq edilmiş “Baytarlıq tədbirlərinin
təşkili və həyata keçirilməsi Qaydaları”na
aşağıdakı məzmunda 4.9-cu bənd əlavə
edilsin:
“4.9. Heyvanların
müayinəsi, müalicəsi və heyvan
xəstəliklərinin profilaktikası barədə
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.”.
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 63;
2008, ¹ 7, maddə 673; 2015, ¹ 2, maddə 227; 2018, ¹ 12 (II kitab),
maddə 2721) ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin
diaqnostikası və profilaktikası üzrə baytarlıq
tədbirlərinin həyata keçirilməsinə
nəzarət edilməsi və bu məqsədlə hər bir
heyvanı və ya heyvanlar qrupunu müşahidə
etməyə imkan verən kənd təsərrüfatı
heyvanlarının identikləşdirilməsinin
aparılması Qaydaları”na aşağıdakı
məzmunda 1.7-ci bənd əlavə edilsin:
“1.7. Kənd
təsərrüfatı heyvanlarının
identikləşdirilməsi üçün istifadə
edilən məlumat və göstəricilər Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron
kənd təsərrüfatı” informasiya sistemi haqqında
Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.
7. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 392;
2008, ¹ 1, maddə 39, ¹ 2, maddə 116, ¹ 5, maddə 448, ¹ 7,
maddə 673; 2010, ¹ 2, maddə 148; 2014, ¹ 7, maddə 940; 2015, ¹
2, maddə 227; 2018, ¹ 12 (II kitab), maddə 2721; 2019, ¹ 9,
maddə 1563) ilə təsdiq edilmiş “Bir sıra karantin
və xüsusi təhlükəli yoluxucu xəstəliklər
baş verdikdə, həmin xəstəliklərin ləğv
edilməsi zamanı hüquqi və fiziki şəxslərə
dəymiş maddi ziyanın əvəzinin
ödənilməsi Qaydaları”na aşağıdakı
məzmunda 4.6-cı bənd əlavə edilsin:
“4.6. Karantin və
xüsusi təhlükəli yoluxucu xəstəliklərə
yoluxmuş heyvanların müayinəsi, müalicəsi və
belə heyvan xəstəliklərinin profilaktikası barədə
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.”.
8. “Azərbaycan
Respublikasında damazlıqla bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 190
nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 8, maddə 785;
2015, ¹ 2, maddə 227; 2017, ¹ 9, maddə 1737; 2019, ¹ 5, maddə 972)
aşağıdakı dəyişikliklər edilsin:
8.1. həmin
Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında
yetişdirilən heyvanların cins tərkibinin, habelə
damazlıq pasportu (şəhadətnaməsi) olan cins
heyvanların sayının müəyyən edilməsi və
uçotunun aparılması Qaydaları”na
aşağıdakı məzmunda 2.9-cu bənd əlavə
edilsin:
“2.9. Damazlıq
heyvanlar barədə məlumatlar Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd
təsərrüfatı” informasiya sistemi haqqında
Əsasnamə”yə uyğun olaraq “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.
8.2. həmin
Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında
yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi
qeydə alınması və patentləşdirilməsi, həmin
heyvanların sınağının aparılması
Qaydaları, seleksiya nailiyyətinə olan tələblər
və şərtlər”ə aşağıdakı
məzmunda 4.15-ci bənd əlavə edilsin:
“4.15. Seleksiya
nailiyyətlərindən istifadə üçün
bağlanılmış lisenziya müqavilələri
barədə məlumatlar Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd
təsərrüfatı” informasiya sistemi haqqında
Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.
9. “Kənd təsərrüfatı
məhsulları istehsalçılarının toxum,
gübrə və damazlıq heyvanları ilə təmin
edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar
bəzi məsələlər barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226
nömrəli Qərarına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 872;
2013, ¹ 7, maddə 881; 2015, ¹ 2, maddə 227; 2016, ¹ 1, maddə
168; 2017, ¹ 7, maddə 1476; 2019, ¹ 3, maddə 547, ¹ 5, maddə
972, ¹ 12, maddə 2077) aşağıdakı məzmunda 4-1-ci
hissə əlavə edilsin:
“4-1. Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət tərəfindən
tətbiq olunan güzəştlər barədə
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.”.
10. “Elektron kənd
təsərrüfatı” informasiya sistemindən istifadə
Qaydaları”nın təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1682;
2015, ¹ 11, maddə 1416; 2016, ¹ 6, maddə 1217; 2017, ¹ 10, maddə
1927; 2018, ¹ 1, maddə 139; 2019, ¹ 12, maddə 2098) ləğv
edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Bakı
şəhəri, 10 aprel 2020-ci il
¹
137
Xalq qəzeti 2020.- 14 aprel.- S.2.