Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü
olan tələbələrin təhsil
haqqı xərclərinin ödənilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 138 Bakı şəhəri, 13
aprel 2020-ci il
“Koronavirus
(COVID-19) pandemiyasının və bundan irəli
gələrək dünya enerji
və səhm bazarlarında baş verən
kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makroiqtisadi
sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması ilə bağlı bir
sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli
Sərəncamına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan
Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli
əsaslarla əyani təhsil alan (təkrar
ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial
baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin
üzvü olan tələbələrin
2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri
dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:
1.1. ünvanlı dövlət sosial
yardımı alanlar;
1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri
aşağıdakı kateqoriyaların hər hansı birinə
aid olanlar:
1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2. işsiz kimi qeydiyyatda olanlar;
1.2.3. yaşa görə əmək
pensiyaçıları;
1.2.4. yaşa görə sosial müavinət alanlar.
2. Bu Qərarın 1-ci hissəsində qeyd
olunan tədris semestrləri (yarımillikləri)
üçün dövlət büdcəsi
hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli
120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar
üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin, orta
ixtisas və peşə təhsili müəssisələrində
isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi təhsil
müəssisələri (tabeliyindən və mülkiyyət
formasından asılı olmayaraq) tərəfindən
təqdim edilən məlumatlar əsasında normativ
təhsil müddətində ödənişli əsaslarla əyani
təhsil alan və sosial
baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü
olan tələbələri Azərbaycan
Respublikası Təhsil Nazirliyinin “Təhsil
Mərkəzləşdirilmiş İnformasiya
Sistemi” vasitəsilə müəyyən
edərək, bu Qərarın
icrasını təmin etsin.
4. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Azərbaycan Respublikasının Dövlət İmtahan
Mərkəzi və ali, orta
ixtisas və
peşə təhsili müəssisələri 20 gün müddətində bu
Qərarın icrası üçün zəruri
informasiya sistemlərinin və
ehtiyatlarının “Elektron hökumət”
portalı üzərindən Azərbaycan Respublikası Təhsil
Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”nin sorğularının cavablandırılması
qaydasında inteqrasiyası üçün
müvafiq tədbirləri həyata
keçirsinlər.
5. Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi bir ay müddətində
“Elektron hökumət” portalı vasitəsilə
bu Qərarın 4-cü hissəsində nəzərdə
tutulmuş dövlət orqanlarının
və qurumlarının informasiya sistemlərinin
və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”nə
inteqrasiyasını təmin etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 14 aprel.- S.2.