Əhali üzrə
elektrik enerjisinin
aylıq istehlak həcminin tənzimlənməsi
ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 139 Bakı
şəhəri, 13 aprel 2020-ci il
“Koronavirus
(COVID-19) pandemiyasının və bundan irəli
gələrək dünya enerji
və səhm bazarlarında baş verən
kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makro-iqtisadi
sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması ilə bağlı bir
sıra tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 19
mart tarixli 1950 nömrəli
Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi
barədə” Azərbaycan Respublikası Tarif
(qiymət) Şurasının 2016-cı il
28 noyabr tarixli 17
nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik
enerjisinin 7 qəpik/ kilovat-saat
tarifi tətbiq olunan
aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından
etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat
artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən
edilsin.
2. Bu Qərar bütün əhali
istehlakçılarının aprel
ayında sayğac oxunduğu
gündən sonrakı iki hesabat ayı üçün
istehlak etdikləri elektrik
enerjisinə şamil edilir.
Hesabat ayı üçün
istehlak edilən elektrik
enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində
istifadə edilmiş elektrik
enerjisinin həcmi nəzərdə tutulur.
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə
tapşırılsın:
3.1. bu Qərarın
1-ci hissəsi ilə edilən dəyişiklik nəticəsində
elektrik enerjisinin əhali
tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli
Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə
zəruri məlumatların və təsdiqedici sənədlərin
Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim olunmasını təmin etsin;
3.2. bu Qərarın icrasından irəli gələn digər məsələləri həll etsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 14 aprel.- S.2.