“Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 152 Bakı şəhəri, 27 aprel 2020-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq, “Azərbaycan Respub­likası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanu­nunun tətbiqi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

 

“Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarının 3-cü hissəsində “mayın 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 28 aprel.- S.2.