Əqli Mülkiyyət
Agentliyinin 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət
Günü münasibətilə ictimaiyyətə müraciət
edib
Əziz
həmvətənlər, xanımlar və cənablar!
Hörmətli müəlliflər və
ixtiraçılar, işgüzar dairələrin nümayəndələri,
kreativ və yenilikçi ideyaları innovasiyalara
çatdıranlar.
Əqli Mülkiyyət Agentliyi adından Sizə
çox əlamətdar bir bayram - 26 aprel - Beynəlxalq
Əqli Mülkiyyət Günü münasibətilə
müraciət edirik.
Bu gün Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən
2000-ci ildə elan edilmişdir və hər il Əqli
Mülkiyyət Agentliyinin təşəbbüsü ilə bu
günü müxtəlif tədbirlər silsiləsi ilə
qeyd etməklə, ƏM hüquqlarının innovasiya və
yaradıcılığın inkişafına necə
töhfə verməsi barədə geniş ictimaiyyətə
danışmaq imkanına malik oluruq. Məhz bu günlərdə
yaradıcılıq və yenilikçilik kimi təbii insan
resurslarının ətraf dünyamızı
yaxşılaşdırmasının necə mümkün
olduğunu xüsusilə vurğulayırıq.
Bu il ÜƏMT-nin bu günü təsdiq etməsinin
21-ci ildönümünü qeyri-adi şəraitlərdə
- dünyanı koronavirus pandemiyası bürüdüyü
bir zamanda qeyd edirik. Buna görə də ilk olaraq hamıya
möhkəm can sağlığı, bu infeksiyanın
toxunduğu insanlara isə tezliklə sağalmağı
arzulamaq istəyirik. Azərbaycan dövləti planetimizi
bürüyən bu böhran vəziyyətindən minimal
itkilərlə çıxmaq üçün əlindən
gələni edir.
Koronavirus infeksiyasının
qarşısının alınması üçün
infeksiyanın yayılmasına qarşı qabaqlayıcı
çevik və zəruri tədbirlər
görülmüşdür, koronavirusa qarşı mübarizə
və karantin rejimi nəzərə alınmaqla səhiyyə
sisteminin hazırlığı və biznesin dəstəklənməsiüçün
külli miqdarda vəsait ayrılmışdır.
Test - müayinələrinin keçirilməsində
və xəstəlik hallarının vaxtında aşkara
çıxarılmasında ölkəmiz liderlər
sırasındadır. Və bu, operativ təchiz
olunmuş müasir laboratoriyalar və ən yaxşı testlər
əsasında həyata keçirilir. Ümumdünya Səhiyyə
Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirərək, onu pandemiyaya
qarşı mübarizədə nümunəvi hesab
etmişdir.
Ölkə rəhbərliyinin dərin düşünülmüş və hadisələrin arzuolunmazinkişafını qabaqlayan siyasətinin əsasında vətəndaşlarımıza qayğı və həssas münasibəti durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır".
Birinci xanım Mehriban Əliyeva vətəndaşlara
çox dərin duyğulu müraciətində qeyd etmişdir
ki, “Əminəm ki, müdrik xalqımızın ən
gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və
mərdlik, mərhəmət və şəfqət, inam və
məhəbbət sayəsində biz birlikdə bu ciddi
çağırışın öhdəsindən gələcəyik”.
Əziz həmvətənlər!
Mövcud vəziyyətin diktə
etdiyi məhdudlaşdırıcı karantin tədbirləri
şəraitində və özünütəcrid rejimindəyenilikçi
ideyalara yönlənmiş kreativ təfəkkürlü
insanlar öz ideyalarının irəli sürülməsinə
səy göstərmələri üçün bir fürsət
kimi istifadə edə bilərlər. Xahiş edirik, nəzərə
alasınız ki, Agentlik Sizin iddia müraciətlərinizi, əqli
mülkiyyət obyektlərinə sifariş ərizələrinizi
onlayn rejimdə qeydiyyata almaqda davam edir.
I. Mövcud mürəkkəb vəziyyətə baxmayaraq, ÜƏMT bu il diqqəti “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı roluna və əqli mülkiyyəti onun fundamenti kimi cəmləşdirməyi tövsiyə edir. Gələcəyimizin nə qədər “yaşıl” olacağı bizim məsuliyyətimizdən, bu gün qəbul etdiyimiz hər bir qərardan asılıdır, çünki məhz onlar sabahkı həyatımızı müəyyənləşdirirlər. Və biz kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq "yaşıl" bir gələcək yarada bilərik. Bunlar da bizi yeni, daha səmərəli yollara çıxaracaq vəaşağı karbonlu inkişaf kursunu formalaşdırmağa imkan verəcəkdir. Ətraf mühitin qorunmasına zərurətin artdığı bir şəraitdə dünyanın, insan cəmiyyətinin bizdən gözləntiləri də eləbunlardır.
Müasir dünyada "YAŞIL
İNNOVASİYA", "YAŞIL TEXNOLOGİYA",
"YAŞIL ENERJİ" kimi anlayışlar artıq
populyar və aktual mövzulara çevriliblər və təsadüfi
deyildir ki, Qlobal İnnovasiya İndeksi üzrə Hesabatlarda
innovasiyaların enerji mənbəyi kimi vacib rolu
vurğulanır. Proqnozlara görə, 2040-cı ildə ənənəvi
enerji istehlakı üsullarında dünyanın enerjiyə tələbatı30%-dən
çox artacaq və bununla əlaqədar bizim iqlim də
prinsipialdəyişikliklərə məruz qalacaqdır. Və yeni onilliyə qədəm qoyarkən, biz
dünyada baş verən iqlim dəyişiklərinin:
qasırğalar, daşqınlar, quraqlıqlar və təbiət
yanğınlarının təsirini çox aydın hiss
edirik və bütün bunlar, mütəxəssislərin
fikrinə görə, əsasən iqlim dəyişikliklərinin
törətdiyi nəticələrdir.
Qrenlandiyada buz
örtüyünün 1990-cı ildəkindən 7 dəfə
daha sürətli əridiyi bir vaxtda su qıtlığı
ilə bağlı problemlər dünya əhalisinin dörddə
birini təhdid edir, NASA-nın məlumatına görə isə
2010-cu ildən bəri son on ildə planetimiz 5 ən isti illərini
yaşamışdır. İqlim böhranının
aradan qaldırılması “yaşıl” gələcəyin
qurulması ilə əlaqəlidir. ÜƏMT-nin müraciətində
qeyd olunur ki, "İnsanlar, iş adamları və hökumətlər
iqlim dəyişikliyini həll etməyə yönəlmişaddımlar
atmağa başlamışlar".
Bu “yaşıl” gələcəyi quranlar kimlərdir?
Onlar – bütün dünyada olan ixtiraçılar və müəlliflər, kişilər və qadınlar, mədən yanacağı və qida və təbii resursların daha səmərəli idarəetmə sisteminə əsaslanan ənənəvi texnologiyalar üçün daha "təmiz" alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu da öz növbəsində onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyətsistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylərin bundan sonra da davam etdirilməsi vacibdir.
Güclü və
balanslaşdırılmış əqli mülkiyyət
sistemi “yaşıl” iqtisadiyyatın inkişafını təşviq
etmək və planetimizdə həyat təminatını dəstəkləmək
iqtidarındadır. Patent sistemi innovasiyaları
və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir,
yaradıcı təfəkkür və sənaye nümunələrinin
qorunması mexanizmləri isə faydalı, cəlbedici və
sərfəli məhsulların yaradılmasında resurslardan
optimal istifadəyə kömək edir. Əmtəə
nişanlarının və digər fərqləndirici
nişanların qorunması sistemi müəssisələrin
artmasına təsir göstərir və iqtisadiyyatın
inkişafını dəstəkləyir, coğrafi göstəricilər
ehtiyatların dayanıqlı istehlakına yardım edir,
seleksiya hüquqları isə daha davamlı bitki
sortlarının yetişdirilməsinə kömək
edir və bununla da ərzaq təhlükəsizliyinə təsir
göstərir.
Nəhayət, müəlliflər
və müəllif hüququnun sahibləri
"yaşıl" gələcək konsepsiyasının
yaradılmasında rol oynayır, eyni zamanda biznes nümayəndələri
- innovativ müəssisələr özlərinin innovativ məhsulları
ilə bizi "yaşıl" gələcəyə
yaxınlaşdırırlar.
Azərbaycanda “yaşıl” patentlərlə
bağlı vəziyyət necədir?
Azərbaycanda ixtiraçılara 2010-cu ildən bəri “yaşıl” texnologiyalar əsasında verilən patentlər verilmiş ümumi patentlərin təxminən 3%-ni təşkil edir. Bunlar əsasən alternativ enerji mənbələrinin işlənməsi ilə əlaqəli olan patentlərdir. Hesab edirik ki, 15 il ərzində ölkənin güclü iqtisadi inkişafına, iqtisadi artımda qeyri-neft sektorunun prioritetliyinə söykənərək, yaxın illərdə “yaşıl” iqtisadiyyat diqqət mərkəzində olmalı, "yaşıl" və "iqtisadi artım" anlayışları vahid cəbhədə Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına keçməsinə kömək etməlidirlər.
Bu, BMT-nin İqtisadi Əməkdaşlıq Təşkilatının
“Yaşıl artım” Bəyannaməsində qeyd olunduğu
kimi, davamlı iqtisadi artımın və ətraf mühitin
sağlamlaşdırılmasının
qırılmazlığına kömək edəcəkdir.
II. Əqli Mülkiyyət Agentliyinin ötən
2019-cu ildəki fəaliyyəti və qarşıda duran vəzifələr
haqqında bir neçə kəlmə demək istərdik.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin idarə
qarşısında qoyduğu institusional vəzifələri,
habelə dövlət başçısının ölkənin
innovativ inkişafı ilə bağlı göstəriş və
tapşırıqlarını əsas tutaraq, Əqli
Mülkiyyət Agentliyi bəyan edir ki, əqli mülkiyyət
innovasiyaların əsasını təşkil edir. Məhz bu
səbəbdən əqli mülkiyyət
hüquqlarının qorunması və təminatı investisiyaların
cəlb edilməsi və innovasiyaların dəstəklənməsi
üçün imkanlar yaradacaqdır. Və biz bütün əqli
mülkiyyət istifadəçilərini bu hüquqlardan
istifadə edərkən qorunma normalarına və ölkəmizin
bu sahədəki beynəlxalq öhdəliklərinə ciddi əməl
etməyə çağırırıq.
Yeri gəlmişkən, xüsusi qeyd etmək
lazımdır ki, Azərbaycan “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyətin
prioritet sahə kimi əksini tapdığı az sayda ölkələrdən
biridir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında “İcmal hesabatı”nda qeyd edildiyi kimi, “Son illər əqli mülkiyyət sahəsində aparılan islahatlar ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da möhkəmləndirilməsinə səbəb olmuşdur. Belə ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutmuşdur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır”.
Burada diqqəti cəlb edən
odur ki, 2015-2016-cı illərdən başlayaraq, yəni
islahatların yeni mərhələsini nəzərdə
tutsaq, bu göstərici ardıcıl olaraq
yaxşılaşır və 92-ci yerdən 71-ciyə, sonradan
37-ciyə, 36-cıya qalxaraq və nəhayət, 2019-cu ildə
30-cu yerdə qərarlaşıb. Bunlar da təsadüfi
deyil, çünki islahatçı ölkələrin
avanqardına daxil olan Azərbaycan “Doing Business-2019” reytinqinə
görə 190 ölkə arasında 25-ci yerdədir, o cümlədən
“biznesin başlaması” – 9-cu yer, “kiçik investorların
maraqlarının qorunması” – 2-ci yer. Yeni dərc olunmuş
“Doing Business – 2020” hesabatında Azərbaycan islahatçı
20 ölkə sırasına daxil edilib.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi - 2019 hesabatında Azərbaycan 11 pillə irəliləyərək,
141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i
üzrə irəliləyib. Bununla da ölkənin inamlı
innovasiyalı inkişafı təsdiq edilir. Belə
ki, Azərbaycan qanunvericiliyin effektivliyinə – 13-cü, rəqəmli
biznes modellərinə hüquqi çərçivənin
uyğunlaşmasına – 23-cü, hökumətin dəyişikliklərə
olan reaksiyasına – 5-ci və hökumətin gələcəyə
yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə
görə 10-cu yerləri tutur.
Bu cür kardinal dəyişikliklər
Azərbaycanın yeniləşməsinin növbəti,
dördüncü sənaye inqilabının fəal
iştirakçısı, sosial-iqtisadi islahatların
reallaşdırılmasına malik olmasının, innovativ
inkişaf yolunun tərkib hissəsi kimi ƏM sahəsinin
inkişafında və əqli mülkiyyətin
qorunmasında da öz əksini tapır.
Hökumətin Hesabatında göstərilir
ki, “2019-cu ildə ixtira üzrə 102 ixtira patenti
verilmişdir. Bu isə 2018-ci ildəkindən 32 patent
çoxdur. 2019-cu ildə faydalı modellərə dair 16
patent, sənaye nümunələrinə dair 32 patent
verilmişdir. 2019-cu ildə coğrafi göstəricilər
üzrə 5 patent verilmişdir.
İlk dəfə olaraq, patent analitikası və
patent landşaftlarına əsaslanaraq, Azərbaycan
ixtiraları vasitəsilə ölkənin texnoloji profili
müəyyənləşdirilmiş və patent üzrə
aparıcı ölkələrin dünyada ən qabaqcıl
istiqamətləri təqdim edilmişdir. Hesabat ilində
Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 167, faydalı
modelə dair 58 iddia sənədi, 11 beynəlxalq iddia sənədi
və 39 Avrasiya iddia sənədi daxil olmuşdur”.
Əlavə olaraq qeyd etməliyik ki, ötən
ildə əsərlərin qeydiyyatı ilə bağlı
müəllif hüququna aid 834 və milli əmtəə
nişanları üzrə 1114 qeydiyyata alınması ilə
Şəhadətnamələr verilmişdir.
Bütün bunlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir,
islahatların davamlılığına verilən beynəlxalq
dəyərdir, bir tərəfdən dövlət
başçımızın iqtisadi strategiyasının
doğru yolda olmasıdır, digər tərəfdən
institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Əqli mülkiyyət sahəsi həyata
keçirilən islahatların innovasiyalı əsasları ilə
dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli,
institusional və funksional dəyişikliklərlə
müşahidə olunur.
Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində
özündə vəhdət təşkil edən
üçlük formulu: koqnitivlik, kreativlik və
kommersiyalaşmanı birləşdirən özünəməxsus
idarəetmə modeli aktuallaşmışdır.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü
ilə aparılan iqtisadi və institusional islahatların nəticəsində
yaradılmış və bu modeli reallaşdıran publik
hüquqi şəxs institutu öz tövhələrini verməkdədir.
Belə ki, əsas məntiq dövlət-inzibati
funksiyaları yerinə yetirən publik hüquqi şəxslər
eyni zamanda özlərinin təsdiq olunmuş nizamnamələrindən
irəli gələn fəaliyyətlərindən əldə
olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin
optimallaşdırılmış üsullarla idarə
olunmasının təşkilidir.
Dövlət
başçısının rəhbərliyi altında sahə
üzrə aparılan institusional islahat nəticəsində
çalışan dövlət qulluqçularının
sayı 43 nəfər, işləyənlərin ümumi
sayı isə 32 nəfər azaldılaraq, il ərzində
bir milyon 100 min manatdan artıq vəsaitə qənaət
etmək mümkün olmuşdur. Dövlət büdcəsindən
yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına
bərabər tutulan işçilərinin əmək
haqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri
və tabeliyində olan iki mərkəzin bütövlükdə
fəaliyyəti özünümaliyyələşdirmə
prinsipi əsasında həyata keçirilir. Bu isə
institusional islahatın effektivliyinin təsdiqidir.
Bu ilin oktyabr ayında
ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə
və Proqram Komitəsinə seçilib, rotasiya əsasları
ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın
nümayəndəsi ilk dəfə olaraq, müəllif
hüququ üzrə 1886-cı ildən qüvvədə olan
və 170 ölkəni birləşdirən məşhur
Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə
layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən olduqca uğurlu islahatlar silsiləsinin ikinci dalğası ölkəmizin inkişaf gündəmini dəyişməklə, beynəlxalq aləmdə də geniş əks-səda yaradır, diqqətlə izlənir və yüksək dəyərləndirilir. Nüfuzlu beynəlxalq təşkilatların reytinqləri ilə yanaşı, ÜƏMT-nın təsis etdiyi “Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə (WIPO IP Enterprise Trophy)” mükafatının bu ilki nominantı Azərbaycan Respublikasından qurum seçilmişdir.
Mükafatın üzərində
də qeyd olunduğu kimi, bu mükafat son illər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən davamlı, uğurlu iqtisadi islahatlar modelinin nəticələrinə
və bu islahatların reallaşdırılması
üçün investisiyaların cəlb
olunması, innovasiyaların dəstəklənməsi və
innovativ fəaliyyətin stimullaşdırılmasına xidmət
edən ƏM sahəsinin inkişafı üzrə
görülən işlərə, bir sözlə,
bütövlükdə möhtərəm cənab Prezidentin
müəllifliyi ilə reallaşdırılan islahatlara
verilən mükafatdır.
Xüsusilə qeyd etməliyik ki,
Azərbaycan tələbələri və şagirdləri
keçən ilki Avrasiya patenti üzrə müsabiqələrdə
Agentliyin və Təhsil Nazirliyinin dəstəyi ilə birinci
və mükafat yerlərə və Laureat adlarına layiq
görülmüşlər.
Əqli mülkiyyət sisteminin
qarşısında duran vəzifələr ölkənin
innovasiya siyasəti ilə müəyyən edilir və
ölkədə həyata keçirilən iqtisadi islahatlara
xidmət etməlidir.
Son Qlobal İnnovasiya İndeksinə əsasən, 2019-cu ildə Azərbaycan 129 ölkə arasında 84-cü yeri tutur. Bu isə dövlət başçısının apardığı iqtisadi islahatların miqyasına heç cür uyğun gəlmir. Ölkəmizin “innovasiya imkanları” 77-ci yerdə olduğu halda, “innovasiya nəticələrimiz” 90-cı yerdədir. Beləliklə,ümumi imkanlarımız 13 pillə ümumi nəticələrimizi üstələyir.Deməli ehtiyatlarımızı səmərəli işlətməliyik.
İkincisi, bizi geriyə salan “elmi-texnoloji məhsullar”
göstəricisidir – 101-ci yer. Bu isə o deməkdir
ki, yeniliklər kommersiyalaşmır, bazara innovasiyalı məhsul
kimi çıxarılmır.
Beləliklə, gələcək
uğurlarımızın əldə edilməsi iki vacib
problemin həlli ilə bağlıdır – elmi
imkanlarımızdan səmərəli istifadə və
innovasiya nailiyyətlərimizin kommersiyalaşmasından ibarətdir.
Sahəmizə aid olan sənaye mülkiyyətinin səmərəliyinə
və ehtiyatlarımızın düzgün istifadəsinə
gəldikdə isə qeyd etməliyik ki, əqli mülkiyyətin
əhəmiyyətinin və faydasının
artırılmasında əsas prinsip kimi cənab Prezidentin
iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə
xidmət etməkdədir, cəsarətlə keçirilən
tədbirlərinə dəstək olmasındadır, elmi-tədqiqat
nəticələrindən kommersiyalaşma potensialı olan
texnologiyaların seçilməsi və tətbiqindədir. Bununla da
ƏM investisiyalarının cəlb edilməsi və
innovasiyaların həyata keçirilməsində fəal
aktora çevrilmək, öz-özlüyündə abstrakt
vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər
sırasında yerini tutmaqdır. Bir
sözlə, ƏM və innovasiyalı inkişaf
cütlüyünə məxsus olan emercent effektivliyinə
nail olmaqdır.
Dünya təcrübəsi əsasında aparılan
araşdırmalar göstərir ki, ƏM-in yaradılması
və istifadəsi səviyyəsi və ölkənin
iqtisadiyyatı arasında bir başa müsbət əlaqə
mövcuddur. Misal üçün, bir neçə xüsusən
intensiv inkişafda olan ölkə götürüb, ÜDM-ə
və ixtiralara olan iddiaların sayı arasındakı
korrelyasiya (asılılıq) əlaqəsinə baxaraq,
görürük ki, bu korrelyasiya 1 rəqəminə
yaxındır, yəni çox güclüdür. Azərbaycanda isə bu asılılıq nəzərə
çarpmır, səbəbi də qeyd etdiyimiz
kommersiyalaşma prosesinin həddindən artıq zəif
olmasındadır, patentlərin “mürgüləmiş” vəziyyətindədir
və onların əsasən ixtiraçının
nüfuzunun artması xarakteri daşımasındadır.
Beynəlxalq araşdırmalardan göründüyü
kimi, güclü olan ƏMH-nın qorunması iqtisadi
artıma mürəkkəb şəkildə təsir edir. Belə ki, bir
tərəfdən innovasiyaları stimullaşdırır, digər
tərəfdən bazarda inhisarçılıq
davranışını da dəstəkləyə bilir.
ÜDM-in artımı multifaktorlu göstərici
olduğuna görə, onun yaratdığı korrelyasiya
asılılığı bir sıra faktordan
asılılıqdır. Lakin bir amil şərhsizdir:
ixtiralara iddiaların azalması iqtisadiyyatın artımına
gətirmir.
Araşdırmalar göstərir ki, ƏM-in güclü
qorunma sistemi ilə birbaşa xarici investisiyalar və idxal
arasında güclü müsbət əlaqə vardır. Adambaşı
aşağı gəlirli və adambaşı yüksək gəlirli
ölkələrdə ƏM-in güclü qorunması
innovasiyalı fəaliyyətə və texnologiyaların
yaxşılaşdırılmasına müsbət təsir
göstərir. Adambaşı orta gəlirli
ölkələrdə isə bu müsbət əlaqə
özünü o dərəcədə də qabarıq
göstərmir. Bunun səbəbini xaricdən
alınan texnologiyaların və innovasiyaların
mövcudluğunda görürlər. Lakin
burada daha çox ƏMH-nın həyata keçirilməsi
üsulları rol oynayır. Misal
üçün, orta gəlirli ölkələrdə
dövlət tərəfindən ETTK işlərinə
artırılan vəsaitlər lazımi effekt vermir,
çünki yerinə yetirilən işlər biznes tərəfindən
tələbatsız qalır, halbuki dövlət-özəl tərəfdaşlıq
səviyyəsində ayrılan vəsaitlər daha səmərəli
biznes-layihələrinin seçilməsinə və
texnologiyaların cəlb edilməsinə şərait
yaradır.
Agentlik tərəfindən 2000-2018-ci illərdə verilən
Solou iqtisadi artımı modeli üzrə nəticələr
dediklərimizi təsdiqləyir.
Azərbaycanda
yaranan vəziyyəti araşdıraraq, ilk dəfə olaraq,
beynəlxalq təcrübədə qəbul edilmiş
indikatorlara əsasən, son 8 ildə ixtiralara patent sifarişlərinin,
patentlərin verilməsi və digər mütləq göstəricilər
təhlil edilmiş və əksər göstəricilər
üzrə ÜƏMT-nın 2019-cu ildəki Hesabatına
görə, 2018-ci ilin nəticəsi istisna olmaqla, azalmanın
olduğu aşkar edilmişdir. Bundan başqa,
qüvvədə olan patentlərin sayının
müşahidə olunan dərəcədə azalması
ixtiraçıların patentlərin qüvvədə
olmasına marağının və mövcud patentlərə
bazar tələbatının zəif olmasını göstərir,
sənaye mülkiyyəti obyektlərinin
kommersiyalaşmasının olmadığından
stimullaşdırma amilinə zərər gətirir.
Bu istiqamətdə
Agentlik təxirə salınmaz işlər aparır, o
cümlədən ixtiraçılıq və patent fəallığının
artırılması üzrə tədbirlər davam edir,
“vahid pəncərə” prinsipi, patent fəaliyyətinin
sürətləndirilməsi və şəffaflığını
təmin etmək məqsədi ilə yeni rəqəmsal xidmətlərin
və informasiya sistemlərinin, PƏNAH sisteminin verdiyi imkanlar
hesabına ƏM hüquqlarının daha dürüst və
kütləviliyi artıran qorunmasının üzərində
işlər tamamlanıb. Bununla yanaşı,
ekspertizanın aparılma müddəti azaldılıb.
Təhlilin
göstərdiyi kimi, yaranan səbəblərdən bir
neçəsi ixtiralar, faydalı modellər, sənaye
nümunələri və əmtəə nişanlarının
ekspertizasını həyata keçirən, sənaye
mülkiyyəti obyektlərinə əqli mülkiyyət
hüququnu müəyyən edən strukturun – keçmiş
Patent və Əmtəə Nişanları Mərkəzinin
(PM) bu sahədə innovasiyalara yönələn siyasəti
formalaşmamış, qurum dövlət
başçısının institusional islahatına qədər
son illər təsərrüfat subyekti kimi yalnız öz
maraqları çərçivəsində fəaliyyət
göstərmişdir. Halbuki, fəaliyyətinin
təhlilini yalnız özünə aid göstəricilər
vasitəsilə qurmamalı, ixtira və patent aktivliyini əsas
götürərək, innovasiyaların proseslərə təsiri
ilə ölçməli idi. Halbuki
innovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi
əsas iqtisadi resursa – intellektual kapitala söykənir və
varlığın yaranma mənbəyi texnoloji, intellektual və
informasiya rentasından irəli gəlir. Patent strukturu isə
buna dəstək verməlidir və burada əsas prinsip ƏM
investisiyalarının cəlb edilməsi və
innovasiyaların həyata keçirilməsində fəal
aktora çevrilmək, öz-özlüyündə abstrakt
vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər
sırasında yerini tutmaqdır. Bir sözlə,
ƏM və innovasiyalı inkişaf cütlüyünə məxsus
olan emercent effektivliyinə nail olmalıyıq. Bununla bağlı ilk növbədə qanunvericilik və
normativ-hüquqi aktlarda dəyişikliklərin tələb
olunması idi.
Düzgün
olmayan və yalnız keçmiş Patent təşkilatının
xeyrinə olan xidmətlərlə bağlı ödəniş
sistemi ləğv edilmişdi və əvəzinə, “Patent
haqqında” və “Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında” Qanunlarına edilən
dəyişikliklərə əsasən, ixtiranın,
faydalı modelin, sənaye nümunəsinin, əmtəə
nişanının, coğrafi göstəricinin qeydə
alınması, müvafiq mühafizə sənədlərinin
verilməsi və onlarla bağlı dövlət adından
bir sıra hüquqi nəticələrin yaranmasına səbəb
olan xidmətlərə və hüquqi hərəkətlərə
görə ödənilən dövlət rüsumları və
tənzimlənən xidmət haqları təsdiq edilmişdi.
“Patent
haqqında” və “Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında” Qanunların
müasir tələblərə uyğun olan variantları
hazırlanmış, “Patent haqqında” Qanunun tələblərinə
uyğun olaraq, hazırlanmalı olan, lakin illər boyu
hazırlanmamış iddia sənədlərinə aid tələblər
Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş,
həmçinin Əqli Mülkiyyət Agentliyinin “Apelyasiya
Şurası haqqında Əsasnamə”si təkmilləşdirilmişdir.
İxtiraçıların
stimullaşdırılması və dəstəyi məqsədilə
“İxtira fəaliyyəti haqqında” Qanun layihəsi
hazırlanmışdır. İnnovasiyalı
inkişafa dəstək vermək və kommersiyalaşma
işlərinin gücləndirilməsi məqsədilə
universitetlərdə və elmi müəssisələrdə
3.0 (təhsil + araşdırmalar + kommersiyalaşdırma)
universitetlərin yaradılması ilə bağlı IP-ofislərin
texnologiyaların dəstək ofislərinə çevrilməsi
və Əqli Mülkiyyət Agentliyinin axtarış şəbəkəsinə
qoşulması, startap və spinautların dəstəklənməsi.
Bu işlər ÜƏMT ilə birgə
aparılır və Əqli Mülkiyyət Agentliyi Müəllif
Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi
dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir.
Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil
Nazirliyi və ÜƏMT-nın birgə
hazırladıqları “Universitet və elmi-tədqiqat
institutlarında əqli mülkiyyət siyasəti
üçün milli Layihə”ni göstərmək
olar.
Bu
sırada ÜƏMT-nın Baş Assambleyasında UNESCO tərəfindən
qeyri-maddi incilər siyahısına daxil olan obyektlərə əsaslanan
müasir coğrafi göstəricilər nümayış
etdirilmiş, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi ilə birlikdə ÜƏMT-da “Azərbaycanda
əqli mülkiyyətin inkişafı və onun regiona təsiri:
innovativ və yüksək texnologiyalar üzrə
startapların təqdimatı” mövzusunda beynəlxalq konfrans
və Azərbaycanın innovativ və yüksək
texnologiyalı startaplarına həsr olunan sərginin təşkil
olunması da vacib tədbirlərdəndir. Bu
beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən
islahatçı-ölkə – Azərbaycanın müasir
simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə
nümayiş etdirməkdə idi.
Bunlarla
yanaşı, ƏM üzrə mütəxəssislərin
qıtlığı nəzərə alınaraq, Bakı
Dövlət Universitetində “Əqli mülkiyyət”
kafedrası yaradılıb və Agentliyin aparıcı
mütəxəssisləri öz maddi-texniki bazası əsasında
orada tədris edəcək.
Və ən vacibi – Texnologiyaların transferi və
kommersiyalaşdırılması Mərkəzlərinin
yaradılması və İnnovasiyalara dəstək Mərkəzlərinin
formalaşdırılması və onların fəaliyyəti
üzrə müsabiqə nəticəsində
genişmiqyaslı işlərin aparılmasıdır.
Mövcud problemlərdən biri də kiçik və
orta sahibkarlıq subyektlərində (KOS) ƏM mədəniyyətinin
gücləndirilməsi və bu növ sahibkarların
innovasiyalara cəlb edilməsidir.
Dünya
təcrübəsindən bəllidir ki, aparıcı dövlətlərdə
dəyərli ixtiraların 58-dən 46-ı, yəni təxminən
80%-i fiziki şəxslər və kiçik innovasiya
firmalarına məxsusdur, KOS-lar texniki-texnoloji yeniliklərin əsas
təşkilatçıları və istifadəçiləridir.
KOS-ların innovasiyalı fəaliyyətə cəlb edilməsi
və iqtisadi rolunun artırılması məqsədilə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
Əməkdaşlıq haqqında Memorandum və birgə fəaliyyət
planı həyata keçirilir, KOS-lar üçün
Əqli Mülkiyyət Agentliyi tərəfindən
“İnnovasiyalara maneə törədən” sorğu
keçirilmiş və nəticələri təqdim
edilmişdir, “İnnovasiyalı inkişaf və iqtisadi
islahatlar: əqli mülkiyyətin və texnologiyaların
kommersiyalaşdırılmasının rolu” mövzusunda
konfrans keçirilmişdir.
Sahibkarlar
Konfederasiyası ilə birlikdə kiçik və orta biznes
subyektlərində innovasiyaların
stimullaşdırılması məqsədilə təlim mərkəzlərimizdə
biznes nümayəndələrinin təlimləri həyata
keçirilir, bir tərəfdən ƏM mədəniyyəti
formalaşdırılır, digər tərəfdən isə
patent və əmtəə nişanlarına
sifarişçilər üçün axtarış və
ekspertizanın öyrənilməsi təqdim edilir.
Agentliyin fəaliyyətinin vacib istiqamətlərindən
biri kreativ iqtisadiyyatın monitorinqi, onun ölçülməsi
və inkişafına dair təkliflərin
hazırlanmasıdır. Ötən ildə müəlliflik hüququna əsaslanan
kreativ sənayenin 2018-ci il üzrə milli
iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri
və dövlət büdcəsi rəqəmləri
toplanmış və təhlil edilmişdir. Müəlliflik
hüququna əsaslanan milli iqtisadiyyat sahələrində
istehsalın həcmi müəyyən ediləndən sonra, bu
sahələrin ölkə üzrə ümumi daxili məhsulda
xüsusi çəkisi hesablanmışdır. Əqli Mülkiyyət Agentliyində aparılan təhlil
və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də
kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 8
ildə ölkənin ÜDM-də kreativ sənayenin payı
2010-cu ildə 3,5%-dən 2018-ci ilin 1
yanvarına olan vəziyyətə görə 5,1%-ə
çatmış və hazırda inkişaf etmiş ölkələr
səviyyəsindədir. Müəlliflik hüququna əsaslanan
sahələr 8 il ərzində 2,0%-dən
2,9%-ə çatmışdır. Bu isə
müəllif hüququ sahəsinin inkişafının əsas
göstəriciləridir. 2018-ci ildə Azərbaycanda
müəlliflik hüququna əsaslanan sahələrdə
istehsalın həcmi 4096,3 mln. manat təşkil etmişdir.
Bu sahədə aparılan tədqiqatlar və təkliflər
“Kreativ iqtisadiyyat” Respublika Forumuna təqdim edilmiş və
prezentasiyada səsləndirilmişdir.
Əqli mülkiyyət mədəniyyətinin
formalaşdırılmasında, hüquq sahiblərinin və
istifadəçilərin məlumatlandırılmasında
vacib rol oynayan və yeni buraxılan “Əqli mülkiyyət”
jurnalının dərcidir.
Hüquqi
maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı
vəiştirakı ilə keçirilmiş 15-ə yaxın
tədbir təşkil edilmiş, KİV-lərdə 350-dən
artıq informasiya, maarfləndirici və təbliğat
xarakterli material dərc olunmuş, TV və radio kanallarında
35-dən çox veriliş və süjetlər göstərilmiş,
Agentliyin təşkil etdiyi tədbirlərdə ölkəmizi,
xarici ölkələri və beynəlxalq təşkilatları
təmsil edən peşəkar mütəxəssislər,
alimlər, beynəlxalq ekspertlər, tarixçilər və
qeyri-hökumət təşkilatlarının nümayəndələri
tərəfindən əqli mülkiyyət məsələlərinə
dair 90-a yaxın prezentasiya və çıxışlar
edilmiş, həmçinin Agentliyin nümayəndələri
müxtəlif beynəlxalq tədbirlərdə 15-ə
yaxın təqdimatla çıxış etmişlər. Bununla yanaşı, onlarla kitab və broşuralar dərc
edilərək, geniş ictimaiyyətə
paylanmışdır.
Əqli mülkiyyət hüquqlarının təminatı
daim Agentliyin diqqət mərkəzindədir.
Azərbaycan
Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” 3 aprel
2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin
aidiyyəti üzrə icrası çərçivəsində
əqli mülkiyyət hüquqlarının təminatı ilə
bağlı Agentliyin təşkilatçılığı
və Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının dəstəyi ilə 2019-cu il 14 iyun tarixində
"Məhkəmə islahatları: məhkəmə-hüquq
sisteminin əqli mülkiyyət hüquqlarının təminatında
rolu" mövzusunda konfrans-təlim, 2019-cu il 5-6 dekabr tarixlərində
isə Əqli Mülkiyyət Agentliyi və
ÜƏMT-nın birgə təşkilatçılığı
ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin
təminatı: ixtisaslaşmış məhkəmələrin
milli və beynəlxalq təcrübəsi” mövzusunda beynəlxalq
seminar keçirilmiş, 2019-cu il 21 iyun tarixində Agentliyin rəhbərliyi
ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi
arasında keçirilən görüşdə tərkibində
ƏMH olan malların idxalı zamanı ƏMH-nın
qorunması sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunmuşdir.
Azərbaycanda
Amerika Ticarət Palatasının (AmCham) rəhbərliyi ilə
2019-cu il 25 may tarixində keçirilmiş görüşdə
ölkəmizdə ƏM sahəsində aparılan islahatlar
barədə məlumat verilmiş, gələcək əməkdaşlıq
perspektivləri, o cümlədən Agentliyin tabeliyində olan
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində
AmCham-ın nümayəndələri üçün
Agentliyin maddi-texniki və məlumat bazalarından istifadə
etməklə birgə tədbirlərin və təlimlərin
keçirilməsi və s. məsələlər müzakirə
olunmuşdur. ƏMH-nın təminatı məsələsi
Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın
Bakıda keçirilmiş 4-cü iclasının gündəliyində
də yer almış, bu sahədə müvafiq tədbirlərin
həyata keçirilməsi məqsədi ilə 4 iyun 2019-cu il tarixində ABŞ-nın Azərbaycandakı
Səfirliyinin iqtisadi məsələlər üzrə
müşaviri ilə görüş keçirilmiş,
paralel idxal, kontrafakt malların idxalı, ƏMH-nın
qorunması məsələləri ətrafında fikir
mübadiləsi aparılmışdır.
Proqram təminatı
sahəsində piratçılığa qarşı
mübarizə tədbirləri çərçivəsində
“Microsoft” şirkəti ilə əməkdaşlıq davam
etdirilmiş, bu sahədə əməkdaşlığın
koordinasiya edilməsi məqsədi ilə yaradılmış
Agentliyin və “Microsoft” şirkətinin nümayəndələrindən
ibarət İşçi qrupun bir neçə
görüşü keçirilmiş, “Oracle” və “Trimble
Tekla” şirkətlərinə məxsus proqram təminatlarından
qeyri-qanuni istifadə ilə bağlı həmin şirkətlərin
qaldırdığı məsələlərlə əlaqədar
onların ölkəmizdəki nümayəndələri ilə
görüş keçirilmiş, hüquq pozuntusu
hallarının qarşısının alınması, həmçinin
lisenziyalı proqram təminatından istifadənin geniş təşviq
edilməsi istiqamətində birgə tədbirlər həyata
keçirilməsi barədə razılıq əldə
olunmuşdur.
Pozulmuş müəlliflik
hüquqlarının bərpası ilə bağlı 2019-cu
ildə hüquqi və fiziki şəxslərdən 10
müraciət daxil olmuş, həmin müraciətlərə
müəllif-hüquq qanunvericiliyinin tələbləri
nöqteyi-nəzərindən baxımış, bir qismi
Agentliyin səlahiyyətləri çərçivəsində
həll edilmiş, bir qismi isə aidiyyəti qurumlara
göndərilmişdir.
Agentliyin 960 nömrəli “Qaynar xətt”i
və ictimai əsaslarla fəaliyyət göstərən
“Hüquq məsləhətxanası” müəlliflərin və
digər hüquq sahiblərinin istifadəsində olmuş,
müəllif-hüquq məsələləri üzrə
1530-dən artıq müraciət və sorğuya
baxılmış, qaldırılan məsələlərin
həllində, həmçinin iddia ərizələrinin tərtib
edilməsində hüquqi köməklik göstərilmiş,
Agentliyin nümayəndələri ƏM obyektləri ilə
bağlı müxtəlif məhkəmə
instansiyalarında keçirilmiş 35 iş üzrə
(onlardan 31-sənaye mülkiyyəti obyektləri, 4-ü isə müəllif hüquqları ilə
bağlı) 90-dan çox məhkəmə iclasında
iştirak etmiş, hər bir iş üzrə ekspert rəyi
hazırlanmış, maarifləndirmə tədbirləri
keçirilmişdir.
2019-cu ildə Agentliyin Sənaye
mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə
baxan Apellyasiya şurası tərəfindən 135 işə
baxılmışdır (onlardan 110-u 2019-cu ildə daxil olan,
25-i isə əvvəlki dövrdən qalmış işlərdir).
52 iş üzrə ərizənintəmin edilməsi, 26
iş üzrə ərizənin qismən təmin
edilməsi, 45 iş üzrə, o cümlədən əmtəə
nişanına dair 43, ixtiraya dair 1, sənaye nümunəsinə
dair 1 ərizənin rədd edilməsi haqqında qərarlar qəbul
edilmişdir. 12 ərizə baxılmamış
saxlanmışdır (ərizə geri
götürülmüşdür).
Görülən
tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə
piratçılığın səviyyəsi kitab
satışı sahəsində 61%-dən 23%-ə, audio-video
məhsul bazarında 90%-dən 58%-ə, proqram təminatında
96%-dən 72%-ə düşmüşdür.
III. Bu gün – 26 aprel 2020-ci il
tarixində əqli mülkiyyət haqqında bu qısa məlumatı
verməklə, xüsusi qeyd etməliyik ki, Azərbaycanda əqli
mülkiyyəti yaradan və onları innovasiyalı məhsula
çevirən çoxsaylı tərəfdaş, startap və
kompaniyalar açıq və rəqabətli bazarın
formalaşmasında iştirak edirlər və böyük
potensiala malikdirlər. Bu isə o deməkdir ki, ölkəmizin
iqtisadi qüdrətini artıran, beynəlxalq reytinqlərdə
daha yüksək mövqeləri əldə edən
imkanlarını əqli mülkiyyətə hörmətlə
yanaşaraq, istifadə etməliyik.
Cənab Prezident İlham
Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı
kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar,
yaxşı idarəetmə, şəffaflıq və
sahibkarlara dövlət dəstəyindədir”. Əqli
Mülkiyyət Agentliyinin bir dövlət qurumu kimi bu göstərişi
layiqincə yerinə yetirməsinə söz veririk.
Xalq qəzeti 2020.- 25 aprel.- S.10.