“Dövlət
və bələdiyyə tərəfindən yaradılan ailə
tipli kiçik qrup evinin Nümunəvi
Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 13 avqust tarixli 207
nömrəli Qərarının ləğv edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 274
Bakı şəhəri, 30 iyul
2020-ci il
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1006; 2017, ¹ 4, maddə 630, ¹ 12 (II kitab), maddə 2517) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqların ailə tipli kiçik qrup evlərinə qəbulu və oranı tərk etməsi, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış mühiti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2020.- 5 avqust.- S.6.