Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2007-ci il 13 noyabr tarixli 179 nömrəli və “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarlarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 276

Bakı şəhəri, 30 iyul 2020-ci il

 

“Azərbaycan Respublikası Prezidenti­nin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli 221 nömrəli, “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli, “Heyvandarlı­ğın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli, “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli, “Azərbaycan Respublikasında pambıqçı­lığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli, “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli və “Azərbaycan Respublikasında arıçılığın inkişa­fının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli 3747 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2020-ci il 1 may tarixli 2010 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında buğda is­tehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2007-ci il 13 noyabr tarixli 179 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1181) ləğv edilsin.

2. “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 165; 2018, ¹ 4, maddə 829, ¹ 10, maddə 2161, ¹ 12 (II kitab), maddə 2722; 2019, ¹ 5, maddə 971) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2020.- 5 avqust.- S.7.