İsmayıllı
Rayon İcra Hakimiyyətinin
balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı
avtomobil yolunun Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli
59 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının yerli əhəmiyyətli
avtomobil yollarının siyahısı”nda dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 277
Bakı şəhəri,
4 avqust 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra
Hakimiyyətinin balansından
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 mart tarixli
59 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, № 3, maddə 264; 2008, № 6, maddələr 582, 584, № 9, maddə
852; 2009, № 5, maddə 388, № 6, maddələr 495, 496, № 7, maddə
609, № 8, maddə 683; 2010, № 6, maddə 566; 2012, № 3, maddə
266, № 4, maddə 395, № 6, maddə
639; 2013, № 6, maddə 729; 2015, № 4, maddə 458, № 10, maddə
1215; 2018, № 4, maddə 788, № 10, maddə 2144; 2020, № 1, maddə
85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil
yollarının siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. “İsmayıllı rayonu” bölməsinə aşağıdakı
məzmunda 45-ci hissə
əlavə edilsin:
45
Y-31-30
İvanovka-Hacıhətəmli-Mollaisaqlı
29
2.2. həmin bölmənin “Yolun uzunluğu (km)” sütununun “Cəmi” sətrində “364” rəqəmləri “393” rəqəmləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2020.- 5 avqust.- S.6.