Vasitəçi
işğalçını silahlandırmalıdırmı?
Ermənistan Azərbaycan Respublikasının ərazilərini
öz havadarlarının hərbi-siyasi dəstəyi
ilə uzun illərdir işğal
altında saxlayır. Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağmünaqişəsinin ATƏT-in prinsipləri əsasında
sülh yolu ilə – danışıqlar
vasitəsi ilə həlli üçün
yaradılmışqurumun üçhəmsədrindən biri Rusiyadır. Rusiya Ermənistana
silah göndərir. Özüdə,
Ermənistana satdığı silahları dünya
silah bazarı qiymətinə deyil, daxili bazar
qiymətinə satır. Dünən belə olub,
bu gün də belədir…
və belə ola-ola, tərəflər
arasında vasitəçilik institutunun həmsədri
olmaqda davam edir... Bu, əlbəttə,
təzaddır.
Bəli, Ermənistanın Rusiyadan
silah alması, yaxud,
Rusiyanın Ermənistana silah verməsi xüsusi bir mövzudur. Rusiya Ermənistana
hansı əsaslarla silah satır? Bəlli
deyil. Belə ki, silah satışı haqqında müqavilənin
nə vaxt imzalandığı
haqqında hər iki ölkənin
mediasında heçbir məlumata rast gəlinmir.
İctimaiyyətə də məlum
olduğu kimi, avqustun 12-də Azərbaycan Prezidenti
İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng
edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan
dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi
hücumu barədə məlumat verib. Dövlət
başçımız Ermənistanın növbəti təcavüz
aktı nəticəsində Azərbaycan hərbi
qulluqçularının və bir nəfər
mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin
sərhəd boyu yaşayışməntəqələrini
artilleriya atəşinə tutması nəticəsində
bir çox evlərin
dağıldığını və yararsız hala düşdüyünüdeyib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncütərəfləri Ermənistan- Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatıdırıb ki, Ermənistan- Azərbaycan sərhədində başvermiştoqquşmalar başa çatandan sonra – iyulun 17-sindən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur.
Prezident İlham Əliyev Ermənistan-
Azərbaycan sərhədində başvermişhərbi toqquşmadan dərhal sonra
Rusiyadan Qazaxıstan, Türkmənistan və
İran İslam
Respublikasının hava məkanından
istifadə edərək, bu günə qədər
Ermənistana daşınan hərbi təyinatlı yüklərin
həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin
aydın-laşdırılması olduğunu
vurğulayıb.
Beləliklə, iyul
ayının 17-dən avqust ayının
4-dək Rusiyadan Ermənistana təyyarə
ilə 7 reys silah
daşınıb. Qonşu Gürcüstan silahların özünün hava məkanından
daşınmasına icazə vermədiyi üçün
reyslər Rostov – Minvod
(RF) –Aktau (QR) – Türkmənbaşı(TR)
– Novşer-Rəşt (İİR) – Mehri
– İrəvan olmaqla 3 xarici
ölkə üzərindən daşınıb. Çox təəssüf ki,
Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran, Ermənistana göndərilən
silahların özlərinin hava məkanı
üzərindən daşınmasına razılıq verib. Hər üçölkə
respublikamızla yaxın siyasi və iqtisadi münasibətlərdədir.
Qazaxıstanla Türkmənistan qardaşölkədir, İranda milyonlarla
soydaşımız (öz dədə-baba
torpqlarında) yaşayır... Bütün
bunlara baxmayaraq,
işğalçı Ermənistana Azərbaycana
qarşı işlətmək üçün
silah-sursat daşınmasına etiraz etməyiblər…
Əlbəttə, Gürcüstan kimi,
adıkeçən dövlətlər də belə bir bəd əmələ icazə verməsəydilər,
bu, həm beynəlxalq hüquq
normalarına uyğun olardı, həm də,
biz, qardaşvə qonşuların dəyanətini
görmüşolardıq. Azərbaycan öz tərəfindən belə dəyanəti
qonşu və qardaşlarına
qarşı dəfələrlə göstərib...
Son günlərdə Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir? Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüşaparatlarına qarşı istifadə etmək mümkündür. “Hədəf ölkə” haradır? Heçbir şübhə yeri yoxdur ki, söhbət Azərbaycan Respublikasından gedir...
Hər şey bir yana, axı, o daşınan hərbi yük
azərbaycanlı qanını axıtmaq, Azərbaycan
torpaqlarının işğalını davam
etdirmək, müharibə ritorikasını gücləndirmək
üçündür. Bu,
həmin dövlətlərin nəyinə lazımdır?!
Ermənistan-Rusiya münasibətləri sözün mənfi emosiyası ilə
“özünəməxsus” özəlliyə sahibdir. İşğalçı
Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, öz təhlükəsizlik siyasətini Rusiya ilə sıx hərbi-siyasi işbirliyi üzərində qurub. 15 may 1992-ci ildə
(tarixə diqqət edin: 8 mayda
Şuşa, 18 mayda
Laçın işğal olunub) Rusiyanın təşəbbüskarı
olduğu Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzv
olub. Eyni zamanda, bu ölkənin ərazisində
Rusiyanın 102-ci hərbi bazası yerləşir.
Ermənistan bugünə qədər
təhlükəsizlik sahəsində işbirliyini
əsasən Rusiya və KTMT-yə üzv ölkələrlə (Belarus, Qazaxıstan, Qırğız
Respublikası və Tacikistan ilə) inkişaf etdirməyə
çalışır. Əslində, Ermənistanın Rusiya ilə hərbi-siyasi işbirliyi
inkişaf etsə də, KTMT çərçivəsində
digər dövlətlərlə işbirliyi
ortamı yüksək olmayıb.
Doğrudur, Ermənistanın
əsas silah təminatçısı
Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var. Nəzərə alsaq ki, heçbir beynəlxalq hüquq norması işğalçıya silah satmağı təsbit və təşviq
etmir, o halda meydana çıxan suallar daha da
çoxalır. Çünki Azərbaycan
torpaqlarınn işğal altında olduğu mühüm
beynəlxalq sənədlərdə qeyd olunub və hansı rayonların işğal altında tutulduğunu
bilməyən dövlət və beynəlxalq təşkilat
yoxdur.
Almaniyada fəaliyyət
göstərən “Bonn International
Center for Conversion” (BICC) təşkilatının
hazırladığı “Global Militarisation Index’” məruzəsinə
görə Ermənistan Avropada ən çox silahlanmışdövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi
sayı, ÜDM-də silahlanmaya
ayrılan xərclər, hərbi xərclər, səhiyyə
xərcləri, ordunun say
tərkibi və ağır silahların sayı nəzərə
alınıb. Elə bu günlərdə
Ermənistanın Serbiyadan silah
alması barədə KİV-lərdə genişməlumat
yayıldı.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı öncədən hazırladığını göstərən faktlardan biri də budur ki, döyüşbaşlamadan bir neçə gün öncə və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüşsursatı göndərilib.
Serbiyanın hərəkətləri Azərbaycan
cəmiyyətində anlaşılmazlığa, birmənalı
olmayan reaksiyalar doğurdu. Həqiqətən də, çətin
günlərdə Serbiya həmişə
Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay öncə rəsmi Bakı koronavirusla
mübarizə üçün Belqrada humanitar yardım
göndərmişdi. Bundan başqa, Azərbaycan Kosovanın dövlət
müstəqilliyini tanımır və dəfələrlə
Serbiyanın suverenliyinə, ərazi
bütövlüyünə birmənalı dəstəyini
bəyan edib. Təbii ki, bu xoşagəlməz
faktla bağlı, Azərbaycan hökumətinin
reaksiyası özünüçox
gözlətmədi, Serbiyanın ölkəmizdəki
müvəqqəti işlər vəkili Danitsa
Veinoviçölkəsinin Ermənistana böyük
miqdarda silah-sursat verməsinə
dair məlumatla bağlı Azərbaycanın Xarici
İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi
tərəfindən Serbiyanın Ermənistanın
işğalçı siyasətinə və Azərbaycanın
ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək
xarakteri daşıyan qeyri-dost
addımının Azərbaycan xalqında və rəhbərliyində
dərin təəssüf doğurduğu
bildirildi.
Bunun ardınca,
Serbiyanın Ticarət və Telekommunikasiya
naziri Rasim Ljajic bildirdi ki, “rəsmi Bakının beynəlxalq təşkilatlardakı
səsi Serbiya üçün
olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə
danışmalı və bu durumun hər hansı bir
şəkildə əlaqələrimizə xələl gətirməsinə
imkan verməməliyik, əlimizdən gələni
etməliyik ki, gələcəkdə bənzər
hallara yol verilməsin”.
Avqustun
7-də Serbiya Prezidenti
Aleksandr VuçiçAzərbaycan Prezidenti İlham
Əliyevə telefonla zəng edərək,
iyul ayında Ermənistan- Azərbaycan sərhədində
Ermənistanın təxribatı nəticəsində
başvermişhadisələr zamanı Ermənistan tərəfinin
Serbiyada istehsal olunan silahlardan istifadə
etməsindən təəssüf hissi
keçirdiyini bildirib,
durumun araşdırılması ilə
bağlı yaxın vaxtlarda Azərbaycana
Serbiyanın yüksək səviyyəli nümayəndə
heyətinin göndəriləcəyini dedi.
Bu çərçivədə Serbiya Başnazirinin müavini, Milli Təhlükəsizlik
Şurasının katibi və Daxili İşlər naziri
Neboyşa Stefanoviçrespublikamızda oldu, danışıqlar aparıldı,
ölkəmizin narahtlığı bir daha ifadə olundu. Nazir N.Stefanoviçjurnalistlərə
müsahibə verərkən fikirlərini bu
şəkildə ümumiləşdirdi: “Mən inanıram
ki, bu səfər və
görüşlər vasitəsilə biz
daha yüksək səviyyəli işbirliyinə
nail olacağıq. Bizim
məqsədimiz yalnız təhlükəsizlik sahəsində
deyil, digər sahələrdə də işbirliyini gücləndirməkdir. Eyni zamanda, bugünkügörüşdə biz təhlükəsizlik sahəsində işbirliyini müzakirə etdik
və həssas informasiyaların mübadiləsi, terrorizmlə
mübarizə və digər mühüm
istiqamətlər üzrə işbirliyini
genişləndirmək barədə razılığa gəldik”.
Göründüyükimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır, yalnız ənənəvi müttəfiq(lər)ini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin içüzüdünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heçkəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, ölkəmizin narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir, amma dostluğa xələl gətirməyin də ciddi əvəzi olduğunu hər kəs bilməlidir.
Qənirə
PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Xalq qəzeti 2020.- 16 avqust.- S.4.