Hücum diplomatiyası Azərbaycan diasporunun fəallığını artırır

Qeyd etmək vacibdir ki, mühüm əhəmiyyət verilən məsələlərdən biri də digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi, habelə lobbi quruculuğu məsələləridir. Son illərdə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mü­hüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunmuş­dur. Belə tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurul­masında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi məsləhət görülür. “Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporla­rımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə vahid platformadan çıxış etməsi hər iki dövlətin hər zaman bir-birinin yanında olmasının bariz nümunəsidir.

Bundan əlavə, Azərbaycanın milli maraqları rəhbər tutulmaqla, diaspor quruculuğu prosesini keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə ötən illərin təcrübəsindən, habelə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış başqa xalqların (yəhudi, yu­nans.) təcrübəsindən faydalanmağa, tarixiregional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zaman­da, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almağa səy göstərilir. Azərbaycanlıların kompakt yaşadığı, lakin diaspor təşkilatlarının mövcud olmadığı regionlarda yeni icma və birliklərin təsis edilməsi istiqamətində tədbirlər genişləndirilir, o cümlədən, Avropa ölkələrində, Rusiya­da, İsraildə, UkraynadaGürcüstanda yaşayan azərbaycanlılarla davam etdirilməklə yanaşı, lobbi quruculuğu və digər xalqların diaspor təşkilatları ilə əlaqələr sahəsində də mühüm addımlar atılır.

Nəticədə, dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, ilk növbədə, 2001-ci ildən indiyə kimi Bakıda dünya azərbaycanlılarının dörd qurul­tayının keçirilməsi, 2002-ci ildə isə xaricdə yaşayan həmvətənlilərimizlə üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mü­hüm zəmin yaratmış, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, xalqı­mızın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Pre­zident İlham Əliyevin göstərişi ilə diasporlarımız müdafiədən hücum taktikasına keçmiş, soydaşlarımız dünyanın inkişaf etmiş ölkələrində müxtəlif səviyyəli tədbirlər, təbliğat xarakterli görüşlər keçirməklə müstəqil Azərbaycan Respublikasının mövqeyi­ni, əsas dövlətçilik prinsiplərini ortaya qoyurlar. Müasir dövrdə Azərbaycan Respublikasının dünya ölkələri ara­sında nüfuzunun artması, beynəlxalq münasibətlər sistemində əldə etdiyi uğurlar, heç şübhəsiz ki, diasporlarımı­zın fəaliyyətinə də kifayət qədər təsir göstəmiş və daha uğurlu nəticələrin əldə olunmasına geniş zəmin yarat­mışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin davaminkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir. Eyni zamanda, müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iq­tisadi dayaqlarını möhkəmləndirmişdir. Qazanılmış uğurlartarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycalıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.

Bununla yanaşı, azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olun­ması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırım aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-prak­tik konfransların təşkili işinin davam etdirilməsi diqqət mərkəzindədir. Bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması, xüsusilə ümumavropa Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan soydaş­larımızın azərbaycançılıq ideyası və ölkəmizin milli maraqlarının qorunması ideyalarını birləşdirməsi istiqamətində atdıqları mühüm addımlardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birin­ci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə də gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Azərbaycanın Birinci vitse-pre­zidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırıl­ması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırı­mının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verirbu proses genişlənməkdə davam edir.

Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi və fondun vitse-prezi­denti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada “Xocalıya Ədalət!” kampa­niyası uğurla davam etdirilir. Həmçinin, bəzi ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlamışdır. Bununla yanaşı, dövlət komitəsi soydaşlarımızın yaşadı­ğı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlan­ması və təbliğatından istifadə edərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırım aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdı­rılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunmasına səy göstərir.

Bu baxımdan, ümumavropa Qara­bağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çat­dırılması istiqamətində birləşdirməsi mühüm addımlardır. Qeyd etmək lazımdır ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə 2020-ci il fevralın 22-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş izdihamlı “Ümumavropa Qarabağ mitinqiAlmaniya pay­taxtının mərkəzində– Brandenburq qapıları qarşısındakı meydanda Av­ropa azərbaycanlılarının bu taleyüklü məsələ ətrafında səfərbər etdi. Dünya­nın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən, ABŞ və Kanadada yaşayan həmvətənlərimizin də qatıldığı mühüm əhəmiyyət kəsb edən mitinqdə Almaniya, Niderland, Belçika, Lüksemburq, Macarıstan, Polşa, Çexiya, Slovakiya, İspaniya, İtaliya, İsveç, Norveç, Finlandiya, Latviya, Litva, Estoniya, Avstriya, İsveçrə, Fransa, Rumıniya, Bolqarıs­tan, Yunanıstan, Xorvatiya, Böyük Bri­taniya, Ukrayna, Moldova, Gürcüstan və Türkiyədə yaşayan həmvətənlərimiz “Qarabağ Azərbaycanındır!”, “TerroraişğalaYoxdeyirik!”, “Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, “Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, “İşğala da­yan deyirik!”, “Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlarla Ermənistanın işğalçı­lıq siyasətini Avropa ictimaiyyətinin diqqətinə bir daha çatdırdılar.

2020-ci il iyulun 12-də Azərbaycan–Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal al­tında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdi­yini göstərdi. Son bir ay ərzində, Azərbaycan–Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən bu təcavüz aktına qarşı Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika­da diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə təcavüzkar əməllər törədilir, çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaqöz fikirlərini ifadə etmək hüquqları pozulur. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə van­dalizmterror elementlərini ehtiva edirbirbaşa cinayət məsuliyyəti doğuran əməllərdir.

Artıq dünyanın bir sıra ölkələrində Azərbaycanı müdafiə məqsədilə Azərbaycan icmaları­nın keçirdiyi tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın həmin ölkələrin səfirlikləri qarşısında və müxtəlif beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Yəni Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində diaspor təşkilatları çox mühüm addımlar atır. Bu mütəşəkkillik onu göstərir ki, dünyanın bütün ölkələrində azərbaycanlılar səfərbər olub, bu təcavüzkar siyasətin qarşısında birlik göstərib, Azərbaycan dövlətinin yanındadırlar.

Diasporla İş üzrə Dövlət Komitəsi dövlət başçısının bu istiqamətdə qarşı­ya qoyduğu vəzifələri yerinə yetirmək üçün fəaliyyətini günü-gündən genişləndirir, xaricdə yaşayan diaspor təşkilatları və icmalarını səfərbər edərək əlaqələndirilmiş şəkildə çalışır. Sevindirici haldır ki, Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından soydaşlarımızın beynəlxalq aləmdə, kütləvi, sivil, icazəli aksiya­lara başlaması, cəbhədə olduğu kimi, dünyada da erməniləri ciddi təşvişə salıb. Ermənistanın uzun illərdir dünyada anti-Azərbaycan təbliğatı soydaşlarımızın birliyi sayəsində ifşa edilir, əsl həqiqətlər və tarixi faktlar əsasında dünyaya çatdırılır. Soydaşları­mız Ermənistanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə onlarca müraciət ünvanlayıb, ümumilikdə, 25 ölkədə yaşayan azərbaycanlılar 84 bəyanatla çıxış ediblər.

Məhz, soydaşlarımızın fəallığı nəticəsində 24 ölkədə 18 dildə 94 məqalə və xəbər çap edilib, sosi­al şəbəkələrdə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşılıb. Ümumilikdə, 26 ölkədə 20 mindən çox soydaşımızın iştirak etdiyi 58 aksiya keçirilib. Dünya dövlətlərində səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!” şüarların­dan, yalanlarının ifşa olunmasından hiddətlənən ermənilər öz məkrli niyyətlərini beynəlxalq aləmdə də davam etdirməyə cəhd göstərirlər. Ermənilər Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplo­matik nümayəndəliklərinin qarşı­sında icazəsiz aksiyalar təşkil edir, azərbaycanlıların təşkil etdiyi icazəli aksiyalarda təxribatlar törətməyə çalı­şırlar. Təəssüf ki, bəzən erməni vada­lizmi soydaşlarımızın xəsarət almasına, şəxsi əmlaklarına zərər dəyməsinə, diplomatik nümayəndəliklərə maddi zi­yan vurulmasına gətirib çıxarır, bunun da adekvat cavabı verilməkdədir.

Şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqla­rının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılması üçün bütün mümkün addımlar atılır.

ABŞ-ın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciətində də bütün dünyada yaşa­yan milyonlarla azərbaycanlı adından Birləşmiş Ştatların, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etmək, onlara müvafiq hüquqi qiymət vermək və bütün təqsirkarları məsuliyyətə cəlb etmək tələbi ifadə olunmuşdur. Müraciətdə çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən, insan haqlarının müdafiəsini özlərinin fəaliyyət missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatların azərbaycanlılara qarşı törədilmiş hadisələrdə onların səslərinin hələ də eşidilmədiyi bildirildiikili stan­dartlar siyasətindən əl çəkərək faktlara əsaslanan bəyanatlarla çıxış etməyə, eləcə də bu cinayət əməllərinə ədalətli qiymət verməyə çağırış öz əksini tapdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldır­mış hər kəsə təşəkkür edərək bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diaspo­run bütün potensialını birləşdirməyə çağıraraq demişdir: “...Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünütarixi həqiqəti bərpa etmək”.

Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın təcavüzkar siaysətinə son qoyulması üçün yaşadıq­ları ölkələrin qanunları çərçivəsində icazəli aksiyaları davam etdirmək niyyətindədir və daha 14 ölkədə də ak­siyaların keçirilməsinə icazə alınması üçün müraciət olunub.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan- Ermənistan sərhədində baş vermiş son hadisələrlə əlaqədar münasibəti də olduqca dəyərlidir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşa­yan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

 

Qüdrət PİRİYEV

Xalq qəzeti 2020.- 16 avqust.- S.5.