Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140
nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta
ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹
300 Bakı şəhəri,
18 avqust 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 4, maddə 487) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinə aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
“2.5. 040205 Hüquq mühafizə fəaliyyəti”.
2. Bu Qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 19 avqust.- S.2.