Azərbaycanda energetika sisteminin yenilənməsi istiqamətində mühüm işlər görülür

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə büruzə verir. Azərbaycanın sosial-iqtisadi tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan bu sahənin inkişafına son dövrlərdə daha çox diqqət yetirilir.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında son illər ərzində respublikamızın enerji təhlükəsizliyinin gerçəkləşməsindən bəhs edərkən, vurğulayıb ki, hazırda  Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli, yanacaqelektrik enerjisini ixrac edir. Yəni, bu, son illər ərzində əldə olunan nailiyyətlərdir. Azərbaycan  əvvəlki illərdə ancaq neft yanacağı ixrac edirdi. Neft, qaz,  elektrik enerjisi ixracını isə həyata keçirmirdi.  

Prezident İlham Əliyev daha sonra deyib: “2006-cı ildə Bakı–Tbilisi–Ceyhan və ondan bir qədər əvvəl Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində nefti ixrac etməyə başladıq, ondan sonra qazı, daha sonra da elektrik enerjisini. Ona görə bu sahədə istədiyimizə tam nail olduqbu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışı bizim gücümüzü daha da artırdı. 2400 meqavat gücündə stansiyadır və biz son illər ərzində 800 meqavat həcmində itirilmiş gücləri bərpa etdikbu proses davam etdiriləcək”.

Ölkə rəhbəri son 17 ildə elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Təkcə son iki ildə dövlət başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmişgenerasiya gücləri bərpa edilib,  15 ədəd yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada isə təmir-bərpa işləri həyata keçirilib.

Yuxarıda vurğulanan kimi, dövlətimizin başçısının dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə  Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusunu qazanıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın  adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə hər birimizdə qürur hissi doğurur. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Möhtərəm Prezidentin gərgin səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunun  bütünlüklə yenilənməsinə səbəb olub.

Azərbaycan Prezidenti çıxışlarının birində energetika sistemində görülən işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib, respublikanı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırılıb: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər: “Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi”.

Bir sözlə, energetika sahəsində həyata keçirilən çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat  ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.

Prezident İlham Əliyevin avqustun 21-də 330/220/110 kilovoltluqQobuelektrik yarımstansiyasının tikintisi ilə tanış olması, həmçinin 385 meqavatlıq “QobuElektrik Stansiyasının təməlini qoyması da respublikada elektrik enerjisi təsərrüfatının yenidən qurulmasının bariz ifadəsidir.

Qobuelektrik yarımstansiyasının tikintisi ilə tanışlıq zamanı  dövlətimizin başçısına 330/220/110 kilovoltluq adı çəkilən   yarımstansiyanın inşası barədə ətraflı məlumat verilib. Bildirilib ki, hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluqAbşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün sözügedən yarımstansiya müstəsna əhəmiyyətə malik olacaq.

Qobu” yarımstansiyasının bir neçə cəhəti ilə diqqət çəkdiyi də vurğulanıb. Yarımstansiyanın paytaxtda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacağı, eyni zamanda, respublikanın mühüm strateji obyekti sayılan 500 kilovoltuqAbşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacağı, yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacağı da diqqətə çatdırılıb.

Bütün bu görülən işlər respublikamızda enerji təsərrüfatının tamamilə yeniləşdirildiyindən xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı bu il avqustun 6-da keçirdiyi müşavirədə də son vaxtlar bu sahəyə böyük vəsait qoyulduğunu, müasir infrastruktur yaradıldığını, bununla da itirilmiş gücün bərpasının gerçəkləşdirildiyini vurğulayıb.

Yeri gəlmişkən, xatırladaq ki, son illər ərzində “Reabilitasiya proqramı” çərçivəsində paytaxtımızda, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində geniş həcmdə işlər görülüb. Bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən yarımstansiyalar yenidən qurulub. 

Reabilitasiya proqramı”ına əsasən,  hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə davam etdirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir.

Xatırladaq ki, hələ keçmiş SSRİ dövründə ulu öndər Heydər Əliyev tərəfindən  respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinin əsası qoymuşdusa, 2003-cü ildən sonra Prezident İlham Əliyevin uğurladaha geniş miqyasda həyata keçirdiyi strategiya nəticəsində Azərbaycanda enerji təhlükəsizliyinə nail olunub və ölkəmiz enerjini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Bu gün Azərbaycan qonşu dövlətlərə -- Rusiya, İranGürcüstana, o cümlədən Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropa bazarına enerji ixrac edə bilir. Hazırda Azərbaycan enerjisisteminin ümumi generasiya gücü təqribən 7 min meqavatt təşkil edir ki, onun da yarısı son 17 il ərzində yaradılıb.

Əlavə edək ki, Paylayıcı Elektrik Şəbəkələrində uğurla aparılan islahat və inkişafın növbəti mərhələsi kimi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamı ilə “Azərişıq” ASC yaradılmaqla bu islahatların əhatə dairəsi bütün ölkəni əhatə etmişdir və nəticə göz qabağındadır.

Dövlətimizin başçısı tərəfindən energetika sahəsinin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Azərbaycan Davos İqtisadi Forumunun sonQlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında qərarlaşıb.

 

V.BAYRAMOV

Xalq qəzeti 2020.- 22 avqust.- S.4.