“Mədəniyyət” kanalında akademik Rafael Hüseynovun “Bakıxanovlar” adlı müəllif filmi nümayiş olunub
“AzTV”nin
“Mədəniyyət” kanalında
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik Rafael Hüseynovun “Bakıxanovlar” adlı müəllif filmi nümayiş olunub.
Sənədli filmdə akademik Rafael Hüseynova müsahibə verən Bakıxanovlar nəslinin tanınmış nümayəndəsi
– görkəmli tarzən,
Xalq artisti Əhməd Bakıxanovun oğlu, Azərbaycanın
ilk skripkaçı solisti, bəstəkar, SSR Xalq artisti Tofiq
Bakıxanov təmsil etdiyi nəslin Azərbaycan tarixində rolundan danışıb. Azərbaycanın tanınmış
alimi, tarixçi, şair, tərcüməçi,
ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsi
olan T.Bakıxanov bildirib ki, Bakıxanovlar
nəslinin nümayəndələri
daim Azərbaycan xalqına xidmət ediblər. Bu nəsil çoxlu sayda həkim və generallar, alim və musiqiçilər
yetişdirib. Ölkədə
böyük xidmətləri
ilə tanınmış
Bakıxanovlar maarifpərvər
olub, Azərbaycanın
mədəni həyatı
ilə həmişə
maraqlanıblar.
Filmdə universal
zəkaya sahib Abbasqulu ağa Bakıxanovun Azərbaycan maarifçiliyinin inkişafında
əvəzsiz xidmətlərindən
bəhs olunur, onun əbədi yaşayan əsərlər
yaratması ilə millətin xatirəsində
həmişəlik qalacağı
bildirilir. Qeyd olunur ki, ən
müxtəlif elm sahələrinə bələd
şəxsiyyət olan
Bakıxanov Azərbaycan
elmi tarixini yaradıb. Abbasqulu ağa Bakıxanovun əsərləri ilə yanaşı, məktublarının
da günümüzə
gəlib çatdığı,
şeir və qəzəllərinə çoxlu
sayda mahnılar bəstələndiyi və
bu istiqamətdə T.Bakıxanovun böyük
xidmətləri olduğu
vurğulanır. Qubanın
Əmsar kəndində
Abbasqulu ağa Bakıxanovun ev muzeyinin fəaliyyət göstərdiyi də diqqətə çatdırılır.
T.Bakıxanov sənədli filmdə atası – ömrünün
çox hissəsini musiqi kadrlarının yetişdirilməsinə həsr
etmiş görkəmli
tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın Əməkdar
müəllimi və Xalq artisti Əhmədxan
Bakıxanovla bağlı
xatirələrini bölüşüb,
onun tara olan sevgisindən danışıb. O, Ə.Bakıxanovun
represiyalar dövründə
həbsindən danışaraq,
onun həbsdən çıxarılmasında Üzeyir
Hacibəyovun xidmətlərini
xüsusi vurğulayıb.
T.Bakıxanov hazırda
xalq çalğı
alətləri ansamblının
Əhməd Bakıxanovun
adını daşıdığını
da qeyd edib.
Bəstəkar, həmçinin nəslin nümayəndələrindən biri olan muğamın
mahir bilicisi, Azərbaycan çalğı
musiqisinin görkəmli
nümayəndəsi, tarzən,
Azərbaycan SSR Əməkdar
artisti Məmmədxan
Bakıxanovun həyat
və yaradıcılığından
bəhs edib, onun gördüyü işlərdən söz açıb.
Filmdə qeyd
olunur ki, ömrü boyu mənsub olduğu nəslin ənənələrini
şərəflə davam
etdirən Tofiq Bakıxanov öz xidmətləri ilə Azərbaycan musiqisini bu gün də
bütün dünyada
ucaldır. Onun “Xəzər balladası” Fransada 30 dəfə uğurla nümayiş etdirilib. Fransa qəzetləri bu barədə ay boyu tərif dolu məqalələr dərc ediblər.
Sonda vurğulanır ki, böyük Bakıxanovlar nəslinin adı, şöhrəti yalnız keçmişdə, tarix kitablarında qalmayıb, onların davamçıları bu gün də yaşayır və Azərbaycan tarixində, mədəniyyətində, incəsənətində iz qoyurlar.
Qabil
Əliyev
Xalq qəzeti.-2020.-25 avqust.-S.5.