Milli kinomuzun fədaisi

 

Həsən Seyidbəyli – 100

 

Xalq artisti Həsən Seyidbəyli uzun və çoxşaxəli yaradıcılığı ilə sənət tariximizdə layiqli yer tutub. Kinorejissor kimi də, yazıçı kimiçox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəyli milyonlarla insanın qəlbinə yol tapmışdır.

 

Bu il Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb.

 

Sərəncama əsasən, milli kinema­toqrafiyamızın inkişafinda təqdirəlayiq xidmətlər göstərmiş Xalq artisti Həsən Seyidbəylinin yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifa­qına Azərbaycan Yazıçılar Birliyinə tədbirlər planı hazırlanması həyata keçirilməsi tapşırılmışdır. Artıq tədbirlər planına əsasən, xatirə gecələrinin, filmlərinin nümayişinin keçirilməsi s. təqdim olunmuşdur.

 

Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda anadan olub. İlk təhsilini 132 saylı orta məktəbdə alıb. Hələ kiçik yaşlarından kinoya, ədəbiyyata böyük marağı olub. Bir çox nasirlər kimi, o da bədii yaradıcı­lığa şeirlə başlayıb. Bioqrafiyasından məlum olur ki, əvvəlcə Leninqrad­da (indi Sankt-Peterburqda) Kino Mühəndisləri İnstitutunda, sonra isə Moskva Dövlət Kinematoqrafiya İns­titutunun kinorejissorluq fakültəsində təhsil alıb. Yaradıcılığa böyük ma­rağı onu ilk dəfə ədəbi etüdlər, bədii lövhələrlə bağlı ssenarilər yazmağa sövq edib. İlk təcrübə filmlərindən uğur qazanıb.

 

1943-cü ildən Bakı kinostudiyasın­da işləyən Həsən Seyidbəyli bir sıra rəngli kino oçerklər, qısametrajlı filmlər çəkməyə başlayıb. Bir əlində kamera, bir əlində qələmi möhkəm saxlayan Həsən Seyidbəyli ötən əsrin ortaların­da Sovet Xəbərlər Bürosunun müxbiri kimi fəaliyyət göstərib.

 

Nikbin, həyatsevər təbiəti onun yaradıcılığında da özünü büruzə verib. Onun əsərlərində yüksək milli ruh ha­kimdir. Həsən Seyidbəyli son dərəcə həssas, duyumlu, yurdsevər, torpağa bağlı bir şəxsiyyət idi. Ötən əsrdə 37-ci il repressiyalarının doğurduğu faciələri yaşamaq, millətin mənəviyyatına sancılan oxlardan xəbərdar olmaq, təzyiqlərin, diktələrin burulğanların­dan salamat çıxmaq, həm həyat həqiqətinə sadiq qalaraq, bunu bütün yaradıcılığı boyu əsərlərində bildirmək, gizli məqamlarla təzadların doğur­duğu haqsızlıqları əks etdirmək çox çətin idi. Zülmün üstünə getmək həyat bahasına başa gəlirdi, amma Həsən Seyidbəyli bunu bacarırdı. Onun bədii əsərləri, filmləri milli tariximizin bədii salnaməsidir.

 

Kinorejissor Cəmil Quliyev 2002-ci ildə çəkdiyiHəsən Seyidbəylisənədli filmi bu böyük sənətkarın həyat sənət yoluna səyahət xarakteri daşıyır. Biz bu filmlə milli Azərbaycan incəsənəti tarixində Həsən müəllimin yeri rolunu çox aydın görə bilirik.

 

Kinomuzun ən qiymətli filmləri ara­sında H.Seyidbəylinin əsərləri məxsusi yer tutur. Onun ssenarisi əsasındaDoğma xalqımıza” (1954), “Qızmar Günəş altında” (1956) filmləri çəkildi. Uzaq sahillərdəfilmi isə bu istedadlı yazıçının çox uğurlu addımlarından biri oldu. Onun İmran Qasımovla birgə yazdıqları Uzaq sahillərdəssenarisinə kinorejissor, Xalq artisti Tofiq Tağızadə çox orijinal quruluş verdi. 1958-ci ildə ekranlarımızda nü­mayiş etdirilən film müəlliflərinə böyük şöhrət gətirdi. Sonrakı illər onun həm rejissor, həm ssenarist kimi yara­dıcılığında yeni nailiyyətlərlə naxışlan­dı.Telefonçu qız” (1962), “Kimi daha çox sevirik” (1964), “Möcüzələr adası” (1965), “ Sən niyə susursan” (1966), “ O qızı tapın” (1970), “ Xoşbəxtlik qayğılarıadlı filmlərin ssenari müəllifi , rejissoru da Həsən Seyidbəylidir. Onun rejissorluğu ilə doğulan milli kino tariximizin qızıl fonduna daxil olanBizim Cəbiş müəllimNəsimifilmləri böyük şöhrət qazandı.

 

Həsən Seyidbəylinin bütün filmlərində ümumi bir ahəng var. Bu da qəhrəmanların daxili aləmini açmağa yönələn xətlər, milli dəyərlərə üstünlük, bədii ümumiləşmə vasitəsilə insan mənəviyyatının dərinliyinə işıq saçmaq. Seçdiyi qəhrəmanların mənəviyyatındakı təmizlik elə təsirli qüdrətli verilir ki, filmdən doğan bu ruhda saflığa, paklığa bir çağırış var. İstər müharibə mövzusunda çəkilmişBizim Cəbiş müəllimfilmi olsun, istərsə Nəsiminin həyatından bəhs edən eyniadlı ekran əsəri. Bütün bu adıçəkilən çəkilməyən filmlərdə mənəviyyatın qələbəsi öndə olur, həyat həqiqətinə sadiqlik duyulur.

 

Xalq yazıçısı, kinodramaturq İsa Hüseynovla birlikdəNizamifilmi­nin ssenarisini yazırdı. Təəssüf ki, bu filmin rejissoru olmaq Həsən Seyidbəylinin qismətinə düşmədi. O, 59 yaşında dünyasını dəyişdi. Həmin filmə Eldar Quliyev quruluş verdi.

 

İstedadlı rejissor kino sənətinə çox bağlı idi. Onu hər gün qəbul edilən həyat nemətlərihava, su, çörək qədər sevirdi. Hətta öz övladlarını da kiçik yaşlarından filmlərdə çəkərdi. Bəlkə arzusu onları da bu sahədə görmək idi. Amma sonra fikrindən da­şınıb, övladları başqa sənət seçiblər. Bizim Cəbiş müəllimfilmində oğlanlarından Ziya, Mehdi qızı Məryəm Cəbiş müəllimin uşaqlarının rollarını yaradıblar. Hətta Məryəm 6 yaşındaTelefonçu qızfilmindəki baş qəhrəmanın uşaqlığını canlandırıb. Nəsimifilmində Məryəmi Fatma roluna çəkmək istəyib, amma nədənsə bu arzusu baş tutmayıb.

 

Kinoşünaslar da söyləyirlər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı in­sanları çəkərdi. Nəsimifilmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir aktyorun belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan rejissor həqiqətən yanılmadı. Müdrik uzaqgörən insan idi Həsən Seyidbəyli. İşinə , sənətinə məsuliyyətlə yanaşırdı. Seçimində həssas idi. Onun üçün əsas meyar istedad yenə istedad olardı.

 

Həsən Seyidbəyli həm görkəmli yazıçı idi. Onun nəsr əsərləri keyfiyyətcə sanballı, məzmunca bitkin idi. Bu səbəbdən Azərbaycan ədəbiyyatında bu müəllifin öz yeri möhürü var. İlk kitabı – “Kənd həkimi” 1950-ci ildə çap edilib. Ömrünün sonuna kimi müxtəlif nəşriyyatlarda 20-dən artıq kitabı işıq üzü görüb. Həm uşaqlar, həm böyüklər üçün müxtəlif mövzularda mükəmməl nəsr nümunələri yaradan Həsən SeyidbəylininCəbhədən-cəbhəyə”, “İllər keçir”, “Uzaq sahillərdə”, “Tərsanə” , “Çiçəkpovest roman­ları müəllifinə böyük şöhrət gətirmişdi. İmran Qasımovla birgə yazdığıUzaq sahillərdəkitabı dəfələrlə nəşr edilib. Dövrün ədəbi tənqidində Həsən Seyidbəyli nəsri barədə tənqidçilər xoş sözlər deyir, yazıçının uğurundan söz açırdılar.

 

Həm kinorejissor, həm yazıçı kimi mükəmməl yaradıcılığa malik Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin Bakı Sovetinin deputatı olub. Filmləri Ümumittifaq kino festivallarında mükafat diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı­nın katibi sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib. O, “Şərəf nişa­nı” ,Qırmızı Əmək Bayrağıordenləri medallarla təltif edilmişdir.

 

Cəmi 59 il yaşadı Həsən Seyidbəyli. Bizim üçün dəyərli əsərlər qoyub getdi. Xalqımız onun əziz xatirəsini unutmayacaq.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti  2020.- 23 dekabr.- S.11.