Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimatın təsdiq
edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli,
“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin
idarəetməyə verilməsi ilə bağlı “Azərenerji”
Səhmdar Cəmiyyətinin dövlət
büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma
Qaydası”nın təsdiq edilməsi haqqında” 2001-ci il 10 dekabr tarixli
194 nömrəli, “Xarici ölkələrin
diplomatik və konsulluq
nümayəndəliklərinin, beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin
diplomatik və inzibati-texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə
üzvlərinin şəxsi istifadəsi üçün
nəzərdə tutulan mal
və xidmətlərə görə əlavə dəyər
vergisinin sıfır (0) dərəcə
ilə tutulması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il
27 mart tarixli 89
nömrəli, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə
alınmış malların (iş və
xidmətlərin) dəyəri ödənilərkən
ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit
hesabında uçotun aparılması,
ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi
və dövlət büdcəsinə
köçürülməsi Qaydaları”nın təsdiq
edilməsi barədə” 2007-ci il 30 dekabr tarixli 219 nömrəli,
“Elektron vergi
hesab-fakturalarının tətbiqi, uçotu
və istifadə Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2009-cu il 28 sentyabr
tarixli 156 nömrəli
və “Dövlət müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada
dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınmasının təmin edilməsi ilə
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında” 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli
qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 476 Bakı şəhəri, 1
dekabr 2020-ci il
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə 1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə 1245, ¹ 7, maddə 1491, ¹ 9, maddə 1721, ¹ 10, maddə 1883, ¹ 12 (II kitab), maddə 2545; 2018, ¹ 2, maddə 347, ¹ 3, maddə 628, ¹ 4, maddə 789, ¹ 5, maddə 1122, ¹ 6, maddələr 1360, 1367, ¹ 9, maddə 1929, ¹ 10, maddə 2166; 2019, ¹ 1, maddə 169, ¹ 3, maddələr 513, 564, ¹ 5, maddələr 938, 967, ¹ 6, maddə 1172, ¹ 7, maddələr 1325, 1338, ¹ 10, maddə 1674; 2020, ¹ 6, maddə 783; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 oktyabr tarixli 394 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 12-1-ci hissəsinin ikinci cümləsində “221.5-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edildiyi halda, bu hesablamanı təsdiq edən məlumat Ədliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada və qaydada” sözləri “150.1.9-cu maddəsinin tətbiqi məqsədləri üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxs barədə məlumat” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli 194 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 804; 2002, ¹ 10, maddə 641, ¹ 12, maddə 749; 2003, ¹ 7, maddə 391; 2006, ¹ 1, maddə 59, ¹ 4, maddə 373; 2009, ¹ 10, maddələr 846, 853, ¹ 12, maddə 1065; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955) ilə təsdiq edilmiş “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarə-etməyə verilməsi ilə bağlı “Azərenerji” Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın 3.1-ci bəndində “elektron vergi hesab-fakturalarını” sözləri “elektron qaimə-fakturalarını” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 308; 2009, ¹ 10, maddə 853; 2017, ¹ 9, maddə 1723) ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.3-cü bənd üzrə:
3.1.1. birinci abzasda “elektron vergi hesab-fakturalarıdır” sözləri “elektron qaimə-fakturalarıdır” sözləri ilə əvəz edilsin;
3.1.2. ikinci abzasda “Elektron vergi hesab-fakturalarında” sözləri “Elektron qaimə-fakturalarında” sözləri ilə əvəz edilsin;
3.1.3. üçüncü abzasın birinci cümləsində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
3.2. 3.4-cü bəndin birinci abzasında “elektron vergi hesab-fakturaları” sözləri və ikinci abzasında “qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
3.3. 4.1-ci bəndin üçüncü abzasından hər iki halda “elektron vergi hesab-fakturaları və ya” sözləri çıxarılsın və səkkizinci abzasında “elektron vergi hesab-fakturaları” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin;
3.4. həmin Qaydalara 1 nömrəli əlavənin “Bildirişin arxa hissəsi”nin 5-ci hissəsində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
3.5. həmin Qaydalara 5 və 6 nömrəli əlavələrin “İlkin sənədlərin siyahısı”ndan “vergi hesab-fakturası, qaimə-faktura və ya elektron” sözləri çıxarılsın.
4. “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1354; 2008, ¹ 2, maddə 127; 2009, ¹ 4, maddə 282, ¹ 6, maddə 494, ¹ 10, maddə 853; 2014, ¹ 3, maddə 314; 2016, ¹ 5, maddə 942; 2017, ¹ 9, maddə 1724; 2019, ¹ 4, maddə 763) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adında və birinci hissəsində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” üzrə:
4.2.1. adında, 1.1-ci bəndində və Qaydalara 1, 2, 3 nömrəli əlavələrin yuxarı sağ küncündə “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
4.2.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.”;
4.2.3. 1.4-cü bənddə “vergi hesab fakturalarında” sözləri “elektron qaimə-fakturalarda” sözləri ilə əvəz edilsin və həmin bəndə “(bundan sonra – satıcı)” sözlərindən sonra “bank” sözü əlavə edilsin;
4.2.4. 1.5-ci bənddə “vergi hesab-fakturalarında” sözləri “elektron qaimə-fakturalarda” sözləri ilə və 2.2-ci bənddə “vergi hesab-fakturaları” sözləri “elektron qaimə-fakturaları” sözləri ilə əvəz edilsin;
4.2.5. 1.6-cı bənddə “vergi hesab-fakturasında” sözləri “elektron qaimə-fakturada, müqavilədə” sözləri ilə əvəz edilsin və həmin bəndə “şəxsin” sözündən sonra “bank” sözü əlavə edilsin;
4.2.6. 1.7-ci bənddə “Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi” sözləri “Bina tikintisi” sözləri ilə və “vergi hesab-fakturasında” sözləri “elektron qaimə-fakturada, müqavilədə” sözləri ilə əvəz edilsin;
4.2.7. 1.8-ci bənd üzrə:
1. birinci və ikinci cümlələrdən “elektron vergi hesab-fakturasında,” sözləri çıxarılsın və həmin cümlələrdə “qaimə-fakturada (elektron qaimə-fakturada)” sözləri “elektron qaimə-fakturada” sözləri ilə əvəz edilsin;
2. ikinci cümləyə “şəxsin” sözündən sonra “bank” sözü əlavə edilsin;
4.2.8. 4.3-cü bəndin birinci cümləsində “elektron vergi hesab fakturasına” sözləri “elektron qaimə-fakturaya” sözləri ilə əvəz edilsin və ikinci cümləsindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud” sözləri çıxarılsın.
5. “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 760; 2014, ¹ 3, maddə 315; 2016, ¹ 11, maddə 1933; 2017, ¹ 5, maddə 968) 3-cü hissəsi istisna olmaqla ləğv edilsin.
6. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1737; 2018, ¹ 11, maddə 2439; 2019, ¹ 3, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 4.3.3-cü yarımbəndində “vergi hesab fakturası” sözləri və 7.5-ci bəndində “vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
6.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 6.4-cü bəndində “vergi hesab fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2020.- 4 dekabr.- S.6.