Cənubi Qafqazda sülhə töhfə

 

Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq!

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

XIX əsrin birinci otuzilliyində beynəlxalq aləmdə baş verən hadisələr bir çox xalqların tarixində mühüm sosial-iqtisadisiyasi dəyişikliklərə səbəb olmuşdur. Böyük dövlətlərin müstəmləkəçilik və işğalçılıq siyasəti nəticəsində bir sıra xalqlar əsarət altına alınmış və onların tarixi əraziləri istila edilmişdir. Doğma Azərbaycanımız da məhz həmin dövrdə belə bir fəlakətə düçar olmuşonun torpaqları iki yerə parça­lanaraq imperiyalar arasında bölüşdürülmüşdür.

 

Məlum olduğu kimi, XIX əsrin hərbi-siyasi münaqişələri ərəfəsində ermənilərin Qarabağın dağlıq hissəsinə köçürülməsi başlanmışdır. Belə ki, 1804–1813-cü, 1826–1828-ci illərdə Rusiyaİran və 1828–1829-cu illərdə baş vermiş Rusiya–Osmanlı müharibələri ərəfəsində, eləcə də müharibə bitdikdən sonra ermənilərin kütləvi şəkildə Şərqi Anadoludanİrandan Cənubi Qafqaza, Azərbaycan ərazilərinə, daha dəqiq desək, Dağlıq Qarabağa köçürülməsi həyata keçiril­mişdir. Burada qeyd olunası ən vacib məqamlardan biri də məqsədli olaraq sözügedən bölgədə xristian əhalisinin sayının çoxaldılması idi.

 

Bildiyimiz kimi, hər bir tarixi hadisənin səbəbləri və nəticələri haqqında analitik məlumatları o dövrün mənbələrindən və tarixi ədəbiyyatından əldə etmək mümkündür. Sözügedən prosesin təsdiqi Rusiyaİran arasında bağlanmış 12 oktyabr 1813-cü il tarixli Gülüstan, 10 fevral 1828-ci il tarixli Türkmənçay müqavilələrində də öz əksini tapmışdır. Bu siyasi-ideoloji hərəkatın nəticəsi olaraq 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə rəsmi və qeyri-rəsmi şəkildə, ümumilikdə, 200 mindən çox erməni köçürülmüşdür. Bütöv bir əsri əhatə edən bu proses demoqrafik vəziyyətə də çox ciddi təsir göstərmişdir. Hələ o dövrdə bu barədə Tiflis Vətənpərvərlər Cəmiyyətinin sədri, Rusiyada ipəkçiliyin icraçısı N.N.Şavrov 1911-ci ildə çar Rusiyasının Cənubi Qafqazda müstəmləkəçilik siyasəti haq­qında yazırdı:

 

"Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən baş­ladıq... 1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra iki il ərzində Za­qafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənilərini köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları, həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik. Ermənilərin yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ay­rılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəllif.) və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdı”.

 

Tarixi faktlardan bəlli olduğu kimi, burada strateji niyyət və əsas məsələ ermənilərin kompakt şəkildə yaşama­sını və məskunlaşmasını təmin etmək idi. Çarizmin “erməni faktoru” vasitəsilə niyyətinin əsl mahiyyəti sonrakı illərdə də özünü göstərmişdir. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında "böyük Ermənistan" proqramının real­laşdırılması uğrunda açıq mübarizəyə və etnik zəmində təxribatlara başlamışdılar. Göründüyü kimi, burada əsas məqsəd Qarabağ, İrəvan, Naxçı­van və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaq­ların Ermənistana birləşdirilməsindən ibarət idi.

 

Bu minvalla sovet hakimiyyəti dövründə yuxarı dairələrdə təmsil olunan ermənipərəst qüvvələrin, xaricdəki erməni diaspor təşkilatlarının xüsusi təzyiqi ilə (“Armenakan” (1885- ci il, Marsel), “Qnçaq” (1887-ci il, Cenevrə), “Daşnaksütyun” (1890-cı il, Tiflis)) 1980-ci illərin ortalarında SSRİ idarəetmə sisteminin böhran və tənəzzül vəziyyətinə düşməsindən istifadə edərək Azərbaycan Sovet Sosialist Respublikasının tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə bölgədə separatçılıq meyillərinin əsası qoyulmuşdur.

 

Bu tarixi reallıqdır ki, sovet idarəetmə sisteminin qeyri-obyektiv tədbirlərinə və xüsusilə də siyasi dairələrlərdə təmsil olunan ermənipərəst rəhbərlərin təfəkkürünə arxayın olan erməni millətçiləri 1987-ci ilin oktyabr ayında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifi ilə çıxış etdilər. 1988-ci il fevralın 20-də isə Qarabağ erməniləri Azərbaycan SSR Ali Sovetinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə müraciət etdilər. Təbii olaraq, Azərbaycan SSR Ali Soveti ermənilərin əsassız tələblərini rədd etdikdə, ermənilərin Azərbaycan torpaqlarına təcavüzləri genişlənərək, milli münaqişə zəminində müharibəyə çevrildi.

 

1988-ci ildən başlayaraq, vaxtilə mərhələ-mərhələ Ermənistana birləşdirilmiş Qərbi Azərbaycandan erməni millətçiləri tərəfindən azərbaycanlıların zorla çıxarıl­ması prosesinə start verilmişdir. Əslində, 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı ermənilərin törətdiyi etnik təmizləmə siyasəti 100 ildən artıq müddətdə tədricən həyata keçirilən prosesin davamı idi. Rusiyaİran (1826–1828), Rusiya–Osmanlı (1828–1829) müharibələrinin nəticəsi olaraq İrəvan, Naxçıvan və Qarabağ bölgələrinə köçürülən ermənilər həmin vaxtdan davamlı şəkildə bu yerlərin əzəli sahibləri olan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apararaq, tədricən regionda etnik proseslərdə ciddi dəyişikliklər həyata keçirmişlər. Bütün bunların nəticəsində isə son iki yüz ildə azərbaycanlıların yaşadıqları iki minə yaxın yaşayış məskəni zorla boşaldılmışdır.

 

1988-ci il noyabrın 22-dən 28-dək Ermənistanda azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskəni boşal­dılmışdır. Bütövlükdə, Ermənistandan 230 min nəfər azərbaycanlı doğma yurdundan qovularaq, Azərbaycana pənah gətirmək məcburiyyətində qal­mışdır. Qeyd olunmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı apardıqları bu etnik təmizləmə prosesində 216 azərbaycanlı vəhşicəsinə qətlə yeti­rilmiş, minlərlə qadın, uşaqqoca yaralanmış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. Beləliklə də, Ermənistan hakimiyyəti rəsmi şəkildə azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişdir. Həmin ildə Ermənistandan azərbaycanlıların qovulması Qafan rayonundan start götürsə də, Dağlıq Qarabağda bu proses Xankəndidən başladı. 18 min azərbaycanlı Xankəndidən qovulduqdan sonra isə erməni millətçiləri bu prosesi Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində həyata keçirdilər.

 

Bu minvalla erməni təcavüzü get-gedə geniş vüsət almış, 1991-ci il sentyabrın 2-də Azərbaycanın ərazi bü­tövlüyü kobudcasına pozularaq, “Dağlıq Qarabağ Respublikası”nın yaradılma­sı elan edilmiş və Müdafiə Komitəsi adlı qurumun himayəsinə verilmişdir. Bundan sonra isə Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açılması bəhanəsi ilə erməni silahlı quldur birləşmələri tərəfindən ərazilərimizin təxminən 20 faizi işğal olunmuş və nəticədə, Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayondan 700 min, Dağlıq Qarabağın özündən isə 50 min azərbaycanlı qovulmuşdur. Daha əvvəllər isə Ermənistanda yaşamış 250 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalmışdır.

 

Məlum olduğu kimi, Azərbaycanın 700 yaşayış məntəqəsi və 12 şəhəri olan 17 min kvadratkilometr ərazisi döyüş zonasında yerləşmişdi. Bu ərazilərdə yerləşən 4 min sənaye və kənd təsərrüfatı, mədəni-maarif obyektləri, 6 milyon kvadratkilometr sahəni əhatə edən 180 mindən artıq ev və mənzil, 700-dən artıq səhiyyə müəssisəsi, xeyli sayda tarixi və memarlıq abidələri ermənilər tərəfindən dağıdılmışdır.

 

Qeyd olunası fakt kimi, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya birliyi tərəfindən inzibati sərhədləri ilə birlikdə tanınmışdır. Belə olan halda, Dağlıq Qarabağ beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmışdır. Məhz bu səbəbə görə də heç bir dövlət ermənilərin Azərbaycan torpaqlarını işğal edərək, yaratdıqları “Dağlıq Qarabaq Respublikası”nı tanımamış və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinə isə mənfi beynəlxalq reaksi­ya göstərilmişdir.

 

Söz yox ki, bu işdə ümummilli lider Heydər Əliyevin vətənpərvər və sülhsevər mövqeyi, çevik siyasi manevrləri, düşünülmüşmüdrik siya­si tədbirləri misilsiz əhəmiyyətli töhfələr verməkdədir. Çünki məhz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra dünya ictimaiyyətinə Dağlıq Qarabağda baş verən münaqişənin beynəlxalq hüququnmilli müqəddəratı təyinetmə” prinsipi müstəvisində deyil, əksinə, işğalçılıq məqsədi daşıdığını çatdırmağa müvəffəq olmuşdur.

 

Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çı­xarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilmişdir. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi bazası və mexanizmini təşkil etmişdir.

 

1994-cü il mayın 12-də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmuş, 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon sammitində Qa­rabağ probleminin sülh yolu ilə həlli prinsipləri müəyyənləşdirilmiş, Dağlıq Qarabağ düyününün həlli yolunda ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, FransaRusiya Federa­siyasının fəaliyyəti genişləndirilmiş və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm işlər görülmüşdür.

 

Əlavə olaraq, BMT Baş Assamb­leyası “Azərbaycanın işğal olun­muş ərazilərində vəziyyət” (2006-cı il 7 sentyabr), İslam Əməkdaşlıq Təşkilatı “Ermənistan Respublika­sının Azərbaycana təcavüzünə dair Təmas Qrupu( 2016-cı il), Avropa Şurasının Parlament Assamble­yası “Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib” (2016-cı il 26 yan­var), Avropa İttifaqı “Tərəfdaşlıq Prioritetləri”( 2018-ci il) və NATO zirvə görüşlərinin yekun sənədlərində, o cümlədən, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının yekun sənədlərində münaqişənin Azərbaycan Respublika­sının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı əsasında həllinə dəstək ifadə edilmişdir.

 

Burada bir nüansı xüsusi vurğu­lamaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsində Heydər Əliyevin xari­ci siyasətində əhəmiyyət kəsb edən karbohidrogen ehtiyatlarını dünyanın bir sıra böyük dövlətləri ilə birlikdə hasil etmək ideyası böyük rol oyna­mışdır. Bununla da 1994-cü ildə neft konsorsiumuna imza atmış dünya­nın böyük dövlətləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanması prosesində beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etməyə başlamışdılar. Bu isə münaqişənin beynəlxalq əhəmiyyətinin artmasına səbəb olmuşdur.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi qətiyyəti sayəsində hələ 2001-ci ildə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə rəhbərliyi zamanı bu münaqişənin beynəlxalq əhəmiyyətli problem kimi dünya ictimaiyyətinə çat­dırılması məsələsini intensivləşdirmiş, 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat imzalanmışdır. Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh danışıqları vasitəsilə ədalətli həllinə nail olmaq sahəsində Prezident İlham Əliyevin nümayiş etdirdiyi əzmkarlıq re­gionda sülhsabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir.

 

Tarixin bütün zamanlarında olduğu kimi, Ermənistan tərəfinin çoxtərəfli və ya ikitərəfli görüşlər zamanı substantiv müzakirələrdən yayınmasına və qeyri-konstruktiv mövqeyinə baxmayaraq, ölkə rəhbərliyinin prinsipial mövqeyi, rəşadətli Azərbaycan Ordusu sayəsində bu gün status-kvo ləğv olunmuşdur. Yekun olaraq Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikası­nın baş naziriRusiya Federasiyası Prezidentinin iştirakı ilə 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə videokonfrans şəklində tarixi əhəmiyyətli birgə bəyanat imzalanmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin bəyanatı, müjdəni Azərbaycan xalqına bilavasitə özünün verməsi qətiyyətin, əzmkarlığın, sarsılmaz siyasi iradənin və dünyada ədalətə olan inamın nümayişi idi. Bəli, bizim əbədi, əzəli torpağımız olan Qarabağa qovuşmu­şuq. Ermənistanın işğalçı qüvvələri tərəfindən qəsb edilmiş Azərbaycan torpaqları işğaldan azad edilmiş, 30 illik həsrətə son qoyulmuşdur.

 

Bu gün əminliklə deyə bilərik ki, müasir Azərbaycan dövlətinin qurucu­su, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev sülh prosesinin mürəkkəb daxili quruluşunu, inkişaf dinamikasını, dramatizmini dərk etməklə yanaşı, incə yollarla, düşünül­müş daxilixarici siyasət yeritməklə, minimum itkilərlə ölkədə, bölgədə və bütün dünyada sülh proseslərinə, eləcə də beynəlxalq aləmin normayaratma institutlarına mühüm örnək vermiş oldu.

 

Şanlı tarixin mübarək olsun, Azərbaycan!

 

Günay ƏLİYEVA,

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sənədlərlə statistik təhlillər şöbəsinin müdiri

 

Xalq qəzeti  2020.- 5 dekabr.- S.8.